Mərkəzi Asiya

From Wikipedia, the free encyclopedia

Mərkəzi Asiyamap

Mərkəzi Asiya və ya Orta Asiya[2]Asiyanın cənub-qərbdə Xəzər dənizinə, şimal-qərbdə Şərqi Avropaya, şərqdə ÇinəMonqolustana, cənubda Əfqanıstanİrana, şimalda Rusiyaya qədər uzanan altregionu. Buraya keçmiş sovet respublikaları olan Qazaxıstan, Qırğızıstan, Tacikistan, TürkmənistanÖzbəkistan daxildir.

Cəld faktlar Ölkə, Əhalisi ...
Mərkəzi Asiya
45°18′ şm. e. 63°54′ ş. u.HGYO
Ölkə
Əhalisi
Əhalisi
  • 80.072.970 nəf. (2023)[1]
Xəritəni göstər/gizlə
Mərkəzi Asiya xəritədə
Mərkəzi Asiya
Mərkəzi Asiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

1924–1925-ci illərə qədər "Türküstan" adlanırdı.[3] Mərkəzi Asiya tarixən İpək yolu ticarət yolları ilə sıx bağlı olmuşdur.[4] Avropa ilə Uzaq Şərq arasında insanların, məhsulların və ideyaların daşınması üçün kəsişmə rolunu oynamışdır.[5][6][7] Mərkəzi Asiyanın əksər ölkələri hələ də dünya iqtisadiyyatının bir hissəsidir.[8]

Coğrafiyası

Bu regiona daxil olan ölkələr qərbdə Xəzər dənizi sahilindən başlamış şərqdə Çinin Böyük Xinqan dağlarınadək yerləşir. Bu yeganə regiondur ki, heç bir ölkəsinin okeana bilavasitə çıxış yolu yoxdur. Transsibir magistralınaXəzər-Volqa su yoluna çıxışı olan şimal-qərb hissəsinin iqtisadi-coğrafi mövqeyi daha əlverişlidir. Bu yollar regionu QafqazAvropa ölkələri ilə birləşdirir. Bakı şəhəri ilə Mərkəzi Asiyanın Türkmənbaşı və digər şəhərləri arasında gəmi-bərə körpüsünün salınması regionun Qafqaz ilə iqtisadi əlaqələrinin daha da yaxşılaşmasına səbəb olmuşdur. Son illər Çin, İranƏfqanıstanla dövlət sərhədlərinin sadələşdirilməsi xarici nəqliyyat əlaqələrinin genişlənməsinə səbəb olmuşdur. Regiondan keçən qədim İpək yolu bərpa olunur. Mərkəzi Asiya ölkələrinin coğrafi mövqeyinin, təbii şəraitinin, tarixi inkişaf yolunun, mədəniyyət, dil və din xüsusiyyətlərinin oxşarlığı onların iqtisadi əlaqələrinin genişlənməsinə və dərinləşməsinə, bir sıra siyasi və iqtisadi təşkilatların yaranmasına müsbət təsir göstərir.

Mərkəzi Asiyada yüksək Pamir, TyanşanAltay, Kunlun dağ sistemləri ilə Turan və Xəzərsahili ovalıqlarının düzənlik ərazilərinin qonşuluqda yerləşməsi regionun landşaftının olduqca rəngarəngliyinə səbəb olmuşdur. Düzənliklər iri səhralarla (Qobi, Qaraqum, Qızılqum) əhatə olunmuşdur. Şimal hissəsində çöl əraziləri üstünlük təşkil edir. Regionun okeanlardan uzaqda yerləşməsi onun iqlimini olduqca kontinentallaşdırır. Yayı isti və quraq, qışı soyuq və az qarlıdır. Mərkəzi Asiyada meşə azdır. Yalnız iki böyük çayı var (SırdəryaAmudərya). Suvarma məqsədilə sularından həddindən artıq istifadə olunan (xüsusilə Qaraqum kanalı vasitəsilə) bu çayların suyu 1976-cı ildən başlayaraq demək olar ki, Aral gölünə çatmır. Nəticədə göl quruyur və quruyan hissələrdə baş verən qum tufanları ətraf ərazilərə və əhalinin sağlamlığına böyük ziyan vurur.

Hazırda Xəzər dənizinin səviyyəsinin qalxması ilə yanaşı (1977–2000-ci illər ərzində Xəzərin səviyyəsi 2 metr qalxaraq sahil əraziləri basmış, dəniz ətrafı təsərrüfata böyük ziyan vurmuşdur), Aral gölünün qurumasının qarşısının alınması regionun mühüm ekoloji problemlərindəndir. Mərkəzi Asiyanın təbii xüsusiyyətlərindən biri ərazinin yarıdan çoxunun seysmik qurşaqda yerləşməsidir. Burada tez-tez baş verən daşqınlar və sellər, əsasən əhalinin yanlış təsərrüfat fəaliyyətinin nəticəsidir. Ərazinin dağlıq relyefi ilə əlaqədar regionun çayları (xüsusilə Ural, İrtış, Vaxş) olduqca böyük hidroenerji resurslarına (xüsusilə dağlıq relyef olan Tacikistan və Qırğızıstan) malikdir.

Əhalisi

Mərkəzi Asiyada əhalinin milli tərkibi müxtəlifdir. Burada türk dili qrupuna aid olan özbəklər, qazaxlar, türkmənlər, qırğızlar, qaraqalpaqlar, fars dil qrupuna aid olan taciklər, həm də monqollar yaşayır. XIX əsrin axırlarında Mərkəzi Asiya ölkələrinin (Monqolustan istisna olmaqla) Rusiya imperiyasına birləşdirilməsindən sonra regiona ruslarukraynalılar axışaraq gəliblər. Mərkəzi Asiya ölkələri müstəqillik qazandıqdan sonra yerli olmayan əhalinin bir hissəsi (xüsusilə ruslar) öz vətənlərinə qayıdırlar. Vaxtilə bura sürgün olunmuş xalqlardan almanlar Almaniyaya köçürlər. Mərkəzi Asiyaya sürgün olunmuş xaqlar arasında azərbaycanlılar da var. Azərbaycanlılar əsasən Qazaxıstanın Taldi-KurqanCambul vilayətlərində, Daşkənddə və regionun digər bölgələrində yığcam halda yaşayırlar.

Mərkəzi Asiyada əhalinin təbii artımı çox yüksəkdir. Təbii artıma görə ölkələr arasında dərin fərqlər var. Ən yüksək təbii artım TacikistandaMonqolustanda (ildə 3%), ən az isə Qazaxıstandadır (ildə 0,5%). Regionun əhalisi olduqca qeyri-bərabər paylanmışdır. Dağətəklərində, dağarası vadilərdə və vahələrdə xüsusilə Özbəkistanın Əndican, Fərqanə, Daşkənd vilayətlərində (əhalinin orta sıxlığı 1 km²-də 400 nəfər), Qazaxıstanın cənubunda əhali daha sıx, Monqolustan, Türkmənistan və Qazaxıstanın səhralarında, Tacikistan və Qırğızıstanın yüksək dağlıq ərazilərində isə seyrək məskunlaşmışdır. Əhalinin yarıdan çoxu şəhərlərdə yaşayır. Ən iri milyonçu şəhərləri DaşkəndAlmatıdır.

İstinadlar

Həmçinin bax

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.