From Wikipedia, the free encyclopedia
II Yezdəgird (farsca : یزدگرد دوم ) — on altıncı Sasani şahənşahı. 438-457-ci illərdə hakimiyyətdə olmuşdur. Hakimiyyəti dövründə Eftalitlərlə müharibə aparmış və zərdüştlüyü yaymışdır. 440-cı ildə Bizansla müharibəyə başladı və az da olsa uğurlar əldə etməyə başladılar. II Teodosinin baş komandanı Anatoli şəxsən II Yezdəgirdin düşərgəsinə gəldi və sülh təklif etdi.
II Yezdəgird | |
---|---|
یزدگرد دوم | |
| |
şahənşah | |
438 – 457 | |
Əvvəlki | V Bəhram |
Sonrakı | III Hörmüzd |
Şəxsi məlumatlar | |
Doğum tarixi | V əsr |
Vəfat tarixi | |
Fəaliyyəti | suveren[d] |
Atası | V Bəhram |
Həyat yoldaşı | Dinak |
Uşaqları | I Firuz, III Hörmüzd |
Dini | Zərdüştlük |
Vikianbarda əlaqəli mediafayllar |
Müharibədən sonra II Yezdəgird Ermənistanı tutdu və erməniləri Eftalit sərhədlərini qorumaq üçün ora köçürdü. 450-451-ci illərdə Vardan Mamikonyanın üsyanını yatırdı. 450-ci ildə Xalxal döyüşündə üsyançılar qalib gəldi, lakin 451-ci illərdə Avarayr döyüşündə II Yezdəgir onları məğlub etdi. İndiki Ermənistan ərazisində zərdüştlüyü yaymağa başladı və xristianları təqib etməyə başladı. Bütün hakimləri dəvət edərək onlara zərdüştlüyü qəbul etdirdi. Qafqazda zərdüştlüyü yaymaq üçün 500 kahini ora göndərdi. II Vaçe sonralar onun əleyhinə üsyan etdi və zərdüştlükdən imtina etdi. 453-cü ildə Xorasanda Eftalitlər məğlub edildi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.