Yaxın Şərqdə yerləşən ərəb dövləti From Wikipedia, the free encyclopedia
İordaniya, rəsmi adı: İordaniya Haşimilər Krallığı (ərəb. المملكة الأردنية الهاشمية; ərəb. الأردن) — Yaxın Şərqdə yerləşən ərəb dövləti. Şimalda Suriya, şimal şərqdən İraq, cənubdan Səudiyyə Ərəbistanı, qərbdən İsrail və Fələstinlə həmsərhəddir. İordaniya İsrail və Fələstin Muxtariyyəti ilə Ölü dənizdə, Aqaba körfəzində isə İsraillə, Səudiyyə Ərəbistanı və Misirlə qonşu dövlətlərdir. Dövlət quruluşu konstitusiyalı monarxiyadır, dövlət dili ərəb dili, dövlət dini islam dinidir. Pul vahidi İordaniya dinarıdır.[3]
İordaniya | |||||
---|---|---|---|---|---|
ərəb. المملكة الأردنية الهاشمية | |||||
| |||||
الله، الوطن، الملك (Allah, Vətən, Kral) | |||||
Himn: "السلام الملكي الأردني" (Əs-səlam əl-mələki əl-ürdüni) |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Amman | ||||
İdarəetmə forması | konstitusiyalı monarxiya | ||||
kral | II Abdullah [ 7.II.1999 ] | ||||
baş nazir | Abdullah Nsur [11.X.2012 ] | ||||
Sahəsi | Dünyada 112-ci | ||||
• Ümumi | 92000 km² | ||||
• Su sahəsi (%) | 0,8 | ||||
Əhalisi | |||||
• Əhali | 6 920 min nəfər (101-ci) | ||||
• Siyahıyaalma (2.X.2004) | 5 103 639 nəf. | ||||
• Sıxlıq | 75 nəf./km² | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 79,6 milyard dollar (89-cu) | ||||
• Adambaşına | 11 900 dollar (120-ci) | ||||
Valyuta | İordaniya dinarı | ||||
İnternet domeni | .jo | ||||
ISO kodu | JO | ||||
BOK kodu | JOR | ||||
Telefon kodu | +962 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][2] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
İordaniya mütləq formalı idarəetmə üsuluna malik konstitusiyalı monarxiyadır. Milli bayram günü olan müstəqillik günü (1946) 25 mayda qeyd olunur. Ölkə Konstitusiyası 11 yanvar 1952-ci ildən qüvvədədir.
İordaniyanın əksər hissəsi səhradır. Ancaq, İordaniya çayının şimal-qərb hissəsi, Münbit Hilal (Fertile Crescent) adlanan bölgənin bir hissəsidir. Paytaxt Əmman şimal qərbdə yerləşir. İordaniya Krallığının ümumi ərazisi 89,342 km², əhalisi isə 5 milyondan artıqdır. Şəhər əhalisi — 72%, kənd əhalisi — 28%-dir. Ən yüksək coğtafi nöqtəsi Ram dağında (1754 m), ən alçaq nöqtəsi — 403 m-dir (dəniz səviyyəsindən). Qışı sərin, yayı isti və qurudur.[3]
Sonuncu dəfə 2015-ci ildə əhalinin siyahıya alınması həyata keçirilib. Bu zaman İordaniya əhalisi 9.5 milyon nəfər hesablanmışdır. Lakin əhalinin 2.9 milyon nəfəri vətəndaşlığı olmayanlar, yəni qeyri-qanuni olaraq ölkəyə gəlmiş immiqrantlar və məcburi köçkünlərdir. 2015-ci ildə İordaniyada ev sahiblərinin ümumi sayı 1,977,534 nəfər olmuşdur ki, bu da orta hesabla hər ev sahibinə 4.8 nəfər düşdüyünün göstəricisidir. Əhalinin 98%-ni ərəblər, 1,2%-ni çərkəzlər təşkil edir.[4] Paytaxt Amman şəhərinin əhalisi 1946-cı ildə 65,574 nəfər təşkil edirdisə, 2015-ci ildə paytaxt əhalisi 4 milyon nəfər hesablanmışdır.[5]
İordaniyada islam dövlət dinidir. Əhalinin 95 %-ni müsəlmanlar təşkil edir. Müsəlmanların 90 %-i sünniliyin şafii məzhəbinə aiddir. Az sayda şiə-imamilərə və dürzilərə rast gəlmək olar (birlikdə 5 %). Xristianlar əhalinin 5 %-ni təşkil edirlər. Onlar əsasən şəhərlərdə məskunlaşıblar. Xristianların 2/5 hissəsi rumi ortodokslar, 1/3 hissəsi roma katolikləridir. Həmçinin rumi katoliklər, yaxud melkit katoliklər, erməni-qriqoryan, süryani ortodokslar və az sayda protestantlar (anqlikan, lüteran, baptistlər və s.) da vardır.
Ən çox diqqət çəkən məkanlardan biri də Amman şəhərində olan Roma teatrıdır. Bu teatr öz qədimliyi ilə seçilir. Burada 33 sırada 5000-ə qədər tamaşaçı otura bilir. İordaniyanın məşhur yerlərindən olan Petra şəhəri də öz qədimliyi ilə turistləri cəlb edir. Bu şəhər Lut gölü ilə Aqaba körfəzi arasında yerləşir. Ceraş şəhəri də turistləri ən çox maraqlandıran şəhərdir. Burada Zevsin məbədi, eləcə də Artemidin məbədi adlı tarixi abidələr yerləşir. Şəhərdə Bizans dövrünə aid 17 kilsə də var.[3]
İordaniyada rəsmi istirahət günləri cümə, eləcə də bazar günləri sayılır. Cümə günü hətta mağazalar da işləmir. Burada İslam dini ilə bağlı bayramlarla yanaşı, Avropa təqviminə uyğun bayramlar da qeyd edilir. Bunlar: 1 yanvar — Yeni il, 1 may — Əmək günü, 15 yanvar — Ağac günüdür. Ağac günü İsanın xurma ağacı altında doğulduğu gündür. Həmin gün bütün İordaniyada ağac əkirlər. 25 may (1946) — Müstəqillik günü kimi qeyd edilir. İordaniyanın yüksək səviyyədə qeyd edilən bayramları sırasında Ramazan, Qurban bayramlarını göstərmək olar.[3]
İordaniyada orta ömür müddəti 74.6 ildir.[6] Bu ölkə öz səhiyyəsinin səviyyəsi ilə öyünə bilər. Belə ki, səhiyyənin səviyyəsinə görə İordaniya regionda ən yaxşılardan biri hesab olunur. Ölkənin səhiyyə sistemi dövlət və özəl sektor arasında bölüşdürülmüşdür. 1 iyun 2007-ci il tarixində ən böyük dövlət hospitalı olan "Jordan Hospital" JCAHO beynəlxalq akkreditasiyasını əldə etmişdir. İordaniya əhalisinin 66%-i tibbi sığortaya sahibdir.
İordaniya təhsil sistemi iki illik məktəbəqədər təhsil, on illik məcburi təhsil, iki illik lisey daha sonra da universitet təhsilindən ibarətdir. Məktəb şagirdlərinin 79–85%-i ali təhsil alırlar.[7] 2015-ci il hesablamalarına görə, ölkədə oxuma-yazma bilənlər ümumi əhalinin 95,4%-ni təşkil edir. UNESCO-nun məlumatına əsasən təhsil sistemində gender bərabərliyinin təmin edilməsinə görə İordaniya 94 ölkə arasında 18-ci yerdə qərarlaşmışdır.[8] Burada pulsuz təhsil yoxdur.
İordaniyada 10 dövlət universiteti, 16 özəl universitet və 54 kollec var. Kolleclərin 14-ü dövlət, 24-ü özəl sahibkarlara məxsus olduğu halda, digərləri İordaniya Silahlı Qüvvələrinə, Mülki Müdafiə şöbəsinə və Səhiyyə Nazirliyinə aiddir. Hər il 200,000-dən çox şagird universitetlərə daxil olur. Bundan başqa, hər il 20,000 şagird isə ali təhsil almaq üçün əksəriyyəti ABŞ və Avropa olmaqla xarici ölkələrə üz tutur. Dünya universitetlərinin reytinqində İordaniyanı üç ali təhsil müəssisəsi təmsil edir. Bu universitetlər İordaniya Universiteti (UJ), İordaniya Elm və Texnologiya Universiteti (JUST) və Yarmouk Universitetidir. UJ və JUST ərəb universitetləri arasında müvafiq olaraq 8-ci və 10-cu yerləri tuturlar.[9]
İordaniya internet istifadəsi baxımından ərəb ölkələri arasında ilk yerdədir. Əhalinin təqribən 75%-i internet istifadəçisidir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.