Ermənistanda rayon From Wikipedia, the free encyclopedia
Qafan rayonu — Ermənistan SSR və Ermənistan respublikası ərazisində 1930–1995-ci illər aralığında mövcud olmuş rayon. Mərkəzi Qafan şəhəri idi. Zəngəzurda azərbaycanlıların tarixən ən geniş məskunlaşdığı rayon Qafan (hazırda Kapan) rayonu sayılır. Zəngəzur Ermənistana verildikdən sonra Qafan rayonu inzibati ərazi kimi 1930-cu il sentyabrın 9-da təşkil olunmuşdur. Qafan rayonu Qubadlı, Qarakilsə, Gorus, Meğri, Ordubad və Zəngilan rayonları ilə həmsərhəddir. Ərazisi 1.345 km² təşkil edir. Əhalinin orta sıxlığı 1988-ci ildə hər kvadrat kilometrdə 22 nəfər, Qafan şəhərinin özündə isə 300 nəfər təşkil etmişdir.
Bu məqalə Qafan rayonu haqqındadır. Qafan şəhəri üçün Qafan səhifəsinə baxın. |
Hal-hazırda Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsünə görə Qafan adlı rayon var.
Qafan rayonu Zəngəzurun cənub hissəsində yerləşən, sıldırım qayalar, sərt uçurumlar, sıx meşələr, keçilməz çılpaq dağlar, bir-birini kəsib keçən dərin dərələr diyarıdır. Cənub-şərqdən Bərgüşad, cənubdan Mığri dağ sil-siləsi, qərbdən Xustub zirvəsi (3202 m) ilə əhatə olunmuşdur. Oxçuçayın orta axarında və Xustub zirvəsinin şərq hissəsində Qafan çökəkliyi yerləşir. Xustub dağının hər tərəfində özünəməxsus gözəl dağətəyi vadilər, vadilərdən qalxıb dikələn təpələr, meşəli yamaclar, güneyli-quzeyli otlaqlar, kolluqlar bu dağlıq rayonun gözəlliyinin əsrarəngizliyini daha da artırır, füsunkar və cazibədar edir. Qafanın təkrarsız təbiəti və bitki örtüyü çox qədimlərdən səyyah və tədqiqatçıların diqqətini özünə cəlb etmişdir. Hələ XIV əsrdə tanınmış İran alimi və salnaməçisi Fəzlullah Rəşidəddin özünün "Ahsar və əhya" ("Təsir və dirçəliş") əsərində yazırdı: "Ərğüvan bəzək ağacıdır, Naxçıvan vilayətinin Qafan dağlarında və İsfahanda çoxdur". "Zoğal ağacı gavalı ağacına bənzərdir; Naxçıvan vilayətinə aid olan Qafanda, Gəncənin və Gürcüstanın bəzi vilayətlərində bitir". Bu yazıda iki fikir diqqəti cəlb edir. Burada Qafanın orta əsr təbiətinə dair dəyərli informasiya verilir və Qafanın Naxçıvan vilayətinə aid olması faktı göstərilir.
Zəngəzurdakı ən uca dağ zirvəsi olan Qapıçıq (3.904 m) zirvəsi də Qafan rayonunun ərazisindədir. Rayon ərazisinin 25%-dən çoxunu dağ aşırımları və qayalıqlar təşkil edir. Qafan rayonu dağ-mədən rayonu kimi iki yüz əlli il bundan öncə məşhur olmuşdur. Qaçaran (əvvəllər Gecəlan) mis-molibden, Qafan (əvvəllər Qatar) mis və Gümüş (polimetal) mədən yataqları, şist, bazalt layları ehtiyatı orta əsrlərdən məlum idi. Ancaq bu yataqların əsaslı işlənməsinə XVIII əsrin ikinci yarısında fransızlar tərəfindən başlanılmışdır. Onlar bölgədə ilk müasir misəritmə zavodunu Qafanda tikmişlər. Bütün Zəngəzur ərazisi kimi, Qafan rayonu da aktiv seysmik zonaya daxildir. 1931 və 1968-ci illərdəki zəlzələlər zamanı rayonda xeyli dağıntılar olmuşdur.
Qafan rayonunun dağətəyi yerlərində iqlim quru və qismən subtropik, dağlarda isə sərt soyuq havalarla səciyyələnir. Vadilərdə illik orta temperatur +12 °C təşkil etdiyi halda, dağlarda orta temperatur 0 və −14 °C olur. Yanvar ayında isə şaxtalar −15–25 °C-yə çatır. Qafanda iyul ayında orta temperatur +22°С təşkil edir. İllik yağıntıların miqdarı 500 mm, dağlarda 850 m m olur.
Oxçu, Gığı, Şixahuz, Sav, Çavundur çayları rayonun ərazisindən keçir. Oxçuçay hövzəsinin yuxarı hissəsində "Turşsu" deyilən məşhur mineral bulaqlar vardır. Qazangöl və Yaşılgöl gölləri də Zəngəzurun uca dağlarında yerləşir. Rayonun ərazisində dağ və meşə torpaqları, alp çəmənlikləri üstünlük təşkil edir. Qafan rayonu Zəngəzurun ən "yaşıl" rayonu sayılır. Burada meşələr ərazinin 30%-ni təşkil edir (42.034 hektar). Meşələrdə əsasən vələs, palıd, vən (göyrüş), ağcaqayın, cəviz ağacları bitir. Orta hesabla, Qafan meşələrində bitən hər yüz ağacdan biri cəviz ağacıdır. Dərin meşələrdə sərt şaxta olmadığı üçün cəviz ağacı bu meşələrdə uzun ömür sürür. Kolluqlar, meşələr dadlı armud, əzgil, zoğal, yemişan, badam, itburnu, quşarmudu, dağdağan, püstə ağacları ilə doludur. Meşələrdə ayı, qaban, cüyür, dağ keçisi, vəhşi qoyun (muflon), canavar, bəbir, vaşaq, müxtəlif quş növləri vardır.
1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1345 km²-dir. Rayon mərkəzi respublika tabeli Qafan şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 320 km-dir.
Qafan rayonunun ərazisində insanlar hələ e.ə. VI əsrdə məskunlaşmışlar. Albaniyanın Sünik (Sisakan) vilayətinin qədim alban və erməni mənbələrində adı çəkilən Qatar, Baqx, Zork, Qovsak əyalətlərinin coğrafi miqyası indiki Qafan rayonunun ərazisinə uyğun gəlir. Qafan rayonunun ərazisi qədim Qafqaz Albaniyasının bir bölgəsi kimi uzun illər Arran dövlətinin təsiri altında olmuşdur. Bir müddət bu ərazi İranın, sonra isə ərəb xilafətinin hakimiyyəti altına keçmişdir. 970-ci ildə isə bu ərazi Sünik knyazının əlinə keçmiş və qısa müddət sonra Qafan knyazlığın paytaxtı elan edilmişdir. Babəkin xilafətə qarşı mübarizəsinin son dövrləri Zəngəzurla, o cümlədən Qafan rayonu ilə bağlı olmuşdur. Qafan rayonunda son zamanlara qədər xarabalıqları qalan Oxçu qalası, Qır qalası, Babək qalası və s. qədim istehkamlar, bu yerlərin Bəzzeyn dağları ilə yaxın ərazilər olması, xürrəm- dinlər hərəkatı ilə bağlı tarixi mənbələrdə Qafan rayonunun ərazisindəki toponimlərin adlarının çəkilməsi və digər dəlillər Qafan rayonunun atəşpərəst babalarımızın məskəni olduğunu bir daha təsdiq edir. Zəngəzurun bu bölgəsi öz coğrafi və strateji mövqeyinə görə III–IV əsrlərdən başlayaraq bir çox dövlətlərin işğalına məruz qalmışdır. Qafan rayonunun adı tarixi mənbələrdə 1034-cü ildən başlayaraq Kapan şəklində çəkilir. Çox güman ki, bu ad qədim türk tayfalarından olan peçeneqlərin kapan tirəsinin adı ilə bağlıdır. Kapan, Qafan, Qapan adı ilə Türkiyədə, Azərbaycanda (Qapanlı), Gürcüstanda və Şimali Qafqazda yaşayış məntəqələri vardır. Bu da toponimin tayfa adı ilə, etnosla bağlılığını göstərən əlamətdir. Peçeneqlərin bu yerlərə gəlişindən əvvəl Albaniyanın Sünik vilayətinin ərazisinə daxil olan Qafan mahalı Haband, yaxud Aband adlandırılmışdır. Aband mahalının adı Moisey (Musa) Kalankatlının "Alban tarixi" əsərində Arsağın bir əyaləti kimi qeyd olunur. Bu yerin adı Moisey Xorenatsinin "Tarix"ində də Sisakan vilayətinin Haband bölgəsi kimi göstərilir. Bu şəhərin adı Qafan şəklində ilk dəfə fars mənbələrində Rəşidəddin tərəfindən işlədilmişdir. Orta əsr İran tarixçisi və coğrafiyaşünası Həmdullah Qəzvini 1345-ci ildə yazdığı "Zeyli-tarixi-güzidə" ("Seçilmiş tarixə əlavə") kitabında nəql edir: "Əmir Hüseyn Çobaninin oğlu Əmir Qoç Həsən, Əmir Şeyx Həsən Çobanidən daldalanıb Qafan yaxınlığında olan Qarakilsəyə qaçdı və orada gizləndi". Qafan şəhəri XVIII əsrə qədər Kapan qalasından (erməni mənbələrində Bağaberd) ibarət olmuşdur. Kapan qalası Kapan-Qacaran (oğuzların qacar tayfalarının adı ilə bağlıdır) şose yolunun üstündə, Oxçuçayın sağ sahilində, indiki Qafan şəhərindən 10 km şimalda yerləşmişdir. Ermənilər öz çirkin niyyətlərinə gələcəkdə nail olmaq məqsədilə azər-baycanlıları aldadıb, onların razılığı ilə torpaqları kilsənin sərəncamına keçirmiş, beləliklə, yüz illər ərzində Qafanın bir çox azərbaycanlı kəndlərini bu yolla özününküləşdirmişlər. 1103-cü ildə Səlcuq türkləri paytaxtı Qafan şəhəri olan Sünik knyazlığını darmadağın etmiş, onların bir hissəsini Oxçuçayın sahilində (Zeyvəyə yaxın) Bağaberd deyilən bir qəsəbəyə, bir hissəsini isə Zəngəzurun digər kəndlərinə qovmuşdular. Nəhayət, 1170-ci ildə ermənilərin nankorluğu uçbatından Səlcuq türkləri onları Bağaberddən və digər kəndlərdən də qovmağa məcbur olmuşlar. Çox keçmədən İran-Tiirkiyə münaqişələrinin başlanmasından istifadə edən erməni knyazı İsrail Orbelyan Qafanın bir hissəsini yenidən ələ keçirə bil-mişdi. Təəssüflər olsun ki, Qafanın tarixi abidələri, qalaları, qədim yazıları, məscid və kilsələri ilə bağlı foto şəkillərin qalmaması qeyd olunanları oxucuya dolğun şəkildə çatdırmağa imkan vermir. Hər hansı qərəzli milli münasibətə yol vermədən cəsarətlə deyə bilərəm ki, bu bölgənin kəndlərindəki kilsələrin heç biri ermənilərin tikdirdikləri abidə deyildir. Şəhərcik və Keypəşin kəndləri haqqında qeyd edəcəyim faktlar dediklərimi əsaslandıracaq. Tarixi mənbələrə istinad etməklə mübahisəsiz deyə bilərik ki, sözün həqiqi mənasında hər iki kənddəki tikintilər alban abidələri olmuşdur. Məsələn, müqayisə üçün deyə bilərəm ki, Keypəşin yaxınlığında təkrarolunmaz təbiəti ilə seçilən Hüçütü adlanan yerdə (əvvəllər key- pəşinlilər orada yaşayırmışlar) kilsə ilə məscid üz-üzə tikilmişdi. Biz gənclik illərimizdə o yerlərə dəfələrlə gedib-gəlmişik. Lakin məscidlə kilsənin nə üçün üzbəüz tikilməsi barədə suallarımıza cavab tapa bilməmişik. Üstəlik, onu da deyim ki, bu səpkili qarışıq tipli tarixi abidələr Qafanda kifayət qədərdir. Şəhərin mərkəzindən 7 km şimalda, Oxçuçayın sol sahilində yerləşən, şimaldan, şərqdən və qərbdən dağlarla, dərələrlə, sıx meşələrlə əhatə olunmuş qədim sırf azərbaycanlı kəndlərindən biri Şəhərcik kəndi idi. Bu kəndin tarixən Azərbaycan kəndi olmasını sübut edən dəlillər çoxdur. Birincisi, kənddə ermənilərin işğalında qalan qəbiristanlığı 3 qatdan ibarətdir. Hər qatın arxeoloqlar tərəfindən araşdırılması nəticəsində sübut edilib ki, bu qəbrlərin tarixi min illərə bərabərdir. Hər mərtəbədə qəbrlərin üzərində sal daşlar qoyulmuşdur ki, bu da müsəlman adətinə uyğundur. İkincisi, kəndin qəbiristanlığında Bəndər padşahın (VII–VIII əsr) qəbri və qəbirüstü yazısı saxlanılır ki, kənd camaatı oranı daima ziyarət edirdi. Üçüncüsü, kəndin bilavasitə yaxınlığında alban kralı Sənəkərimin qızının 913-cü ildə tikdirdiyi kilsənin daşı üzərindəki yazılar onun alban kilsəsi olduğunu sübut edir. XIV əsrin sonunda Əmir Teymur Qafanı və Zəngəzurun başqa ərazilərini tutaraq, onsuz da sayca çox az olan erməniləri oradan qovub Gürcüstana, azərbaycanlıları isə İsfahana və İraq sərhədlərinə köçürmüşdür. Qafan rayonu XV əsrdə Qaraqoyunluların və Ağqoyunlularm, 1510-cu ildən isə Səfəvi xanədanının təsir dairəsində olmuş, 1578-ci ildə yenidən Osmanlıların tabeliyinə keçmişdir. Tarixi mənbələrin verdiyi bilgilərə əsasən, Qafan rayonu ərazisində mis yataqlarının XIII əsrdə kəşf edilməsi qənaətinə gəlmək olur. O vaxtlar Ecanan mis mədənləri mühüm əhəmiyyət kəsb etmişdir. Burada karxana adlı misəritmə sahəsində (qalıqları Qafan şəhərinin yaxınlığındadır) uzun müddət mis emal edilmişdir. Orta əsrlərdən başlayaraq Qafanda mis-molibden mədənləri tapılmış və mis istehsalı geniş vüsət almışdir. XIX əsrin ortalarında fransızlar Qafan şəhərində o dövr üçün müasir sayılan avadanlıqlarla təchiz edilmiş mis istehsalı zavodu qurmuşdular. Burada hər il bir neçə yüz ton mis əridərək Avropanın bir çox ölkələrinə satırdılar. Maraqlı bir faktı qeyd etmək istərdim. Fransanın keçmiş prezidenti de Qollun atası da o sahibkarların arasında olmuşdur. Ona görə də 1966-cı ildə Fransa prezidentinin Qafana planlaşdırılan səfəri atasının çalışdığı yeri görmək məqsədi daşıyırdı. Qafanın mis mədənlərinin böyük hissəsi adlı-sanlı Sultanovlara, Qatar və Keypəşindəki mis mədənləri isə Xoca Əmirova məxsus idi. 1853-cü ildə Xoca Əmirov Qatar və Keypəşin kəndlərinin mis mədənlərindən ildə 400 puda qədər mis istehsal edib xaricə satırdı. Zəngəzur qəzasında üç Sultanovlar nəsli var idi. Onların bir-biri ilə qohumluq əlaqəsi barədə bir şey deyə bilmərik. İndiki Laçın rayonundan olan Sultanovlar nəslən, ata- babadan varlı olmamışlar. Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun babası çarvadar imiş. Qatırçı Murad varlanıb Zəngəzurun bəylərindən olan Əsəd Sultanlının qohumu ilə evlənərək onu Laçına gətirmişdi. Sultanovlar maldarlıqla məşğul olmuş, xeyli mal-heyvan saxla-mışlar. Onlar Laçın meşələrindən qiymətli ağacları kəsdirib Fransaya gön-dərirmişlər. Laçınlı, qafanlı Sultanovları şəxsən yaxından tanıyan Nəzər Heydərov öz xatirilərində qeyd edir ki, Qafanın Danzaver(Armudlu) kəndindən olan və onların Pirçivanda yaşayan əmisi oğlanları, yəni ikinci və üçüncü Sultanovlar isə nəslən zadəgan idilər, özləri də təmiz azərbaycanlı idilər. Erməni kəndlərindən Kovdar, Aşağı Xotanan, Yuxarı Xotanan, azərbaycanlı kəndlərindən Gürcülü, Əyin, Mistan, Qiyaslı, Göyərçik, Genlik, Məmmədli, bir sözlə, 15–20 kənd danzaverli Sultanlılann idi. Sultanovla- rın əsas gəlirləri Qafanın mis mədənlərindən əldə olunurdu. XVIII əsrin sonunda Qafanın mis mədənləri fransızların diqqətini cəlb etmişdi və Sul- tanovlar özlərinə məxsus mis mədənlərini fransızlara icarəyə vermişdilər. Qeyd etmək lazımdır ki, Qafanda ilk sənaye müəssisəsinin işləməsi Zəngəzur mahalının Rusiya imperiyasından çox uzaqlarda tanınması ilə bağlı idi. İş yerlərinin açılması ilə Avropa mədəniyyətinin rüşeymləri Qafanda özünü az da olsa göstərirdi. Zəngəzur azərbaycanlılarının, məsələn, elə Sultanovlar, Cavanşirovlar nəslindən olan gənclərin Avropa məktəblərində və Peterburqda təhsil almaları buna əyani sübutdur. Avropada təhsil alan və sonralar Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin kontorunun müdiri işləyən Lütfəli Behbudov da Zəngəzur bəylərinin övladı idi. Onun əmisi Behbudov haqqında məlumatlara bir qədər sonra rast gələcəksiniz. Danzaverli Sultanovların övladlarından biri tanınmış sovet geoloqu, Dövlət mükafatı laureatı professor Baxış bəy Sultanov idi. XX əsrin otuzuncu illərinin əvvəllərində Qubkinin nəzəriyyələrini alt-üst edərək, yeraltı püskürmələri ilə məşhur olan Lökbatan qəsəbəsində ilk neft yatağının kəşfi və istismara verilməsi şəxsən onun elmi zəkasının və zəhmətinin məhsuldur. Yataqda ilk quyunu qazılarkən nəzərdə tutulan layihə dərinliyində neft çıxmadığından onu məlum keçmişinə görə xalq düşməni kimi həbs etmişdilər. Özü söhbət edirdi ki, heç kəs mənə qulaq asmaq istəmirdi. Başımı dəmir qapıya döyə-döyə konvoyu çağırıb deyirdim ki, yüz faiz əminəm ki, yataqda yüksək debetli neft var, qoy heç olmasa, 50 m qazsınlar, qazmırdılar. Deyirdilər ki, Qubkin öz elmi nəzəriyyəsində bildirib ki, vulkanh ərazisidə neft ola bilməz. Nəhayət, kim isə mənim harayımı Mir Cəfər Bağırova çatdırmışdı. Ondan sonra o, tapşırıq vermişdi ki, qazın, əgər neft çıxmazsa, cəzasını daha çox verərsiniz. 15–20 metr qazandan sonra quyudan güclü fantan vurmuşdu. Deyirdi ki, M. C. Bağırov məni buro üzvləri ilə birlikdə qəbul edib, məndən üzr istədi, təşəkkürünü bildirdi. Sonra Baxış bəyə Dövlət mükafatı verilib, ən başlıcası isə İ. Stalin ona özünün BMV markalı minik maşınını bağışlayib. Onun qızı bəstəkar Asya Sultanova hazırda Moskva Dövlət Konservatoriyasının professorudur. Sultanovlar ailəsi haqqında bir çox kitablarda ətraflı yazılıb, onların xatirəsi əbədiləşdirilib. Qafanda bəy titulu almış tayfalardan biri də Key- pəşinli Mirimli qardaşları idi. Onlar əsasən maldarlıqla məşğul olurdular və iri torpaq sahələrinə sahib idilər. Zəngəzurda başqa varlı bəylər də da vardı. Qıraq Muşlan, İçəri Muşlan, Zəngilan, Məmmədbəyli, Sobu, Tatar, Keçikli kəndləri Cavanşir nəslinə məxsus idi. Erməni kəndi Kərəvic o zaman Gorusda yaşayan Lohraz bəy və Hüseyn bəy Behbudbəyovların idi. Mığri rayonundakı I Vartanizor və II Vartanizor kəndlərinin sahibi Sərməstbəyovlar idi. Fərəcan, Diləlimüs- kənli, Saray, Kcrtizan, Göyyal kəndləri isə Hacıbəy qardaşlarının idi. Erməni mülkədarları Orbelyanlar — Xudabaxış, Sultan və Samson bəy Lor, Lizin, Suvaryants, Kürdlər, Əlillər və yaşadıqları Tatev kəndlərinin bir hissəsinin sahibi idilər. Geniş çəltik zəmiləri və meyvə bağlan olan Dəmirçilər və Dondarlı kəndləri Xocamusaxlı kəndində yaşayan Kələn- tərovlann və Hərək kəndində yaşayan Yeprem bəy Ağaxanovun idi. Qarabağın varlı mülkədarlarının da Zəngəzurda çoxlu kəndləri var idi. Xanlıq, Mahrızlı, Xəndək kəndlərinin sahibi Keyqubad ağa Cavanşirov idi. Həbib bəy Şəkinski isə Həkəri, Muradxanlı, Novruzlu kəndinin sahibi idi. Əliquluuşağı kəndinin camaatı Mehdibəyovun rəiyyəti idi. Mehdi- qulu xan Qarabağskinin (ibrahim xanın oğlu) qızı knyaginya Göhər ağa Üsmiyeva-Məlik Pəyəsi, Comartlı, Cicimli, Qara dərəsi kəndlərinin sahibi idi. Üstəlik, onun bu yerlərdə 27 min desyatin meşəsi vardı. Gərdin, Keypəşinin və Kurudun yaylaqlarının böyük hissəsi Qarabağ bəylərinə məxsus idi. Qafanda sənayenin inkişafı azərbaycanlı əhalisinin (onlar əhalinin 90 faizini təşkil edirdi) istər mədəni həyatında, istərsə də sosial inkişafında böyük rol oynamışdır. Lakin bu sakit həyat tərzi çox sürmədi. 1905-ci ildə Qafan azərbaycanlıları yenidən ermənlərin təcavüzünə məruz qaldılar. Qatar kəndi tam darmadağın edildi, Oxtar, Dovrus, Qaraçimən, Şəhərcik, Oxçu, Şabadin, Gığı və Kurud kəndlərində yaşayan soydaşlarımız Azərbaycanın ayrı-ayrı bölgələrinə dağıldılar, sonradan isə yenidən öz kəndlərinə qayıtdılar. Həmin Qatar kəndinin əhalisi Tərtər rayonuna qaçqın düşmüş və sonradan məskunlaşdıqları kəndin adını Qapanlı qoymuşlar. Az sürən sakitlikdən sonra daşnaklar və onların Bakıdakı kommunaya rəhbərlik edən erməni havadarları yenidən milli münaqişəni qırğın səviyyəsinə gətirdilər. Qeyd etmək lazımdır ki, XX əsrin əvvəllərində Qafanda 118 azərbaycanlı və cəmisi 22 erməni kəndi olub. Erməni xəyanəti öz çirkin simasını yenə də göstərdi. 1918-ci ildə Zəngəzurun, o cümlədən Qafanın azərbaycanlı əhalisinin bir hissəsini məhv edib, bir hissəsini isə didərgin salmaq məqsədilə Ermənistanın daşnak hökuməti Qaregin Njdeni erməni silahlı qüvvələrinin rəhbəri kimi oraya göndərir. O isə öz növbəsində daşnak Andranik Ozanyanla birləşib Qafanın dinc əhalisinə divan tutur. Vəhşiliklərin həddi-hüdudu olmur. Azərbaycanlıları aldadıb guya barışıq elan etmək məqsədilə Oxçu məscidinə yığaraq od vurub hamısını diri-diri yandırırlar. Bu hadisədən sonra rayonun Ordubada yaxın ərazisində yaşayan kəndlərin əhalisi Ordubada, bir hissəsi Culfaya, Qubadlı və Zəngilana, bir hissəsi isə Qarabağa qaçıb özlərini qırğından qismən qurtara bilmişlər. 1920-ci ilin noyabr ayında elə həmin qəddar Qaregin Njde Ermənistanın baş naziri təyin edilir. 1921-ci ilin iyul ayında ermənilərin təkidi ilə sovet hökuməti Zəngəzuru birdəfəlik ermənilərə verir. Beləliklə, ermənilər uzun illərdən bəri apardıqları mübarizədə öz çirkin niyyətlərinə nail olurlar. Bu kitabın ayrı-ayrı fəsilərində Qafanın sovet dövründəki sosial-iqtisadi, mədəni həyatından və ən başlıcası milli münasibətlərdən mümkün qədər yazılmışdır. Qafan şəhəri öz coğrafi mövqeyi və gözəlliyi ilə yanaşı, müasir memarlıq üslubunda yaraşıqlı yaşayış binaları, mədəniyyət və inzibati binaları ilə insanların zövqünü oxşayırdı. Bir sözlə, gözəl və müasir şəhər idi. Qafan və Qaçaran mis-molibden kombinatlarının bütün gəlirləri Ermənistanın büdcəsinə daxil olduğundan şəhərdə müasir mebel və tikiş fabrikləri, elektrik lampaları, tikinti materialları və konserv zavodları fəaliyyət göstərirdi. Ümumilikdə götürəndə, Qafan rayonu ərazisində hasil olunan mis və molibden konsentratları Ermənistanın Alaverdi şəhərində, eləcə də Rusiyanın şəhərlərində əridilib sənaye müəssisələrinə verilirdi. Mis və molibden Ermənistan respublikasının milli gəlirinin demək olar ki, 70%-ni təşkil edirdi. Bu gəlirin hesabına bütövlükdə Ermənistan tikilirdi. Kənd təsərrüfatının əsasını maldarlıq təşkil edirdi ki, o da əsasən azərbaycanlı kəndlərində cəmləşmişdi. Digər kənd təsərrüfatı məhsulları Qubadlı, Zəngilan, Cəbrayıl, I üzuli, İmişli, Bərdə və başqa rayonların hesabına təmin edilirdi. Əgər bu rayonların meyvə və tərəvəzi olmasaydı, şəhər əhalisi qıtlıq içərisində yaşayardı. Mənbələrə görə bütün yeyinti məhsulları (yağ, un və digər məhsullar) artıqlaması ilə İttifaq fondundan təmin edilirdi. Rayonun bütün sosial obyektləri ancaq ermənilərin problemlərinin həllinə yönəldilmişdi. Azərbaycanlılar yaşayan kəndlərdə məktəb bi-nalarından başqa yadda qalan tikinti, bina, sosial obyekt yox idi. Məktəblərdə təhsil yüksək səviyyədə tədris olunurdu. Qafanda yaşayan azərbaycanlıların ən böyük qazancı övladlarının aldıqları yüksək tərbiyə və təhsil olmuşdur. Çünki təhsil azərbaycanlıların erməni buxovun- dan azad olması üçün yegənə çıxış yolu idi. Qafanda müəllim adını hər şeydən uca tutan nəcib insanların, gözəl müəllimlərin zəhməti ən böyük hörmət və ehtirama layiqdir. Onların zəhməti sayəsində yetişən yüzlərlə ali təhsilli mütəxəssis, yüzlərlə alim, elmi işçi, onlarla elmlər doktoru Azərbaycan xalqına layiqincə xidmət göstərmişdir və göstərməkdədir. Azərbaycanlıların əsas iş yerləri Qafan və Qacaranm mis-molibden kombinatları idi. O kombinatlarda Sisyandan, Qubadlıdan və Zəngilandan gələn insanlar ağır şəraitdə işləyirdilər. Hazırda hər iki kombinat tam dayanmışdır. Həm nəqliyyat vasitələrinin, həm də elektrik enerjisinin olmaması, ən başlıcası isə işçi qüvvəsinin yoxluğu hər iki kombinatı iflic vəziyyətinə salıb. Qafan rayonunun kənd təsərrüfatı sahəsində qabaqcıl və rentabelli işləyən təsərrüfatları azərbaycanlı kəndlərində idi. Ancaq bu təsərrüfatlara rəhbər çox vaxt ermənilərdən təyin edilirdi. Yalnız Gığı sovxozunun direktoru azərbaycanlı idi. Təxminən 20 il həmin təsərrüfata rəhbərlik edən Səməd Qarayev son dərəcə qayğıleşliyi, nizam-intizamı, öz millətinin qayğısına qalması ilə Zəngəzur mahalında ad-san və böyük hörmət qazanmışdı. İnsanlarla, kənd camaatı ilə rəftarında nəzakəti ilə seçilən ziyalı münasibəti qurmuşdu. O, rayonda axıra qədər işləyən yeganə azərbaycanlı idi. Onun təşkilatçılığı sayəsində Gığı bölgəsinin kəndləri vaxtında özlərini ağır fəlakətlərdən qurtardılar.
Azərbaycanda Qaf dağının olması və bu dağın içərisində odlu Simurq quşunun yaşaması haqqında əfsanə və əsatirlər var. Qafqazın adının da buradan götürüldüyü güman edilir. Qafan sözü də "Qafın yerləşdiyi ərazi" anlamını verir. Qafan rayonu ərazisində Qaf dağı əslində hündürlüyü 3904 m olan Qapıcıq dağıdır.
Rayon ərazisi üç tərəfdən Bərgüşad, Zəngəzur və Meğri dağ silsilələri ilə əhatələnib. Oxçuçay çayı rayon boyu axıb keçir.
1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Gığı, Kirs, Kürüt, Kərd, Mahmudlu, Pəyhan, Gəhləşin, Aşağı Pürlü, Yuxarı Pürlü, Acıbac, Qovşud, Zeyvə, Müsəlləm, Yuxarı Girədağ, Aşağı Girədağ, Açağu, Dəvrus, Qaradığa, Xələc, Oxtar, Cibili, Yuxarı Gödəkli, Aşağı Gödəkli, Bəydaş, Yuxarı Dəvrus, Hünüd, Novruzdar, Qatar, Atqız, Çaykənd, Qafan, Sarıdərə, Pirimni, Davidbəy, Sünük savxozu, Şəhərcik qəsəbəsi.
Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:
İndiki adı | Ermənilərin adlandırdığı adı |
---|---|
Dəymədağlı | Şrvenants |
Kilsəkənd | Sraşen |
Kürdkənd | Lernadzor |
Sirkətas | Xrdants |
Axtaxana | Xladak |
Xladak | Dzorastan |
Mahmudlu | Çaykənd |
Kütqum | Gehanuş |
Zeyvə | David-bek |
Maqauz | Kaxnut |
Pirməzrə | Katnarat |
Dördnü | Antaraşat |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.