From Wikipedia, the free encyclopedia
Baqrationlar[1] və ya Baqrationilər[2] (gürc. ბაგრატიონები) — Gürcüstanın qədim kral nəsli; Gürcüstanın bir çox, Rusiyanın isə bir neçə nəfər görkəmli dövlət və hərbi xadimi bu nəsildən çıxmışdı. Gürcü tarixi mənbələrində Baqrationilərin xronologiyası VI əsrdən hesablanır.[3] Bəzi mənbələrə görə Avropada ən qədim kral nəslidir.[4][5][6][7][8]
Baqrationlar | |
---|---|
Ölkə |
|
Hissəsidir | Pakraduni sülaləsi |
Banisi | Adarnase |
Sonuncu hökmdar | XII Georgi |
Əsası qoyulub | 813 |
Soyun kəsilməsi | davam edir |
Milliyyət | Gürcü |
Titullar | |
İberiya kral Kaxetiya kralı Tao Klarceti knyazı & kralı Gürcüstan kralı Kartli kralı İmeretiya kralı Kartli-Kaxetiya kralı |
|
Vikianbarda əlaqəli mediafayllar |
Qədim erməni mənbələrinə görə Baqrationilər Hay nəslindəndirlər, qədim gürcü mənbələrində isə Baqrationilər Farnavaz nəslinin davamçıları hesab edilir. Həmçinin, erməni mənbələri ənənəvi olaraq Baqrationilərin soykökünü İran şahı I Artakserksin dövründə — b.e.ə. V əsrdə, Ermənistan satrapı olmuş yəhudi əsir Şambata (Sumbata) bağlayırlar. Amma daha sonrakı erməni-gürcü mənbələrində bir qayda olaraq Baqrationilər Davud peyğəmbərin (Davud padşahın) törəmələləri hesab edilir.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
XI–XII əsrlərdə Gürcüstan Baqrationilərin hakimiyyəti altında xeyli gücləndi. Kral IV David (Qurucu David) (1089–1125) Gürcüstanı müstəqilliyini bərpa etdi və bütün gürcü torpaqlarını öz hakimiyyəti altında birləşdirdi. O cümlədən, Tiflisi də ələ keçirərək, oranı Gürcüstanın paytaxtı etdi. Onun nəvəsi III Georginin (1156–1184) hakimiyyəti dövründə isə Gürcüstanın ərazisi şimal və şərqə doğru daha da genişləndi.
III Georginin qızı kraliça Tamara (Böyük Tamara) (1184 — təxm.1210/1213) bütün Yaxın Şərqin ən qüdrətli hökmdarlarından biri oldu.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.