Uels

Birləşmiş Krallıqa daxil olan tarixi və inzibati ərazi From Wikipedia, the free encyclopedia

Uels

Uels (ing. Wales, Uels dilində: Cymru) — Böyük Britaniya krallığına daxil olan tarixi və inzibati ərazi. Böyük Britaniya adasının cənubi-qərb hissəsində yerləşir. Paytaxtı Kardiffdir.

Cəld faktlar Tarixi, • Qrifid ap Llivelin ...
Uels
ing. Wales
vall Cymru
Cymru am byth!, Wales Forever!
Himn: 
Thumb
Tarixi
  Qrifid ap Llivelin 1057
  Ridlan statutu 3 mart 1284
  Uels qanunları aktı 1543
  Uels dil aktı 27 iyul 1967
  Uels hökuməti aktı 31 iyul 1998
Rəsmi dilləri
Paytaxt Kardiff
51°29′ şm. e. 3°11′ q. u.HGYO
İdarəetmə forması parlamentar konstitusiyalı monarxiya daxilində təhvil verilmiş parlamentar qanunverici orqan
Monarx III Çarlz
Birinci nazir Von Qetinq
Sahəsi
  Ümumi 21.218 km²
Əhalisi
  Əhali 3.131.640[1] nəfər
  Siyahıyaalma (2021) 3.107.494 nəf.
  Sıxlıq 151 nəf./km²
  Ümumi 85.400.000.000 £[2]
ÜDM (nominal)
  Ümumi (2021) £79,7 mlrd. dollar
  Adambaşına £25.665 dollar
İİİ (2021) 0,898 (çox yüksək)
Demonim vall
Valyuta funt sterlinq
Saat qurşaqları
 Vikianbarda əlaqəli mediafayllar
Bağla

Tarix

Coğrafiya

Thumb
Uels Parlamenti nin birinci naziri Mark Drakeford; May 2021

Uels ərazisi əsasən dağlıq relyefə malikdir. Ən böyük adası olan Anqlsi adası ölkənin əsas hissəsindən Menay boğazı ayırır. Böyük Britaniyanın bir hissəsidir. Uels yarımadasından ibarətdir. Sahil xətti güclü şəkildə parçalanmışdır. Yarımadanın böyük hissəsini yüksək olmayan (500–700 m) Kembric dağ massivi təşkil edir. Yarımadanın şimalında ucalan Snoudon dağı İngiltərə tarixi-coğrafi bölgəsinin ən yüksək zirvəsidir. Həmin zirvədən yaxşı hava şəraitində Uelsin əzəmətli, geniş mənzərələrini seyr etmək olur. Çayların vadilərində və dağətəyi yerlərdə enli yarpaqlı meşələr zolağı uzanır. Düzənlik ərazilərdə tarlalar və bağlar salınmışdır. 

Tarixi

Uels V–VI əsrlərdə Britaniyanın anqlosakslar tərəfindən zəbt edilməsindən sonra formalaşmış xalqın-uelslilərin və ya vaililərin vətənidir. Bu məğrur xalqın çox əsrlik tarixi anqlosaks işğalçıları ilə apardığı amansız mübarizə ilə zəngindir. Yalnız XIII əsrdə anqlosakslar Uelsi özlərinə tabe edə bildilər.

Uels paytaxtının (Kardif şəhəri) görkəmli yerləri, eyni zamanda Llanqollen və Karmarten şəhərlərinin zəngin tarixi və memarlıq abidələri. turistləri cəlb edən amillərdir. Uels, müalicəvi mineral mənbələrlə zəngindir. Bunların arasında, Llandrindod-Uels, Llanurtid-Uels daha məşhurdur. Uelsin dəniz sahili kurortları — Tauni, Aberistuit, Tenbi, Suonsi turistlərin diqqətini cəlb edir. Bu şəhərlərdə çoxsaylı tarixi və memarlıq abidələrinə rast gəlmək olar.

İqlim

Ölkənin relyefi kimi iqlim şəraiti də çox müxtəlifdir.. Bu müxtəliflik ilk növbədə Uelsin ərazisinin mülayim və okeanik iqlim qurşaqlarının qovuşduğu sahədə yerləşməsi ilə əlaqədardır. Yarımada əsasən rütubətli dəniz iqlimi mövcud olur.

Əhali

Thumb
Uelsdə əhali sıxlığının xəritəsi.

2011-ci il yanvar ayına olan rəsmi məlumata əsasən Uelsdə 3,063,456 nəfər əhali məskunlaşıb. Əhalinin 72,6%-ni uelslislər, 20,77%-ni ingilislər, 0,7%-ni şotlandlar, 0,6% hindistanlılar təşkil edir.

Din

Uelsdə müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Ən geniş yayılmış din xristianlıqdır. Uelslilərin 57,6%-i xristianlıq, 1,5%-i islam, 0,3%-i hinduizm və 0,3%-i buddizm dininə məxsusdur.

Səhiyyə

Uelsdə səhiyyə əsasən "NHS Wales" tərəfindən təmin edilir. 2010-cu və 2012-ci illər arasında Uelsdə anadan olanlar üçün həyat davamlılığı kişilər üçün 77,8 il, qadınlar üçün 82 il təşkil edir. Bu, Böyük Britaniyada dörd ölkədə ikinci ən yüksək həyat davamlılığı təşkil edir.

Siyasi sistem

Uels 1736-cı ildən İngiltərə ilə qanunla rəsmiləşdirilmiş ittifaqdadır, 1997-ci ildən isə məhdud muxtariyyət əldə edib. 1998-ci idən Uelsin öz parlamenti və icra hakimiyyəti fəaliyyət göstərir, lakin onların səlahiyyəti təhsil, mədəniyyət, səhiyyə, nəqliyyat, ətraf mühitin mühafizəsi və sair məsələlərlə məhdudlaşır.[3]

Təhsil

Uelsdə ümumi orta məktəb təhsili üç pillədən — ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir və ümumi orta məktəb təhsili altı yaşdan başlanır.

Universitetlər

Uelsin ali təhsil tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir. Uelsin ən nüfuzlu təhsil müəssisələri KardiffSuonsidə yerləşir.

Uelsin ali təhsil müəssisələrində mütəxəssis hazırlığı üç tsikllidir:

Birinci tsikl – bakalavr;
İkinci tsikl – magistratura;
Üçüncü tsikl – doktorantura.

İdman

İdman oyunları içərisində Uelsdə ən geniş yayılan növü futboldur.[4] Atletizm, reqbi, velosiped, boks ən müvəffəqiyyətli idmanlarıdır.

Dövlət bayramları və xüsusi günlər

Rəsmi

Əlavə məlumat Bayram, Tarix ...
Bayram Tarix
Yeni İl Günü 1 yanvar
Yeni İl Bayramı 2 yanvar
Yaxşı Cümə Xristian təqvimi ilə dəyişir.
May Günü 1 may
Yaz Bayramı Mayın son Bazar ertəsi
Yay Bayramı Avqustun birinci Bazar ertəsi
Milad 25 dekabr
Baksinq Günü 26 dekabr
Bağla

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.