Mingəçevir
Azərbaycanda respublika tabeli şəhər From Wikipedia, the free encyclopedia
Azərbaycanda respublika tabeli şəhər From Wikipedia, the free encyclopedia
Mingəçevir — Azərbaycanın əhali sayı etibarilə dördüncü böyük şəhəridir. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. 4 fevral 1954-cü ildə respublika tabeli şəhər kateqoriyasına keçmişdir. Kür çayının sahillərində yerləşir. Mingəçevir şəhəri şərq, cənub və qərb tərəfdən Yevlax rayonu, şimaldan isə Mingəçevir Su anbarı ilə həmsərhəddir.
Respublika tabeli şəhər | |
Mingəçevir | |
---|---|
40°46′12″ şm. e. 47°02′56″ ş. u.HGYO | |
Ölkə | |
Region | Mərkəzi Aran iqtisadi rayonu |
Başçı | İlham İsmayılov |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 4 fevral 1954 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 545 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 4500 |
Nəqliyyat kodu | 45[2] |
Digər | |
mingechevir-ih.gov.az | |
Vikianbarda əlaqəli mediafayllar |
"Mingəçevir" toponimin necə yaranması barədə müxtəlif ehtimallar mövcuddur. Burada e.ə. I əsrdə məşhur Roma sərkərdəsi Pompey və alban çarı Oris arasında döyüş olmuşdur. Tarixçilərin təsvirinə görə albanlar məhz indiki bəndin ərazisində Pompey qoşunlarını gözləmişlər. Oris ordusunun bir hissəsini ayrı-ayrı manqalara bölüb, ehtiyatda saxlamış və lazım gəldikdə "Manqaça vur" sözləri ilə əmr etmişdir. "Mingəçevir" toponiminin meydana gəlməsində ərəblərin Azərbaycanda olmalarının da müəyyən təsiri olmamış deyil. Elxanilər hərəkatının yatırılması üçün Azərbaycana göndərilmiş ərəb sərkərdəsi Məniçöhrün qızı döyüşlərin birində həlak olur və atası onu yadigar qılıncı və atı ilə birlikdə Kürün sahilində dəfn edir. Ehtimal var ki, "Mingəçevir" sözü Məniçöhrün adı ilə bağlıdır.
Ziya Bünyadov "Mingəçevir" adını 839-cu ildə xilafətə qarşı çıxmış Babək üsyanını yatırmaq üçün Azərbaycana göndərilmiş ərəb sərkərdəsi Mingəçevir Əl-Fərqaninin adı ilə bağlayır.[3]
Ehtimallardan biri də toponimin "Min, gəl, çevril" olmasıdır. Professor Tofiq Hacıyev Midiyanın Mannanın xarabalıqları üzərində, məhz onun əsasında yarandığını qeyd edir. Onun fikrincə albanların "mik" tayfası qədim mak (manq-manna) tayfa birliyinin davamıdır. "Mik" sözü "mak" sözünün fonetik variantıdır və bu sözün əsli ehtimal ki, "minq" şəklində olmuşdur. Ona görə də T. Hacıyev "manna" sözünün mənbələrdə göstərilən "minni" variantını "mingi" (minqe) şəklində görməyi doğru sayır və "Mingəçevir" adının "minki" və "savir" tayfa adlarının birləşməsindən yarandığını bildirir. Minkisavir " Minkicavir " Mingəçevir. Savirlər tarixən Qafqazda yaşamış və Azərbaycan xalqının soykökündə iştirak etmiş qədim türk tayfasıdır. Tanınmış alim Əjdər Fərzəli Qorqud "bu yerlərin qədim yaşayış məskəni Sevit torpağı " Mingəsi adını daşıdığını bildirir. Mingə qədim türk qəbiləsinin adı olub"
Ehtimal edilir ki, "Sevit Mingə" adı zaman keçdikdə "Mingə Sevit", nəhayət, bugünkü "Mingəçevir" şəklinə düşmüşdür.
Mingəçevir ərazisi yaşayış məntəqəsi kimi çox-çox qədimdir. 5 min il bundan əvvəl Mingəçevirdə kiçik rayon kimi qaynar həyat mövcud olmuşdur. Yerli əhali əkinçilik, sənətkarlıq, balıqçılıq, atçılıq və s. sahələrlə məşğul olaraq özlərinin maddi və mənəvi aləmini yaratmışlar. Sonra gələn minilliklərdə, xüsusilə antik dövrdə də ulularımız özlərinin alban tarixi və mədəniyyətini, ədəbiyyatını yaratmışlar. Bu baxımdan Mingəçevirdə tapılan maddi-mədəniyyət qalıqlarından alban yazıları və kitabə (Mingəçevir – Sudağılan epitafiyası) böyük əhəmiyyət daşıyır. Bu ərazidə yaşayış hələ e.ə. III minillikdə mövcud olmuşdur. Arxeoloji qazıntılar sübut edir ki, burda yaşayan insanlar böyük rayon mədəniyyətinə malik olublar. Tapılan yunan, Roma və arşap pulları sübut edir ki, burda ticarət inkişaf edibmiş. Türk səyyahı Övliya Çələbinin "Səyahət" əsərində Mingəçevirin Kür çayının sağ sahilindəki hissəsində olan yaşayışdan və burda olan toxuculuqdan, hamamxanalardan və s. yazmışdır.[4] Burada aparılan arxeoloji qazıntılar zamanı çox maraqlı qədim əşyalar tapılmışdır. Məsələn, Azərbaycanda tapılmış ən qədim sırğa Mingəçevirdən, Tunc dövrünə aid edilən 5 № -li kurqandan tapılmışdır.[5] İlk dəfə burada 1871-ci ildə alman həvəskar arxeoloqu F. S. Bayer tərəfindən səthi tədqiqat işləri aparılmış, o, Mingəçeviri dirəklər üzərində qurulmuş rayon kimi təsvir etmişdir. Bundan sonra Mingəçevir uzun illər arxeloqların diqqət mərkəzində olmamışdır. Yalnız 1935-ci ildə professor Y. A. Paxomovun rəhbərliyi altında qazıntılara başlanmış, iki qədim yaşayış məskəni və müxtəlif qəbir növləri aşkar edilmişdir.
Mingəçevir ərazisinin sistemli və planlı tədqiqi İkinci dünya müharibəsindən sonra burada Su-elektrik stansiyasının tikintisi ilə əlaqədar Respublika EA-nın Rəyasət heyətinin qərarı ilə 1946–53-cü illərdə mərhum tarixçi alim S. M. Qazıyevin rəhbərliyi altında Boz dağ silsiləsinin cənubunda, Kür çayının hər iki sahilində aparılmış və daha 2 yaşayış yeri və 4 böyük qəbiristanlıq aşkar edilmişdir ki, bu da cənubi Qafqazda ən iri arxeloji kompleksdir. Arxeloji qazıntılar zamanı eneolit dövründən başlayaraq (b.e.ə. III minillikdən XVII əsrədək) ayrı-ayrı tarixi dövrləri özündə ardıcıl əks etdirən 20 mindən artıq, (bəzi mənbələrdə 40 min) maddi-mədəniyyət nümunələri tapılmışdır. Bunların arasında torpaq, kurqan, katakomba və küp qəbirləri, istehsal vasitələri, məişət və bəzək əşyaları, pul sikkələri, tuncdan düzəldilmiş müxtəlif silah növləri, ticarət mübadiləsi yolu ilə uzaq ölkələrdən gətirilmiş məmulatlar və s. olmuşdur.
Mingəçevir rayon kimi orta əsrlərdə daha da inkişaf etmişdir. XVII əsr türk səyyahı Övliya Çələbi "Səyəhatnamə"sində Mingəçevir haqqında məlumat verərkən, onu Kür çayının sağ sahilində Boz dağın yaxınlığında yerləşən böyük yaşayış məntəqəsi kimi adını çəkir və burada ipək istehsal edən emalatxanalar, sənətkarlıq məhəllələri, mədrəsə və məscidlərin olduğundan xəbər verir. Mingəçevir Alban dövlətinin inkişaf etdiyi dövrlərdə ən mədəni bir mərkəz kimi tanınmışdır. Alban hökmdarı Arsvahanın və yerli nüfuzlu ruhani Beniaminin təşəbbüsü ilə "Alban əlifbası tərtib edildikdən, ölkədə məktəblər açıldıqdan sonra" Mingəçevir daha da inkişaf etmişdir. Qədim Mingəçevir İpək yolunun aparıcı qollarından biri olmaqla minilliklər boyu Kür çayı vasitəsilə qayıqlarla Gürcüstana, oradan Rioni çayı ilə Qara dəniz sahil rayonlərinə müxtəlif çeşidli mallar daşınmışdır. Eləcə də, yaxın Şərq ölkələrinə, Azərbaycanın qədim rayonlərinə mühüm karvan ticarət yolu buradan keçmişdir.
Arxeloji qazıntılar zamanı bəzəkli şüşə məmulatları, qızıl və gümüşdən qablar, bəzək əşyaları, bir sıra qədim Şərq ölkələrinin sikkələrinin tapılması Mingəçevirin ticarət, sənətkarlıq, mədəni əlaqələrinin yüksək səviyyədə olmasından xəbər verir. Böyük ticarət yolu üzərində yerləşən Mingəçevir Kür çayında ən münasib keçid kimi XVIII–XIX əsrlərdə, hətta XX əsrin əvvəllərində öz əhəmiyyətini itirməmişdir. Qədim Mingəçevirlə bağlı faktlara Plutarxın, Strabonun, Ptolomeyin və başqa tanınmış tarixçi, coğrafiyaşünasların əsərlərində də rast gəlmək olur.[6]
Mingəçevir İkinci dünya müharibəsindən sonra yaradılan gənc sənaye şəhəridir. Şəhərin tikintisində 20.000-ə yaxın insan, həmçinin İkinci dünya müharibəsi dövründə əsir düşmüş 10.000 alman əsiri də çalışmışdı.[7] Şəhərin böyüməsi və inkişafı da burada qurulan elektroenergetika, maşınqayırma, neft-kimya, kimya, habelə yüngül və yeyinti məhsulları sənaye obyektlərinin tikintisi ilə bağlıdır.
Mingəçevir iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Mütləq maksimum, °C | 14 | 18 | 23 | 34 | 38 | 40 | 39 | 39 | 35 | 29 | 22 | 16 | 29 |
Maksimum orta, °C | 8 | 10 | 15 | 22 | 27 | 33 | 35 | 35 | 29 | 22 | 15 | 10 | 21,8 |
Orta temperatur, °C | 3,1 | 4,5 | 8,4 | 15,1 | 20,1 | 24,3 | 27,7 | 26,6 | 22,7 | 16 | 10,3 | 5,3 | 15,4 |
Minimum orta, °C | 1 | 1 | 4 | 9 | 14 | 19 | 22 | 21 | 17 | 12 | 7 | 3 | 10,8 |
Mütləq minimum, °C | −3 | −4 | −1 | 4 | 8 | 14 | 18 | 18 | 12 | 7 | 1 | −2 | 6 |
Yağıntı norması, mm | 13 | 17 | 22 | 25 | 19 | 12 | 8 | 5 | 16 | 26 | 23 | 14 | 200 |
Mənbə: |
Mingəçevir şəhəri Kür çayının üzərində su-elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Bakıdan 323 km məsafədə yerləşir. Bakı-Tbilisi dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı hava limanı 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı hava limanı Gəncə şəhərində 80 km məsafədə yerləşir. Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir. Su anbarının həcmi 15,7 milyard kub metr, uzunluğu 70 km, maksimal eni 18 km, su örtüyünün sahəsi 605 km², orta dərinliyi 27 metr (maksimal dərinliyi 83 metr), səviyyə dəyişkənliyi 5–7 metrdir. Su anbarının qarşısını kəsən bəndin uzunluğu 1550 metrdir. Mingəçevir şəhərinin iqlimi mülayim istidir. Orta temperatur yanvar ayında müsbət 2–3 dərəcə, iyul ayında 27–30 dərəcədir. İllik yağıntı 300–310 mm.[8]
Mingəçevir şəhərinin ərazisi 130 km², yerli əhalisi 105.671 nəfər, məcburi köçkün 20.740 nəfərdir. 2018-ci ilin siyahıya alınmasına görə əhalinin 50,5% kişi, 49,5 % qadındır. Yerli əhalinin 98,05 faizi azərbaycanlı, 1,95 faizi 15-ə yaxın millətin nümayəndələridir.
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
Siyahıyaalınma ili | 1959[13] | 1970[14] | 1979[14] | 1999[14] | 2009[15] |
---|---|---|---|---|---|
azərbaycanlılar | 11 021 (55,4 %) | ▲27 851 (64,6 %) | ▲45 291 (76,6 %) | ▲92 206 (98,1 %) | ▲95 700 (99,4 %) |
ruslar | 4170 (21,0 %) | ▲8100 (18,8 %) | ▼6920 (11,7 %) | ▼1054 (1,1 %) | ▼413 (0,4 %) |
ləzgilər | 66 (0,3 %) | ▲94 (0,2 %) | ▲162 (0,3 %) | ▼155 (0,2 %) | ▼52 (0,1 %) |
tatarlar | məlumat yoxdur | 314 (0,7 %) | ▼296 (0,5 %) | ▼122 (0,1 %) | ▼38 (<0,1 %) |
ukraynalılar | məlumat yoxdur | 713 (1,7 %) | ▼557 (0,9 %) | ▼367 (0,4 %) | ▼20 (<0,1 %) |
ermənilər | 3799 (19,1 %) | ▲5174 (12,0 %) | ▼5147 (8,7 %) | ▼5 (<0,1 %) | ▼2 (<0,1 %) |
digərləri | 848 (4,3 %) | 846 (2,0 %) | 790 (1,3 %) | 130 (0,1 %) | 79 (0,1 %) |
cəmi | 19.904 | 43.092 | 59.163 | 94.039 | 96.304 |
Mingəçevir respublikanın 4-cü iri sənaye mərkəzidir.[16] Ölkənin 60 faizdən çox elektrik enerjisini istehsal edən Azərbaycan İstilik Elektrik stansiyası və SES silsiləsi ilə yanaşı rayonda elektrotexnika müəssisələri "Azərkabel" və "İzolit" ASC-lər, kimya və neft-kimya müəssisələri "Şüşə-lifi", "Texniki-rezin" və "Regenerat" ASC-lər, maşınqayırma müəssisələri "Azyolneftmaş" və "Maşın-təmir" ASC-lər, yüngül sənaye müəssisələri "Toxucu" ASC və "Nur" tikiş fabriki, yeyinti sənayesi müəssisələri Ət kombinatı və çörəkbişirmə müəssisələri və digər sənaye məhsulları istehsalı sahələri yerləşir.
1945-ci ildə Kür çayının Bozdağın arasından keçən yerində böyük Su Elektrik Stansiyasının inşası başlayır. Stansiya 1954-cü ildə işə salınıb. Mingəçevir su anbarının nominal hündürlük həddi 83 metr, maksimal hədd isə 85,5 metrdir. Su tutumu 16 milyard 300 milyon kubmetrdir. Anbarda suyun mühafizəsi 87 metrə qədər qalxa bilər. Su anbarına saniyədə 1200 kubmetrə qədər su daxil olur. Bu həcmin saniyədə 650 kubmetri su-elektrik stansiyası vasitəsi Kür çayına, 125 kubmetri isə Qarabağ və Şirvan kanallarına buraxılır. Anbarda su böhran həddə çatdıqda qapılar açılır və Kür çayına saniyədə 2 min kubmetrə qədər su buraxılır.
Mingəçevir SES-dən 18 kilometr aşağıda Varvara SES-i yerləşir. Həmin SES vasitəsilə 2 milyard kubmetrə yaxın suyun saxlanılmasına imkan var.[17]
Bundan başqa Mingəçevirdə Cənibi Qafqazın ən böyük istilik elektrik stansiyası fəaliyyət göstərir. Stansiyanın tikintisinə 1974-cü ildə başlanmış, 1981-ci ildə stansiyanın 1№-li enerji bloku istismara verilmişdir. 2 №-li enerji bloku 1982-ci ildə, 3 №-li enerji bloku 1983-cü ildə, 4 №-li enerji bloku 1984-cü ildə, 5 №-li enerji bloku 1985-ci ildə, 6 №–li enerji bloku 1986-cı ildə, 7 №–li enerji bloku 1989-cu ildə, 8 №–li enerji bloku 1990-cı ildə istismara verilmişdir. Hər enerji blokunun gücü 300 meqavat olmaqla stansiyanın ümumi gücü 2400 meqavatdır. Hazırda stansiyada 2362 nəfər işçi çalışır. İstehsal edilən enerji 5 ədəd 330 kilovoltluq və 1 ədəd 500 kilovoltluq hava xətləri ilə ötürülür.
Mingəçevir şəhərində Mingəçevir Dövlət Universiteti, Mingəçevir Turizm kolleci və Tibb kolleci fəaliyyət göstərir. Həmçinin Mingəçevirdə milli qəhrəman Ruslan Muradov adına Texniki Humanitar Lisey və Mingəçevir şəhər Təbiət Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Lisey də fəaliyyət göstərir.
1. MTV — Mingəçevir Televiziya və Radio Şirkəti[18] 4 may 1998-ci ildən etibarən fəaliyyətə başlamışdır. 1 il ərzində 60 gün əsassız yayımı həyata keçirilmədiyininə görə Milli Televiziya və Radio Şurasının 24 may 2021-ci il tarixli 07/3 saylı Qərarı ilə lisenziyasının ləğv edilməsi ilə fəaliyyəti dayandırıldı[19][20]. "Mingəçevir" TV-nin təsisçisi Məmmədov Vahid Əziz oğlu idi.
2. Alvin Channel Televiziyası.[21][22] 1 aprel 2020-ci ildə Mr. Alvin Film Studio M. M. C tərəfindən Yaradılmışdır.[18] Hal hazırda Kabel televiziyaları vasitəsilə İPTV plartformalarında fəaliyyət göstərməkdədir. "Alvin Channel Televiziyası"təsisçisi Elvin Mütaliboğludur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.