Baqationlar sülaləsindən Gürcüstan çarı From Wikipedia, the free encyclopedia
IV David və ya Qurucu David (gürc. დავით აღმაშენებელი, Davit Ağmaşenebeli; 1073, Kutaisi – 24 yanvar 1125[1], Tiflis) — 1089–1125-ci illərdə hakimiyyətdə olmuş, Baqationlar sülaləsindən Gürcüstan çarı. Gürcüstanı vahid dövlətdə birləşdirmişdi. Səlcuqilər dövləti 1097-ci ildə parçalandıqdan sonra xərac verməmiş və ölkənin müstəqilliyini bərpa etmişdir. O, Ermənistan torpaqları hesabına dövlətin ərazisini genişləndirmişdi. 1118–1120 illərdə hərbi islahat keçirərək əsas qüvvəsi qıpçaq süvariləri olan ordu yaratmışdı. 1121-ci ildə Didqori döyüşündən sonra azad olunmuş Tiflisi çarlığın paytaxtı etmişdir. Azərbaycan Şirvanşahlar dövləti ilə müttəfiqlik və qohumluq əlaqələri var idi. Ümumiyyətlə, IV David müsəlman dövlətləri ilə sıx əlaqə saxlamışdır. Şəhərlər, yollar, körpülər salınmasına, karvansaralar və s. tikilməsinə böyük fikir verirdi, maarifin inkişafına kömək edirdi. O, məhz bu səbəbdən "Qurucu" adını almışdır. Gelati akademiyasının əsasını qoymuşdu.[2]
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
IV David | |
---|---|
![]() | |
1089 – 1125 | |
Şəxsi məlumatlar | |
Doğum adı | დავით IV აღმაშენებელი |
Doğum tarixi | 1073 |
Doğum yeri | |
Vəfat tarixi | 24 yanvar 1125[1] |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | siyasətçi, şair |
Uşaqları | |
Dini | Gürcü Ortodoks Kilsəsi |
|
|
![]() |
|
Vikianbarda əlaqəli mediafayllar |
Seamless Wikipedia browsing. On steroids.