Remove ads
From Wikipedia, the free encyclopedia
Mitraizm — qnostik inanca yaxın, Roma imperiyasında xristianlıqla bərabər yayılan və onunla rəqabət aparan İran mənşəli din.
Qnostik inanca yaxın olan dinlərdən biri də Mitraizm olmuşdur. Mitraizm Roma imperiyasında Xristianlıqla bərabər yayılan və onunla rəqabət aparan İran məşəli bir din idi. İran mənşəli qnostik təlimlər dünyanı Zülmətlə Nurun mübarizəsi kontekstində görür və izah edirdilər[1].
Mitra arilərin panteonunun tanrılarından biri idi. Yaxın Şərqdə bir çox xalqlar ona ibadət edirdi. Qədim arilər onu "Səhər işığının tanrısı" adlandırırdılar. Onların inanclarına görə, Mitranın qüdrəti dünyada həyatın mövcudluğunu təmin edir. Daha sonra iranlılar inanırdılar ki, Mitranı xeyir tanrısı olan Hörmüzd yaradıb və ona ibadət etmək vacibdir. Bu barədə "Avesta" da Mitr-Yaşt babının əvvəlində verilir.
M. ö V – VI yüzillikdə Mitra inancı unudulmuş, ancaq sonra bu kult yenidən bərpa olunmuş və İranda, Babilistanda, Pontda, Frigiyada, Kappadokiyada və başqa regionlarda yayılmışdır. Daha sonra Mitraya Romada da ibadət edirdilər. Mitra dininə tapınanlar inanırdılar ki, bu tanrı qara qüvvələrlə mübarizə aparır və insanlara xidmət edir. Eyni zamanda, Mitra dünyanın yaradıcısıdır. Ancaq, qnostiklərdən fərqli olaraq o Xeyrin təcəssümü kimi təsəvvür edilirdi.
Xristianlığın Mitraizmlə bir sıra oxşar cəhətləri vardır. Məsələn, 274-cü ildən başlayaraq, hər ilin 25 dekabr günü imperator Avrelianın əmri ilə günəş tanrısı Mitranın anadan olan günü kimi qeyd edilirdi. Sonralar isə, IV yüzillikdən başlayaraq, bu günü İsanın anadan olan günü kimi qeyd etməyə başlamışdılar. Bu adət bizim dövrümüzə qədər davam etməkdədir.
Xristianlıq və Mitraizmin oxşar cəhətlərində biri də Mitra və İsanın xilaskar olmasıdır. Onların hər ikisi Tanrı ilə insanlar arasında olan vasitəçidir. Onlar Atanın buyruqlarını yerinə yetirirlər. Bu baxımdan İsa kimi Mitra da axirətdə insanları mühakimə edəcəkdir. Hətta, Xristianlığın rəmzi olan xaç da mitraizmin simvollarından biri olmuşdur. Onlar xaçı dairənin içində təsvir edirdilər. Mitraizmdə Xristianlıqda olduğu kimi bu dini qəbul edənlərin xaç suyuna salma mərasimi də keçirilirdi. Bu barədə tanınmış xristian ilahiyyatçısı Tertulian da məlumat vermişdir[2].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.