Basarkeçər

Ermənistanın Geğarkunik bölgəsində şəhər From Wikipedia, the free encyclopedia

Basarkeçər

Basarkeçər,[1] Vardenis[1][2][3]Ermənistan Respublikasında şəhər. Basarkeçər rayonunun mərkəzi.

Cəld faktlar Ölkə, Tarixi və coğrafiyası ...
Basarkeçər
Thumb
40°10′48″ şm. e. 45°43′12″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1830
Sahəsi
  • 8,52 km²
Mərkəzin hündürlüyü 1.943 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 12.363 nəf.
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 1601–1603
Thumb
Basarkeçər
Basarkeçər
 Vikianbarda əlaqəli mediafayllar
Bağla

Tarixi

Basarkeçər İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd.[4] Göyçə gölünün yaxınlığında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə[5] qeyd edilmişdir. 1969-cu ildən şəhər tipli qəsəbə və eyni adlı rayonun mərkəzi olmuşdur[6]. Kənddə tarixən azərbaycanlılar yaşamışdıır. 1831-ci il əhalinin siyahıya alınmasında burada 178 nəfər yalnız azərbaycanlının yaşadığı göstərilir[7][8]. 1831-ci ildən sonra Türkiyədən köçürülən 1296 nəfər (1873-cü il siyahıya alınmasına əsasın) erməni burada yerləşdirilmiş, azərbaycanlılar sıxışdırılmağa başlanmışdır. 1897-ci ildə burada 85 nəfər azərbaycanlı, 2108 erməni yaşamışdır[9]. 1908, 1914, 1916-cı illərdə əhali ümumi şəkildə (azərbaycanlılar və ermənilər birlikdə) göstərilmişdir. 1918-ci ildə azərbaycanlılar qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra buraya azərbaycanlılar qayıda bilmişlər. Erməni mənbələrində göstərilir ki, burada 1922-ci ildə 1 nəfər (2511 erməni), 1926-cı ildə 7 nəfər (3456 erməni), 1931-ci ildə 19 nəfər (3914 erməni) azərbaycanlı yaşamışdır[10]. Lakin bu rəqəmlər inandırıcı deyil. 1967-cı ildə 150 (9150 erməni) nəfər[11], 1970-ci ildə 9 nəfər azərbaycanlı (8077 erməni) yaşamışdır. 1988-ci ildə azərbaycanlılar tam surətdə zorla qovulmuşlar. İndi burada təkcə ermənilər yaşayır. Erməni alimlərinin fikrincə, Basarkeçər toponiminin hücum etmək mənasında işlənən "basar" və keçmək, getmək mənasını bildirən "keçər" sözlərinin birləşməsindən əmələ gəlmişdir[12]. Bu, doğru izah deyil, təsviri, əsl həqiqəti gizlətməyə xidmət edən izahdır. Toponim qıpçaq mənşəli bazar//basar etnoniminə[13] qeyri-qəti gələcək zamanda işlənən keçər sözünün qoşulmasından əmələ gəlmişdir. "Bazar //basar tayfasının keçdiyi, getdiyi yer" mənasını bildirir. "…bazar sözü mürəkkəb toponimlərin tərkibində tayfa adı kimi işləndikdə toponimik adın 1 komponenti… yerində işlənir"[14]. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 2.VI.1969-cu il fərmanı ilə adı dəyişdirilib Vardenis qoyulmuşdur.

Toponimi

1728-ci ilə aid arxiv mənbəyində İrəvan əyalətinin Məzrə nahiyəsində kənd kimi qeyd olunmuşdur.[15][16] 1930-cu ildən rayon və onun mərkəzinin adı idi. 1969-cu ildə Vardenis adlandırılmışdır. 1988-ci ildə şəhərin əhalisi Azərbaycana qovulmuşdur.Basarkeçər yaşayış məntəqəsinin adı kimi 1728-ci ildən məlumdur.[17][18] Onun İrəvan əyalətinin kəndlərinin 1590-cı ilə aid siyahısında çəkilməməsi göstərir ki, 1590–1720-ci illər arasında yaranmışdır. Məhz buna görə də toponimin XIV əsrdə Əmir teymurun (Teymurləngin) buranı "basıb keçməsi" ilə əlaqədar olaraq yaranması haqqında xalq etimologiyası həqiqətə uyğun deyildir. XVIII əsrin ortalarına aid ermənicə mənbədə Sürməli mahalında Ağbazar və Qarabazar adlı kənd adları qeyd olunmuşdur[19][20]Ehtimal ki, topopnimin İlkin forması Bazar-Keçər olmuşdur. 1590-cı ildə Rəvan əyalətinin Sisyan nahiyəsində Köçəri adlı kənd qeyd olunur[21] Ehtimal ki, Basarkeçər toponimi də məhz "Bazar" adlı yerdə Köçər kəndi mə'nasındadır. Köçər isə qədim türk tayfalarından birinin adıdır.[22]

İstinadlar

Mənbələr

Həmçinin bax

İstinadlar

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.