Elnar Kərimov

Azərbaycanlı qapıçılar üzrə məşqçi From Wikipedia, the free encyclopedia

Kərimov Elnar Tahir oğlu — Azərbaycan futbolçusu. Azərbaycan Birinci Liqasında 2 dəfə ard-arda Azərbaycan, Türkiyənin Həvəskarlar Liqası 5 dəfə Türkiyə çempionu

Cəld faktlar Ümumi məlumatlar, Tam adı ...
Elnar Kərimov
Ümumi məlumatlar
Tam adı Elnar Tahir oğlu Kərimov
Doğum tarixi (39 yaş)
Doğum yeri Mingəçevir, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan
Boyu 185 sm
Çəkisi 76 kq
Mövqeyi qapıçı
Əsas ayağı sağ
Klub haqqında məlumat
Klub Karyerasını bitirib
Nömrəsi 1
Karyerası
Uğur U15
Klub karyerası[* 1]
2000—2002 Energetik Mingəçevir
2003—2004 Ədliyyə Bakı 1 (-2)[1]
2004—2005 Xəzər-Lənkəran
2005—2013 Qəbələ 18 (-26)
2013—2013 Karvan
2013—2014 Sərhat Ardahanspor
2014—2015 Bartınspor
2015—2016 Sinopspor
2016—2017 Ankara Bağlumspor
2017—2018 Görelespor
2023—2023 Mingəçevir
Məşqçisi olduğu klublar
Məşqçi karyerası
2022—2023 Mingəçevir
2023—h.h Şamaxı[2]

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Bağla

Həyat və Karyerası

Elnar Kərimov 1985-ci ildə Azərbaycanın Mingəçevir şəhərində anadan olmuşdur. Futbolda qapıçı mövqeyində çıxış edən Elnar Kərimov, 2000–2002-ci illərdə Mingəçevir uşaq futbol klubunda Elbrus İsmayılovun köməyi ilə futbolun incəliklərini öyrənib.[3]

2003–2004-cü illərdə "Ədliyyə" klubunda fəaliyyətini davam etdirib.[3]

2004–2005-ci illərdə isə "Xəzər Lənkəranın" qapısını qoruyub.[3]

2005–2013-cü illərdə "Qəbələ" klubunun şərəfini qoruyub.

2013-cü ildə "Karvan" klubuna transfer olub. Lakin orada sadəcə 3 ay oynayıb.[4][5]

2014-cü ildə Türkiyənin Həvəskarlar liqasına üz tutub. Onun klubu "Ardahanspor" olub.[3][3][6][7][8][9]. Ardahansporda diqqəti özünə cəlb etdi. Belə ki, 29 oyunun 28-ni meydanda keçirən futbolçunu bu təcrübəsi səbəbiylə Bartınspor rəsmi olaraq transfer etdi.[10] Türkiyədə ümumən 5 dəfə liqa çempionluğu əldə etmişdir.

2018-ci ildə Mingəçevirə qayıtdıqdan sonra, transfer təklifi gəlmədiyi üçün karyerasını bitirdi.[3][11]

2019-cu ildə Qəbələ Futbol Akademiysında məşqçilik etmişdir.[12][13]

2021-ci ildə AFFA-nın məşqçilik üzrə C lisenziyasını əldə etmişdir.[14] 2022-ci ildən başlayaraq Mingəçevir şəhərində təcrübəli uşaqlar yetişdirmək üçün çalışmağa başladı.[15][15] 9 iyun 2022-ci ildə rəsmi olaraq Mingəçevir klubunun qapıçılar üzrə məşqçisi olaraq fəaliyyət göstərməyə başladı.[16][17]

20 oktyabr 2023-cü ildə, "Mingəçevir" və "Şamaxı" klublarının qarşılaşmasında, "Mingəçevirin" heyətində olan qapıçıların birinin cəzalı digərinin qırmızı kart alması səbəbi ilə, yenidən meydana qayıdaraq qapını o qorudu.[18]

5 dekabr 2023-cü ildə "Şamaxı" klubunda qapıçılar üzrə məşqçi təyin edildi.[2]

Naliyyətlər

  • Türkiyə Bal Liqası
Çempion (5)-(2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018)

Həmçinin bax

İstinadlar

Mənbə

Həmçinin bax

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.