Roma imperiyası

e.ə. 27 — e. 476-cı illərində tarix səhnəsində Roma Respublikasını əvəz etmiş və Qədim Dünya, o cümlədən Qədim Roma tarixində əhəmiyyətli yer tutmuş dövlət From Wikipedia, the free encyclopedia

Roma imperiyası

Roma imperiyası (lat. Imperium Romanum) — e.ə. 27 — e. 395-ci illərində tarix səhnəsində Roma Respublikasını əvəz etmiş və Qədim Dünya, o cümlədən Qədim Roma tarixində əhəmiyyətli yer tutmuş dövlət.

Cəld faktlar Paytaxt, Dil ...
İmperiya
Roma imperiyası
lat. Imperium Romanum
yun. Βασιλεία Ῥωμαίων
«

lat. Senatus Populusque Romanus (SPQR)

Roma Xalqı və Senatı
»
 Roma Respublikası Roma imperiyası Bizans İmperiyası Qərbi Roma imperiyası
 Roma Respublikası Roma imperiyası Bizans İmperiyası Qərbi Roma imperiyası
 
 
 

Paytaxt (e.ə. 27 - e.330) Roma
(e.ə. 330 - e.395) Konstantinopol
Dil latın dili, qədim yunan dili
Rəsmi dilləri Latın diliYunan dili
Din Paqanizm (E.ə. 27-E. 313)
Arian xristianlığı (313-361)
Nikea xristianlığı (361-395)
Ərazisi 5 957 000 km²
Əhalisi 55 - 120 milyon
İdarəetmə forması Mütləq monarxiya
İmperator
  e.ə. 27–14 Oktavian Avqust (ilk)
  379–395 I Feodosi (Vahid Romanın son imperatoru)
  475–476 Qərbi Roma imperiyasının son imperatoru: Romul Avqust
  1449–1453 Şərqi Roma imperiyasının son imperatoru: XI Konstantin
Davamiyyət
 
 Vikianbarda əlaqəli mediafayllar
Bağla
Cəld faktlar

Qədim Roma tarixi

lat. Senatus Populusque Romanus
Senat və Roma xalqı
Dövrlər
Roma çarlığı

( e. ə. 754 e. ə. 509)

Roma Respublikası

( e. ə. 509 e. ə. 27)

Roma İmperiyası

( e. ə. 271453-cü illər)

Respublika konstitusiyası
Magistratlar
Fövqəladə magistratlar
Titullar
Sülalələr
Əhali, inzibati və sosial tərkib
Qədim Romada hüquq
Bağla
Eramızın 117-ci ilində imperator Trayanın dövründə Roma imperiyasının ərazisi

Romanın ərazisi Respublika zamanında genişlənməyə başlamış və İmperator Trayanın hakimiyyəti dövründə ən yüksək nöqtəsinə — 5 900 000 km² çatmışdır. İmperiyanın bir neçə əsr ərzində belə nəhəng əraziyə malik olması nəticəsində, indiyədək müxtəlif millətlərin dillərində, dinlərində, mədəniyyətlərində, memarlıq abidələrində, fəlsəfələrində və qanunlarında Romanın dərin tarixi təsiri müşahidə olunur.

Tarixi

İmperiyanın tarixi qədim Roma dövlətində imperator Avqustun hakimiyyətini və ondan sonrakı dövrü əhatə edir. İmperiya dövründən əvvəl 500 il ərzində mövcud olmuş Roma Respublikası bir neçə vətəndaş müharibəsi nəticəsində zəifləmişdir. O dövrdə Qədim Romada baş vermiş bəzi hadisələr — Yuli Sezarın ömürlük diktator (e.ə. 44) təyin edilməsi, Oktavianın Aktium döyüşündə qələbəsi (2 sentyabr e.ə. 31) və Roma Senatının onu şərəfli Avqust adı ilə təltif etməsi (16 yanvar e.ə. 27) artıq Roma Respublikasının avtokratik imperiyaya keçidi ilə əlamətdardır. E.ə. 31-ci ildən başlayaraq Roma tarixinin yeni səhifəsi olan imperiya dövrü başlanır. Roma ən qüdrətli imperiyaya çevrilir. Bu imperiya öz tərkibinə şərqi Aralıq dənizi, Şimali Afrika, Avropanın xeyli hissəsini daxil etmişdir. Oktavion Avqustun dövründən etibarən Roma dövləti imperiya adlanmağa başlandı. Mark Trayanın dövründə Romanın ərazisi daha da genişləndi. Trayan Qara dənizlə Adriatik dənizi arasındakı torpaqları, Mesopotamiyanı, Kiçik Asiyada Kilikiyanı, Ərəbistan yarəmadasında bir çox əraziləri işğal etdi. O, Parfiyayada yürüş etdi və onun paytaxtı Ktesifonu tutdu, lakin işğal olunmuş ərazilərdə baş verən üsyanlar onu geri qayıtmağa məcbur etdi. Beləliklə, Trayan Parfiyanın fəthini başa çatdıra bilmədi.

Dövlət quruluşu

Ordu

Roma ordusu dövrünə görə çox güclü təlim keçmiş, əsas gücü piyadalardan ibarət olan bir ordu idi. Hər 4500 nəfərlik dəstə "Legion" adlanırdı. Roma ordusunun döyüş qaydasına görə döyüşü yüngül silahlı döyüşçülər başlayırdılar. Onlar düşmən sıralarını pozmaq üçün ox, mızra atırdılar. Legionun əsas gücü ağır silahlı piyadalardan ibarət idi. Onlar nizə və qılıncla silahlanır, zirehli paltar geyirdilər. Süvarilər piyadaları cinahlardan qoruyur, qaçan düşməni təqib edirdilər. Legion hər bir şəraitdə(meşədə, dağlıq yerdə və s.)vuruşa bilən xırda hissələrə bölünürdü. Orduda sərt-nizam intizama riayət olunurdu. Silahı itirmək, keşikdə yatmaq üstündə edam cəzası tətbiq olunurdu. Roma ordusunda süvari dəstələr olsa da onlar piyadalar qədər güclü deyildilər. Ümumiyyətlə Romada hökmdarlıq etmiş bir çox şəxslər özlərinə uyğun ordular yaratmışlarki, bunların adları Roma Total War kompyüter oyununda görmək olar. Romada yaşları ötmüş, xidmət müddəti başa çatmış döyüşçülərdən veteran hərbi dəstələri yaradılırdıki, onlarda imperiyaya tabe olan şəhərlərdə asayişi qorumaqlar məşğul olurdular.

Qədim Romada din xristianlıq olmuşdur.1-ci əsr də xristianlı meydana gəlmişdir. Xristian icmalarını birləşdirən və yepiskoplar tərəfindən idarə olunan xristian təşkilatı yarandı. Onu kilsə adlandırırdılar.

İqtisadiyyat

Mədəniyyət

Roma dövləti imperiyaya çevrildikdən sonra onun paytaxtı Roma çox böyük şəhərə çevrildi. Roma Aralıq dənizi sahillərində ən iri şəhər oldu. Eramızın ilk illərində bu şəhərdə 1 milyondan artıq əhali yaşayırdı. Roma Tibr çayının hər iki sahilində geniş ərazi tuturdu. İki sahil bir neçə körpü ilə birləşşirdi. Dağ bulaqlarından on bir kəmərlə şəhərə öz axını ilə su gəlirdi, su kəmərləri çökək yerlərdən və çaylardan daş körpülər vasitəsilə keçirdi. Şəhər küçələri Romanın qədim mərkəzi olan forumda qovuşurdu. İmperatorlar Sezardan başlayaraq özlərini və paytaxtlarını şöhrətləndirmək üçün Roma forumunda və onun ətrafında abidələr ucaldır, möhtəşəm məbədlər və başqa binalar tikdirirdilər. Trayanın Dunay çayı sahilindəki qələbələri şərəfinə Romada təqribən 40 metr hündürlüyündə sütun ucaldılmışdı. Mərmər relyef bu sütuna aşağıdan yuxarıyadək lent kimi sarınmışdı. Bu relyefdə qoşunların Dunay çayından keçməsi, vuruşma səhnələri, əsir tutulması və müharibənin başqa səhnələri təsvir edilmişdi. Sütunun üstündə imperatorun heykəli qoyulmuşdu.

Zəfər (triumf) tağları xüsusilə geniş yayılmış abidələr idi. Zəfər bayramlarında imperatorlar bu tağların altından keçirdilər. Bunlar imperatorların qələbələrini şöhrətləndirmək üçün tikilirdi. Ən qədim Romada adi bazar olmuş forum paytaxtın gözəl tikilmiş və bəzədilmiş mərkəzinə çevrilmişdi. O, imperiyanın zəngin sərvətləri və məğlubedilməzliyi haqqında fikir yaratmalı idi. Forumun yaxınlığında Palatin yüksəkliyi ucalırdı. Burada imperatorların zərdən və mərmərdən bərq vuran sarayları tikilmişdi. İmperator saraylarının yaxınlığında varlı quldarların evləri yerləşirdi. Bu evlərdəki otaqların divarları freskalarla bəzədilmiş, döşəmələri mozaika ilə örtülmüşdü. Heyvan və bitkilərin tuncdan, qızıldanfil sümüyündən bədii təsvirləri mebellərin üzərini bəzəyirdi. Otaqlarda və daxili həyət-bağda yunan və Roma heykəltaraşlarının hazırladıqları heykəllər və büstlər qoyulurdu. Varlı romalıya yüzlərlə qul xidmət edirdi. Onların arasında bir çox hallarda ağaların özlərindən daha savadlı olan həkimlər, müəllimlər, musiqiçilər, rəssamlar var idi, bunlar adətən, yunanlar idilər. Küçədə qullar adlı-sanlı romalıları taxt-rəvanda aparırdılar. Evin alaqapısında zəncirli it əvəzinə divara zəncirlənmiş qapıçı qul otururdu. Varlıların ziyafətlərinə imperiyanın müxtəlif yerlərindən diri balıq, nadir meyvə və şərab gətirilirdi.

Romada gözqamaşdırıcı cah-cəlalla yanaşı, ən acınacaqlı dilənçilik də hökm sürürdü. Şəhərin bütöv rayonlarında beş və altımərtəbəli evlər tikilmişdi. Burada küçələr çox dar idi. Yoxsullar bu evlərin balaca otaqlarında, çardaqlarında və zirzəmilərdə yaşayırdılar. Pis tikilmiş evlər çox vaxt uçurdu, yanğınlar daha tez-tez baş verirdi. Sakinlər uçan evlərin altında və ya alovun içərisində həlak olurdular. Yoxsulların çoxunun evi olmadığından onlar küçələrdə gecələyirdilər.

Romada teatr

Roma teatrlarında yunan və Roma müəlliflərinin tragediyalarını və komediyalarını tamaşaya qoyurdular. Yunanıstanda teatrlarla tanış olmuş Pompey onların nümunəsində Romada daşdan ilk teatr tiktirdi. Lakin həm varlıların, həm də yoxsulların sevdiyi tamaşa qladiator döyüşləri və döyüş arabalarının ötüşməsi idi. İmperiya dövründə bu yarışmalar respublika dövründəkinə nisbətən daha əzəmətli oldu. İmperator Avqustun əmrilə Romanın ətrafında göl yaradılmışdı. Bir dəfə burada keçirilən döyüşdə 30 iri və bir çox kiçik gəmilərdə 3000 adam vuruşmuşdu. 1-ci əsrdə Romada 50.000 nəfər tamaşaçı tutan Kolizey amfiteatrı tikildi. İmperator Trayan tərəfindən təşkil edilən bayram şənlikləri 123 gün davam etmişdi. Amfiteatrların səhnəsinə 11.000 vəhşi heyvan buraxılmışdı. Romalıları əyləndirməkdən ötrü 10.000 qladiator bir-birilə və vəhşi heyvanlarla vuruşurdu. Hələ ən qədim Romada Palatin yüksəkliyindən cənuba doğru geniş düzənlikdə cıdır yarışları keçirilirdi. İmperator dövründə burada on minlərlə tamaşaçı üçün tribunaları, imperator və onun əyanları üçün bər-bəzəkli lojaları olan nəhəng sirk (cıdır meydanı) yerləşirdi. Sirkin qaçış yollarında yüngül döyüş arabalarına qoşulmuş at yarışları keçirilirdi.

Roma imperator sülalərinin zaman xətti

Konstantinlər sülaləsiTetrarxiyaƏsgər imperatorlarQall İmperiyasıƏsgər imperatorlarSeverlər sülaləsiNerva-AntoninFlavilər sülaləsiYulilər-Klavdilər

Roma imperiyasının süqutu

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.