Yəhudilər

From Wikipedia, the free encyclopedia

Yəhudilər

Yəhudilər ya da Cuhudlar[1] (köhnə mənbələrdə Ebrəçilər) (ivr. יהודים) — qədim İsrail çarlığında yaşamış əhalidən yaranan xalq. Faktiki olaraq dünyanın bütün ölkələrində yaşayırlar. 1948-ci ildən yəhudi dövləti — İsrail də mövcuddur. Sayı təqribən 14 mln. nəfər (2006-cı il rəqəmi), onlardan 40%-i İsraildə, 35%-i isə ABŞ-də yaşayır. Ənənəvi dini iudaizmdir. İsraildə rəsmi dövlət dili ivritdir. Ayrı-ayrı ölkələrdə spesifik yəhudi dilləri var. Onlardan ən çoxsaylısı alman dil qrupuna daxil olan idişdir.

        
Cəld faktlar Yəhudilər יהודים, Sayları və yaşadığı ərazilər ...
Yəhudilər
יהודים
Sayları və yaşadığı ərazilər
Dili İvrit, İdiş, Sefard və s.
Dini İudaizm
 Vikianbarda əlaqəli mediafayllar
Bağla

Yəhudiliyin əlamətləri

Yəhudiliyin əlamətlərini müəyyənləşdirən ən qədim mənbə yəhudi hüququ olan halaxadır. O qanun yaradan Talmudun qərarları əsasında yaranıb. Halaxaya görə, "yəhudi o adamdır ki, anası yəhudidir, ya da yəhudi qaydalarına görə yəhudi adlanıb (qiyur)"

Yəhudi diasporlarının tarixi

Diasporlar tədricən ardıcıllıqla bir neçə əsas mərkəz şəklində formalaşmışlar. Edot adlanan etnik yəhudilər dil və məişət cəhətcə fərqlənmişlər:

İkinci dünya müharibəsi ərəfəsində və dövründə altı milyona qədər yəhüdi öldürülüb (bax: Holokost).

Məşhur yəhudilər

Yayılması və sayı

Sayı təqribən 14 milyon nəfər hesab edilir.

Ən böyük yəhudi icmaları (60 min nəfərdən çox) aşağıdakı ölkələrdədir:

  1. İsrail — 7, 200 mln.nəfər (2008-ci il; keçmiş SSRİ-dən təqribən 1,120 mln.nəfər)
  2. ABŞ — 6, 300 mln.nəfər (keçmiş SSRİ-dən təqribən 400 min)[2]
  3. Fransa — 575 min nəfər
  4. Argentina — 400 min nəfər
  5. Kanada — 348,6 min nəfər (2001-ci il)
  6. Böyük Britaniya — 300 min nəfərdən çox
  7. Almaniya — 250 min nəfər (keçmiş SSRİ-dən təqribən 216 min) (2004-cü il).[3]
  8. Rusiya — 233,4 min nəfər. (2002-ci il).[4]
  9. Ukrayna — 104 min nəfər (2001-ci il)
  10. Avstraliya — 90 min
  11. CAR — 89 min
  12. Braziliya — 87 min (2000-ci il)

Mütəşəkkil yəhudi icmaları dünyanın 110 ölkəsində var.

Həmçinin bax

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.