Qafqaz Albaniyası
Azərbaycan ərazisində mövcud olmuş qədim dövlət / From Wikipedia, the free encyclopedia
Albaniya, Qafqaz Albaniyası,[4] (ekzonim məlum deyil; lat. Albānia, q.yun. Ἀλβανία) Ağvan[5] və ya Arran yaxud da Alupan— tarixi Azərbaycan ərazisində,[6][7][8][9][10] müasir Azərbaycan, Ermənistan və Gürcüstanın bir hissəsi, həmçinin Cənubi Dağıstan ərazilərində mövcud olmuş tarixi dövlət.[11][12] Eramızdan əvvəl təqribən IV–III əsrlərdə Makedoniyalı Iskəndərin Imperiyası dağılmasından sonra formalaşmış,[13] eramızın VIII əsrində Ərəb xilafəti tərəfindən işğal edilmişdir. Paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhərləri olmuşdur. Eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan edən Alban dövləti mövcudluğunun sonuna qədər bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur.[14]
Bu məqalə B.e.ə. IV əsr — b.e. 705-ci illərində Cənubi Qafqazda mövcud olmuş tarixi dövlət haqqındadır. Balkan yarımadasında yerləşən ölkə üçün Albaniya səhifəsinə baxın. |
Krallıq, Vassal Krallıq, Sasanilər dövlətinin satraplığı | |||
Qafqaz Albaniyası | |||
---|---|---|---|
|
|||
|
|||
Paytaxt | Qəbələ, Kabalaka, Bərdə | ||
Dilləri | Qafqaz albanlarının dili, Parf dili, Pəhləvi dili | ||
Rəsmi dilləri | |||
Dövlət dini | |||
İdarəetmə forması | Mütləq monarxiya | ||
Sülalə |
Arranşahlar (IV əsr-255) Alban Arşakiləri (255-510) Mehranilər (628-705) |
||
Davamiyyət | |||
→ | |||
Vikianbarda əlaqəli mediafayllar |
Görkəmli qafqazşünas tarixçi Yevgeni İqnatyeviç Krupnov yazırdı:
"Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar."[15]