Pompey

From Wikipedia, the free encyclopedia

Pompeymap

Qədim Pompey (lat. Pompeii, it. Pompei) — Qədim Roma şəhəri. Neapol şəhərinin yaxınlığında yerləşir.

Cəld faktlar Ölkə, Tarixi və coğrafiyası ...
Pompey
Pompeii
Thumb
40°45′02″ şm. e. 14°29′22″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub VI əsr
Sahəsi
  • 98,05 ha
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 0 nəf.
Digər
pompeiisites.org
Xəritəni göstər/gizlə
Thumb
Pompey
 Vikianbarda əlaqəli mediafayllar
Bağla

Eramızın 79-cu ilində Vezuvinin güclü püskürməsi nəticəsində Pompey şəhəri sakinləri ilə birlikdə vulkan külünün və lavanın altında qalıb məhv olmuşdur. 1713-cü ildə təsadüfən bu şəhərin qalıqları aşkar edilmiş və arxeoloqlar tərəfindən şəhər, demək olar ki, qalın vulkan külündən tamamilə təmizlənmişdir. Zəhərli qaz və isti külün təsiri ilə məhv olmuş canlıların qalıqları indiyədək qalmaqdadır. Hazırda Pompey şəhəri açıq hava altında qədim dövrün muzeyinə çevrilmişdir.

Ölkənin cənub hissəsində yerləşən qədim Pompey şəhəri İtaliyanın ən çox turist qəbul edən üçüncü, dünyanın isə 48-ci şəhəridir. Buraya ildə 2,5 milyondan çox insan baş çəkir.

Thumb
Qədim Pompey şəhərinin qalıqları, Vezuvi dağı fonunda

Tarixi

Son qazıntılar göstərmişdir ki, eramızdan əvvəl VII əsrdə müasir Nola şəhərinin yaxınlığında yaşayış məntəqəsi olub.[2] Yeni yaşayış məntəqəsi olan Pompey eramızdan əvvəl 6-cı əsrdə oskanlar tərəfindən salınıb.

Şəhərin erkən tarixi az məlumdur. Salamat qalan mənbələr yunanlaretrusklar arasında toqquşmalardan bəhs edir. Roma ilə İtaliyanın cənubunu birləşdirən ticarət yolunda bu şəhər mühüm yer tuturdu.[3] Bir çox zadəgan romalıların Pompeydə villaları var idi.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.