Remove ads
sami dillərindən biri, İsrailin rəsmi dili From Wikipedia, the free encyclopedia
İvrit dili,[3] həmçinin ibri dili[4] və ya ibrani dili[5][6] (ivr.: עִבְרִית, ʿĪvrīt, tələffüzü [ivˈʁit] ( dinlə) və ya [ʕivˈrit] ( dinlə); səm.: ࠏࠁࠓࠉࠕ) — sami dillərinin Kənan dilləri qrupuna daxil olan dil. 1948-ci ildən İsrailin rəsmi dilidir. E.ə. II–I minilliklərdə Fələstin yəhudiləri bu dildə danışırdılar. Qədim yəhudi dilinin mühüm abidəsi olan "Əhdi-ətiq"in ən qədim hissəsi e.ə. XIII–XII əsrlərə aiddir. Eramızın əvvəlindən arami dilinin sıxışdırdığı ivrit dili mədəniyyət və din dili kimi qalmışdı. Orta əsrlərdən bədii, fəlsəfi, elmi və dini ədəbiyyat dilidir. XIX əsrin sonundan XX əsrin əvvəlindən yenidən danışıq dili kimi istifadə olunur. Müasir ivrit dili qədim yəhudi dilinin morfoloji xüsusiyyətlərini saxlamaqla, semantik və sintaktik cəhətdən idiş və digər german, Habelə slavyan dillərinin təsirinə məruz qalmışdır.[3]
İvrit dili | |
---|---|
Orijinal adı |
עברית[1] עברית חדשה |
Ölkə | |
Danışanların ümumi sayı |
|
Təsnifatı | |
|
|
Yazı | İvrit əlifbası |
Dil kodları | |
QOST 7.75–97 | ивр 198 |
ISO 639-1 | he |
ISO 639-2 | heb |
ISO 639-3 | heb |
Dilin strukturlarının dünya atlası | heb |
Ethnologue | heb |
Linguasphere | 12-AAB-a |
ABS ASCL | 4204 |
IETF | he |
Glottolog | hebr1246 |
Bu dildə olan Vikipediya | |
Vikianbarda əlaqəli mediafayllar |
İvrit əlifbasında 22 hərf mövcuddur. Əlifba bütünlüklə samitlərdən ibarətdir. Saitlər, bir qayda olaraq yazılmır, yalnız istisna hallarda, məsələn: -sözün əvvəlində və ya sonunda; -alınma sözlərin yazılışında; -sözün oxşar yazılan başqa sözlə səhv salınmaması üçün saitlər yazılır. Bunun üçün alef (א), yod (י), hey (ה), vav (ו), ayin (ע) hərflərindən istifadə olunur. Yazı zamanı hərflər sağdan sola düzülür.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.