From Wikipedia, the free encyclopedia
Utilər – Qafqaz Albaniyasında yaşamış və Alban tayfa ittifaqında daxil olan ən böyük tayfalardan biri.
Eramızdan əvvəl VI-IV əsrlər Azərbaycan xəritəsində utilərin yaşadığı ərazilər. | |||
Ümumi sayı | |||
---|---|---|---|
? | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
Qohum xalqlar | |||
İ. P. Petruşevski Qəbələ rayonunun Nic kəndində yaşayan udinlər qədim albanların qalıqları olduğu fikrini irəli sürmüş[1], digər tədqiqatçılar – S.T.Yeremyan[2], Z.İ.Yampolski[3], Z.M.Bünyadov[4], Q.A.Klimov[5], A.Q.Şanidze[6], İ.H.Əliyev[7], V.L.Qukasyan[8], F.Məmmədova[9] onunla həmfikir olmuşdurlar. Ancaq etnoqraf Q. Qeybulayev bugünkü udinlərin Dağıstandilli tayfaların birinin qalıqları olduğunu və utiləri alban etnosu, yəni Alban dövlətini yaradan və etnik adı alban olanlar ilə eyniləşdirilmənin doğru olmadığını yazmışdır[10][11]. Strabon Atropatenada – Midiya dağları adlanan dağlıq ərazidə Xəzərin cənub qərbində alban və uti tayfalarının yanaşı yaşadığını qeyd edir[12] və bu da alban və uti adlarının müstəqil tayfaların adları olduğunu deməyə əsas verir.
1958-ci ildə erməni tarixçisi S.T.Yeremyan qədim alban dilinin udin dili olduğunu yazmış,[13] gürcü tarixçisi A.Q.Şanidze də udinlərin erməni tarixi ənənəsində albanların varisləri hesab edildiyini göstərmişdir[14].
Alban tarixçisi Moisey Kalankatlının – Alban ölkəsinin tarixi əsərində Albaniyada 5 mahalın Uti adlandığı göstərilir: Qarabağın dağlıq hissəsində – Artsakda[15], Bərdə zonasında[16], Girdimanın Xalxal şəhəri (indiki Qazax- Ağstafa rayonunları ərazisində) zonasında[17] və Azərbaycanın şimal – qərbində[18]. Qiyasəddin Qeybullayev qeyd edir ki, tədqiqatçıları çaş – baş salan da budur. Əgər mahalların hamısında indiki Dağıstandilli udinlərin əcdadları yaşamışsa, onda əlbəttə deməliyik ki, onlar Albaniyanın ən böyük tayfası idi[10]. İqrar Əliyev belə də yazmışdır: "Utilər Albaniyada aparıcı tayfa idilər". Sonra bu fikri V. L. Qukasyan təkrar etmişdir: "Uti – udinlər alban tayfa ittifaqında aparıcı rola malik idi." Qiyasəddin Qeybullayev isə bu fikrə etiraz edərək qeyd edir ki, bu belə deyil[10].
İş burasındadır ki, uti adını daşıyanlar Albaniyadan kənarda da məlumdur.
Müəyyən olunmuşdur ki, VII əsr erməni coğrafiyası adlı mənbədə Artsakdakı Uti əyalətinin mahal adlarının (Aranrot, Tiri, Rot-Pasian, Aluyen, Tuçkatak, Qardman və Şakaşen) hamısı türkmənşəlidir[40]. Beləliklə, Albaniyada, Atropatenada, Ermənistanda və Şimali Qafqazda yaşamış Uti, Udi, Udin adlı tayfalardan şimalda yaşayanlarının türk olmasına şübhə qalmır[41]. Onda belə çıxır ki, Azərbaycanda indiki Dağıstandilli udinlərin ulu əcdadları ya cənubda – Midiyadan (Atropatenadan), ya da indiki Ermənistan ərazisindən – Urartu mənbələrində er. əv. 764-cü ildə qeyd edilən Etiunidən gəlmə ola bilər. L. M. Meliksetbekov Azərbaycanda Dağıstandilli udinlərin mənşəyi məsələsinə xüsusi məqalə həsr etmiş və onların məhz Ermənistanda Etiunidən gəldiklərini yazmışdır[42].
Məlumdur ki, Etiunidə bir yaşayış məntəqəsi VIII əsr erməni coğrafiyasında Niq (Ermənistanda indiki Abaran rayonu) adlanır[43], udinlərin indi yaşadıqları kəndin adı da Nicdir, deməli udinlər Nic adını özləri ilə gətirmişlər. Bu fikri əvvəllər N. Y. Marr və İ. İ. Meşşaninov söyləmişlər[44][45]. Q. A. Melikişvili albanlarda udin tayfasını (sözsüz ki, o Dağıstandilli udinləri nəzərdə tutur) Etiuni ilə əlaqələndirmişdir[46]. Türk tarixçisi F. Kırzıoğlu da udinlərin Albaniyaya gəlişini Urartu çarlarının Etiuniyə (Utiyə) dağıdıcı hərbi səfərləri ilə bağlamışdır[47]. II əsr müəllifi Ptolemey Albaniyada Kürün sol sahilində bir məntəqəni Niqa (sondakı ―a yunan dilində əlavə olunma hal şəkilçisidir) adlandırır və bu, şübhəsiz ki, elə Nicdir. Deməli indiki udinlərin Etiunidən Albaniyaya gəlməsi II əsrdən əvvəl baş vermişdir.
Yuxarıda deyilənlərdən iki nəticəyə gəlmək olar: birincisi, Albaniyanın Uti adlanan mahallarında əhalinin hamısı Dağıstandilli utilər (udilər) deyildilər, burada türk utilər də məskun idilər. Lakin Albaniyada göstərilən Uti mahallarından hansılarında türkmənşəli utilər, hansılarında Dağıstandilli udinlər yaşayırdı sualına mənbələrin yoxluğu üzündən cavab vermək olmur. Burası şəksizdir ki, Bərdə bölgəsində və Arazbardakı Uti mahallarında yaşayanlar türk utilər idilər. M. Barxudaryan keçən əsrdə yazırdı ki, Tərtərin sağ sahilində yaşayan Seysulan kəndində əhalinin dili türk dilidir, amma özlərini udin sayırlar[48]. İkincisi, Midiya və Atropatenadakı utilər Dağıstandillilər deyildilər[49]. Herodot Midiyada utilərdən danışdıqda onların bir hassəsinin İranın başqa bir əyalətində yaşadığını yazır[50], R. Fray isə həmin utiləri Orta Asiyada lokalizə edir (Фрай Р. Наследие Ирана. М., 1972., səh 79). Aydındır ki,Orta Asiyada Dağıstandilli tayfa yaşaya bilməzdi, bu utilər türklər idi. Deyilənlərdən görünür ki, əgər Midiyadakı utilər kutilərin sonrakı nəsilləridirsə, onda nə kutiləri, nə də utiləri Qafqazdilli etnoslar saymaq olmaz və bu barədə deyilənlər yanlış fikirlərdir[51]. Lakin utilərin qədim kutilərlə eyniliyi məsələsini həll olunmuş məsələ saymaq olmaz[51]. Ehtimal ki, kuti və uti müstəqil türkmənşəli etnoslardır[51]. Midiyada, Şimali Qafqazda və Albaniyanın Uti mahallarının bəzilərində yaşayan utilər türkmənşəli olmuşdur. Əhməd Zəki Validi Toğana görə, Arrandakı türk utilər er. əv. VII əsrdə türk sakların içərisində gəlmişlər[52]. Alban tarixində udin problemi tarixçiləri çaşdırmışdır. Ona görə də eranın əvvəllərində Şimali Qafqazda türk udin, uti tayfalarının Albaniyada indiki Dağıstandilli udinlərlə eyniləşdirilməsi nəticəsində belə nəticəyə gəlmişlər ki, Albaniya Dağıstanı da və hətta Şimali Qafqazı da əhatə etmişdir[53]. Lakin Azərbaycanın müstəqillik əldə etməsindən sonra aparılan kompleks araşdırmalar və mənbələrin qarşılıqlı müqayisəsi bu fikirlərin tamamilə əsassız olduğunu sübuta yetirmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.