Remove ads
From Wikipedia, the free encyclopedia
Frigiya (yun. Φρυγία, lat. Phrygia, türk. Frigya) — Kiçik Asiyada tarixi dövlət. Paytaxtı əvvəlcə Kelen, sonra Qordion olmuşdur.
Sakarya çayı ilə Böyük Menderesin yuxarı axarları arasındakı bölgənin qədim adıdır. Bu ad Balkan yarmadasından gəlib bu bölgədə məskunlaşan frigiyalılardan gəlir.
Frigiyalılar eradan əvvəl XIII-XII əsrlərdə Balkan yarımadasından Kiçik Asiyaya köçüb gəlmiş və Hett dövlətinə son qoymuşlar. Frigiyalıların bir hissəsi assur mənbələrində Urume, Urartu mənbələrində Arm (əslində Urartu mənbələrində "Armini" kimidir, lakin bu adın "ini" hissəsi urartu dilində yer adlarının sonlarına əlavə olunan şəkilçidir) adlanan əyalətdə məskunlaşmışlar. Arm toponimi Balkan yarımadasından köçüb gələnlərin sözüdürmü, yoxsa onlar Arm adlı ölkəyə gəlib oturmuşlar – bu aydın deyil. Erməni tarixçisi Q. Kapansyana görə "Arim" adını daşıyan Hind-Avropa mənşəli tayfa Balkan yarımadasından Kiçik Asiyaya, Hettlərin ölkəsinə, Hayasa adlı əyalətə gəlmiş, sonra isə eradan əvvəl, VII-VI əsrlərdə Erməni yaylasına, daha sonra Urartu ölkəsinə yayılmışdır [1] . İ. M. Dyakonov yazır ki, "erməni" etnonimi Arm əyalətinin (ölkəsinin) adındandı.[2]
Manna dövləti Frigiya hökmdarlığını darmadağın edərək, İoniya şəhərlərini viran qoyub Aşşur sərhədlərıni təhdid etdilər.
Strabonda eramızın 1-ci əsrində Frigiyanın bir hissəsi Böyük Frigiya, yəni (Phrygia Magna) kimi qeyd olunur[3]; Bu, ilk dövrlərdə Midasın hökm sürdüyü və sonralar onun bir hissəsinin Qalatiyalılar tərəfindən işğal edildiyi torpaqdır. Hellespontos üzərindəki və Olimpos ətrafındakı hissə Kiçik Frigiya, yəni (Phrygia Epiktetos) adlanır. Latın dilində Böyük Frigiya mənasını verən Phrygia Magna və ya Hellespontos Phrygia-sı (Troas və Misia bölgələrində yerləşir) adlanan bölgəni əsl Frigiyadan ayırmaq üçün istifadə edilmişdir.
Phrygia Epiktetos “əlavə olaraq əldə edilmiş, əlavə olaraq fəth edilmiş Frigiya” deməkdir. Perqamon padşahları tərəfindən xilas edilən və öz ölkələrinə birləşdirilən Frigiyanın şimal-qərb hissəsinə deyilir. Aezanis, Nakoleia, Kotiaeum, Midaeium və Dorylaeum Phrygia Epiktetosun əsas şəhərləridir. Bundan əlavə, Strabon bu şəhərlər arasında Misiyaya aid sayılan Kadoini də qeyd etmişdir.[4] Phrygia Epiktetosun içində yerləşən və Phrygia Paroreia adlandırılan hissəsində, Frigiyanın Pisidiya bölgəsi boyunca uzanan hissəsi ilə Amorium ətrafındakı hissələri, Eumeneia, Synnada və Frigiyanın ən böyük şəhərləri olan Laodikeya və Apameia yerləşir. Bu və digər şəhərlərə bitişik şəhərlər var Afrodisias, Kolossae, Themisonium, Synaos, Metropolis və Apollonias; Bunlardan daha uzaqda Peltae, Tabai, Eukarpeia və Lysias şəhərləri var. Strabonda belə deyilir: “Phrygia Paroreiasının şərqdən qərbə doğru uzanan dağ silsiləsi var, onun ətəklərindən hər iki tərəfə geniş düzənlik uzanır və yaxınlıqda şəhərlər var; Şimalda Philomelion və Pisidia yaxınlığındakı Antioxiya yerləşir.
Eramızın 400-cü ilinə qədər qısa bir müddət ərzində Frigiya Romalılar tərəfindən iki əyalətə (il) bölündü, biri Phrygia Prima (Birinci Frigiya) və digəri Phrygia Secunda (İkinci Frigiya) adlanırdı. 400-cü ildən sonra birincisi Pacatiana, ikincisi isə Salutaris adlanır. Afyon ilinin cənub yarısını və Dənizli ilinin şimal yarısını özündə birləşdirən hissəyə “Phrygia Pacatiana” adı verilmişdir. Qalan hissə “Phrygia Salutaris” adlanırdı. Bura Afyon ilinin şimal yarısı və Kütahya ilinin yaxın ətrafı daxil idi.[5]
Midas, Ayazini, Aslantaş, Yazılıqaya, Qordion, Pazarlı, Alişar kurqan, Alacahöyük və Boğazköy qədim yaşayış məskənlərində frigiyalılara aid qalıqlar aşkar edilmişdir. Bu qədim Het məskənlərində yaşayan Frigiyalılar Het sivilizasiyasından təsirlənərək, özləri güclü bir sivilizasiya yaratmışlar. Frigiya sənətində Het sənətinin, eləcə də Urartu, Assuriya və Qədim Egey sivilizasiyalarının sənətinin izləri var. Frigiyalılar qayaüstü abidələri müxtəlif insan və heyvan motivləri ilə bəzəmişlər. Kibela ilahəsi üçün tikdikləri məbədlərin divarlarını bişirilmiş torpaq lövhələrlə bəzədilər. Frigiya memarlığının və mühəndisliyinin ən mühüm məhsulu eramızdan əvvəl 8-ci əsrdə tikilmiş paytaxt Qordiondakı qaladır. Qala eramızdan əvvəl 4-cü əsrə qədər qalmışdı. Qalanın monumental qapısı var idi. Qalanın içərisində meqaron adlanan düzbucaqlı tikililə və kral sarayır var idi. Binaların içərisində çınqıl daşından mozaika döşəmələri var idi. Frigiyalılar bu dekorativ döşəmə üsulunun yaradıcılarıdır. Onlar mədən və ağac emalı sahəsində də qabaqcıl idilər. Qazıntılar zamanı kasnak tutacaqlı tunc boşqablar, qazanlar, qızıl, gümüş və tunc yaylı sancaqları, qiymətli metallardan hazırlanmış geyim kəmərləri, toqqalar və zəngin bəzəkli toxunma məmulatları, ağacdan və keramikadan hazırlanmış heyvan heykəlcikləri və həndəsi naxışlarla bəzədilmiş məişət əşyaları aşkar edilmişdir. Xüsusilə qarmaqlı sancaqların (fibula) hazırlanmasında istifadə etdikləri texnologiyanın o dövrlə müqayisədə çox irəli getdiyi görünür. Frigiyalılar toxuculuqda çox məharətli idilər. Anadolu xalçalarında və digər türk dövlətlərində minlərlə illik motivlərin Frigiya motivlərində də olmasının səbəbi hələ də bəlli deyil. Frigiyalıların musiqi sahəsində irəli getdikləri və bir çox musiqi alətləri hazırladıqları məlumdur.
Frig mədəniyyətinin ən mühüm xüsusiyyəti tumuluslardır. Bunlar e.ə. 8-ci əsr və e.ə. 6-cı əsrin birinci yarısı arasında tikilmiş süni qəbirlərdir. Onların sayı yüzə yaxındır. Frigiyalılardan əvvəl Anadoluda bu tikililərə rast gəlinmirdi. Çox güman ki, frigiyalılar Avropa dəfn etmə ənənələrini Frigiyada məskunlaşdıqları zaman da davam etdirmişlər. Tumulusların içərisindəki dəfn otağı əsas mərtəbədə tikilmişdir.
Frigiyalılara aid yazılı sənədlər e.ə. 8-ci əsrdən e.ə. 4-cü əsrə qədər olan dövrə aiddir. Bu günə qədər üzə çıxarılan yazılı mətnlərin sayı az və məzmunu qısa olduğu üçün onlar tam deşifrə edilməmişdir. Ancaq frigiyalılar Hind-Avropa mənşəli bir dildə danışmışlar.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.