From Wikipedia, the free encyclopedia
Bakalavr (lat. baccalarius və ya baccalarium; bacca — "meyvə", larius — "dəfnə", mənası "dəfnə meyvəsi"[1]) — Bolonya prosesində iştirak edən ölkələrdə ali təhsil proqramının birinci pilləsini mənimsəyən şəxslərə verilən akademik dərəcə və ya ixtisaslaşma göstəricisi; bakalavriatı bitirmiş şəхslərə verilən ali peşə-iхtisas dərəcəsi[2];
Lakin istisnalar da var, məsələn, Amerika Birləşmiş Ştatlarında az sayda ikinci pillə dərəcəsini bitirənlər də uyğun sahədə bakalavr adını alırlar, Fransada isə tam orta təhsili başa vuranlar bakalavr dərəcəsi alırlar.
İlk dəfə orta əsrlərdə Qərbi Avropa universitetlərində tətbiq olunmuşdur.
Azərbaycanda bu təhsil pilləsinə aparan proqram 1991-cı ildə Xəzər Universiteti tərəfindən hazırlanmış və həyata keçirilməyə başlanılmışdır. 1993-cü il qəbul edilən təhsil qanunu bakalavr və magistr dərəcələrini ali təhsilin uyğun olaraq birinci və ikinci pilləsi kimi qanuniləşdirmişdir. Azərbaycanda bakalavr üzrə təhsil müddəti 4 ildir. Bakalavr dərəcəsi magistraturaya daxil olmaq hüququ verir.
Ayrı-ayrı dövlətlərdə və ixtisas istiqamətlərində baklavr hazırlığı bir-birindən fərqlənir və 3 - 6 il arası təşkil edir. Məsələn, İngiltərədə və Almaniyada 3, Şotlandiya, Kanada və ABŞ-də bakalavr təhsilinin müddəti 4 ildir.
Azərbaycanda iki pilləli təhsilə keçid "Bolonya prosesi"nin tərkib hissəsi olduğundan, hər ixtisas üzrə bakalavr pilləsi mövcuddur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.