From Wikipedia, the free encyclopedia
Varaz Qriqor — Mehranilər sülaləsindən ilk Qafqaz Albaniyası çarı. Girdman knyazı II Vardın oğlu idi.[2] Bizans imperatoru İraklinin Qafqaza yürüşü zamanı xristianlığı qəbul etmişdi və onun tərəfindən Qafqaz Albaniyası hökmdarı olaraq bərpa edilmişdi. Varaz Qriqor bundan əvvəl Girdman knyazı idi. Babalarından biri olan knyaz I Varsken Sasanilər dövründə Albaniya mərzbanı təyin olunmuşdu. Varaz Qriqorun Albaniya çarı olmazdan əvvəl yaşadığı həyatı bilinmir. Onun dövründə ərəblərin İranı işğalı başlamışdı və şahın bütün vassalları kimi Varaz Qriqor da öz ordusunu köməyə göndərmişdi. İran müharibələrindən sonra Varaz Qriqorun müstəqil olmaq istəyi ilə barışa bilməyən III Yezdəgird onu həbs etdirdi və Albaniyada mərzban hakimiyyətini geri gətirmək istədi.[3] Ölüm tarixi məlum deyil və Cavanşirin elə onun sağlığında taxta çıxdığı güman edilir.
Varaz Qriqor | |
---|---|
Qafqaz Albaniyasının X çarı | |
628 – 642 | |
Əvvəlki | III Vaçaqan (müstəqil Albaniya hökmdarı olaraq) Sema Vişnasp (Albaniya mərzbanı olaraq) |
Sonrakı | Cavanşir |
Girdiman knyazlığının XI knyazı | |
Əvvəlki | II Vard |
Sonrakı | Cavanşir |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ? |
Vəfat tarixi | ? |
Atası | II Vard |
Anası | ? |
Həyat yoldaşı | Huriduxt |
Uşaqları |
Varaz Peroz Cavanşir Yelena Mehrani Yezad Xosrov Varazman |
Ailəsi | Mehranilər[1] |
Dini | Xristianlıq |
Varaz Qriqor şahzadə Huriduxt ilə evlənmişdi. Övladları:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.