Yəhudilər
From Wikipedia, the free encyclopedia
Yəhudilər ya da Cuhudlar[1] (köhnə mənbələrdə Ebrəçilər) (ivr. יהודים) — qədim İsrail çarlığında yaşamış əhalidən yaranan xalq. Faktiki olaraq dünyanın bütün ölkələrində yaşayırlar. 1948-ci ildən yəhudi dövləti — İsrail də mövcuddur. Sayı təqribən 14 mln. nəfər (2006-cı il rəqəmi), onlardan 40%-i İsraildə, 35%-i isə ABŞ-də yaşayır. Ənənəvi dini iudaizmdir. İsraildə rəsmi dövlət dili ivritdir. Ayrı-ayrı ölkələrdə spesifik yəhudi dilləri var. Onlardan ən çoxsaylısı alman dil qrupuna daxil olan idişdir.
Yəhudilik fəlsəfəsi
Dini mətnlər
Müqqədəs şəhərlər
Yəhudi bayramları
Dini şəxsiyyətlər
Musəvilik həyat tərzi
Məktəblər
Dini rollar
Dini tikililər
Musevi Ayin sistemi
Yəhudi dilləri
Etnik bölünmələr
Musəvi məzhəbləri
Dini obyektlər
Musevi duaları
Digər dinlərlə əlaqələr
|
Yəhudilər יהודים | |
---|---|
![]() | |
Sayları və yaşadığı ərazilər | |
Dili | İvrit, İdiş, Sefard və s. |
Dini | İudaizm |
Vikianbarda əlaqəli mediafayllar |
Yəhudiliyin əlamətləri
Yəhudiliyin əlamətlərini müəyyənləşdirən ən qədim mənbə yəhudi hüququ olan halaxadır. O qanun yaradan Talmudun qərarları əsasında yaranıb. Halaxaya görə, "yəhudi o adamdır ki, anası yəhudidir, ya da yəhudi qaydalarına görə yəhudi adlanıb (qiyur)"
Yəhudi diasporlarının tarixi
Diasporlar tədricən ardıcıllıqla bir neçə əsas mərkəz şəklində formalaşmışlar. Edot adlanan etnik yəhudilər dil və məişət cəhətcə fərqlənmişlər:
- Bavli (Mesopotamiya, Cənubi Qafqaz) — V–XI əsrlər;
- Sefardlar (Pireney yarımadası) — b.ə.əvvəli — 1492;
- Aşkenazlar (Mərkəzi Almaniya, Şərqi Avropa) — X əsr-XX əsrin ortası.
İkinci dünya müharibəsi ərəfəsində və dövründə altı milyona qədər yəhüdi öldürülüb (bax: Holokost).
Məşhur yəhudilər
- Albert Eynşteyn-almaniyalı alim,fizik
- Robert Oppenheymer-amerikalı alim,Atom bombasının yaradıcısı.
- Teodor Hertsl-"yəhudi dövləti" fikrini ilk dəfə ortalığa atan şəxs və ümumiyyətlə yəhudi siyasətini müəyyənləşdirən,sionizmin banisi olan şəxs.
- Natali Portman- amerikalı aktrisa.
- Avraam Linkoln- ABŞ-nin 1860–1865-cı illərdə prezidenti.
- Xəyyam Nisanov-Azərbaycanlı müğənni.
- Miloş Zeman-Çexiya prezidenti.
- Petro Poroşenko-Ukraynanın IV prezidenti,əsl soyadı Valtsmandır.
- Aleksandr Qroysman-Ukraynanın baş naziri.
- Arseni Yatsenyuk-Ukraynanın keçmiş baş naziri.
- Alla Puqaçova-Rusiyalı müğənni.
- Qolda Meyer-İsrailin baş naziri.
- Məsud Bərzani-İraq Kürdüstanının 2005–2017-ci illərdə prezidenti.Ümumiyyətlə Bərzanilər ailəsi yəhudi mənşəlidirlər.
- Vladimir Lenin-SSRİ-nin qurucusu.Anası yəhudi idi və buna görə Lenini yəhudi qaydasına görə yəhudi saymaq olar.
- Benedikt Spinoza-Niderlandlı(Hollandiyalı)filosof.
- Yevda Abramov – Azərbaycan Milli Məclisinin deputatı.
- Albert Aqarunov – Azərbaycanın Milli Qəhrəmanı
Yayılması və sayı
Sayı təqribən 14 milyon nəfər hesab edilir.
Ən böyük yəhudi icmaları (60 min nəfərdən çox) aşağıdakı ölkələrdədir:
- İsrail — 7, 200 mln.nəfər (2008-ci il; keçmiş SSRİ-dən təqribən 1,120 mln.nəfər)
- ABŞ — 6, 300 mln.nəfər (keçmiş SSRİ-dən təqribən 400 min)[2]
- Fransa — 575 min nəfər
- Argentina — 400 min nəfər
- Kanada — 348,6 min nəfər (2001-ci il)
- Böyük Britaniya — 300 min nəfərdən çox
- Almaniya — 250 min nəfər (keçmiş SSRİ-dən təqribən 216 min) (2004-cü il).[3]
- Rusiya — 233,4 min nəfər. (2002-ci il).[4]
- Ukrayna — 104 min nəfər (2001-ci il)
- Avstraliya — 90 min
- CAR — 89 min
- Braziliya — 87 min (2000-ci il)
Mütəşəkkil yəhudi icmaları dünyanın 110 ölkəsində var.
Həmçinin bax
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.