From Wikipedia, the free encyclopedia
Kutilər və ya qutilər[1] – e.ə. 2202/2201-ci ildən e.ə. 2109-cu ilədək Cənubi Azərbaycan ərazisində məskunlaşmış qədim tayfa ittifaqlarından biri.
Tarixi dövlət | |
Kutilər | |
---|---|
𒄖𒌅𒌝𒆠 | |
e.ə. 2200 — e.ə. 2116
|
Kuti dilinin mənşəyi barədə dəqiq fikir söyləmək mümkün deyil. Elamşünaslığın yaradıcılarından olan Q. Hüsing İran dağlıq yaylasının qərbində və mərkəzində məskunlaşan xalqların (elamlıların, lullubilərin, qutilərin və kassilərin) eyni dil ailəsinə mənsub olduqlan fikrini irəli sürdü. Sonralar bu fikir digər nüfuzlu alimlər tərəfindən qəbul olundu və bu dil ailəsini şərti olaraq "Zaqro-Elam", "Kaspi" və ya "Kaspi-Elam" adlandırmaq təklif olundu. 1944-cü ildə İ. Gelb bu dillərin Subartunun hurrilərə qədərki əhalisinin dili ilə qohum olduğu fikrini irəli sürdü. İ. Konteno kuti dilinin Kiçik Asiyanın ölü dilləri ilə qohumluğunun tərəfdarı idi. 1960-cı illərdə U. Henning "Kuti" etnonimini kuçi (İrandilli toxarlara verilən ad) tayfa adı ilə eyniləşdirməyi təklif etdi. Sovet və Rusiya tarixşünaslığında kuti dilini Şimal-şərqi Qafqaz dil qrupuna aid etmişlər. Güman olunur ki, kutilərin dil qalıqlan hazırda Azərbaycan və Gürcüstanda yaşayan udinlərin dilində qorunub saxlanmışdı.[2]
Kutilər ay, bərəkət və məhəbbət ilahəsinə sitayiş edirdilər və şumer-akkad kitabələrində bu tanrıların adları akkadcadır (Şin və İştar) və kuti dillərində necə olması barədə məlumat yoxdur.
Mənbələrdə kutilərin adlarının ilk dəfə çəkilməsi e.ə. XXIII əsrə aiddir. Kutilərin məskunlaşdığı ərazilər mənbələrdə "Qutium" adlandırılır. Assuriya hökmdarı I Salmanasara aid (Şulmanu-aşared, e.ə 1274–1245) Məbəd bərpası üçün yazılan saxsı lövhə üzərində "toxum kimi geniş səpələnmiş uzaq Kutilər", Hərbi əməliyyatlar haqqında daş üzərində yazıdakı "göydə ulduz kimi sayı olmayan, qırıb-dağıtmağa öyrədilmiş kutilər"[4] formasında kutilərin adı xatırlanır.[5]
e.ə. III minillikdə adlarına mənbələrdə təsadüf edilmiş kutilərin bu dövrdə Akkad üzərinə hücum etmələri və Mesopotamiyada ağalıq etmələri məlumdur. Kutilər iri tayfa ittifaqı idilər və əsas məşğuliyyətləri maldarlıq idi, amma əkinçiliklə də məşğul olurdular. E.ə. 2200-cü ildə kutilər Akkad üzərinə hücum etdilər və hökmdar Naram-Sueni öldürdülər, Mərkəzi və Cənubi Mesopotamiyanı (Sumeri) ələ keçirdilər. Kuti "hökmdar"ları burada yüz ilədək hakimiyyətdə oldular. Kuti "hökmdar"ları tayfa başçıları idilər və müəyyən müddətə seçilirdilər. E.ə. 2109-cu ildə kutilərin Mesopotamiyadakı hakimiyyətləri devrildi və bundan sonra onlar öz vətənlərinə — Cənubi Azərbaycan ərazisinə qayıtdılar. Burada onlar lullubilərin qüvvətlənmiş tayfa ittifaqı ilə toqquşdular və özlərinə yeni vətən axtarmaq məcburiyyətində qalıb şimala — Cənubi Qafqaz rayonlarına getdilər, təxminən min ildən artıq dövrdən sonra urartu mənbələrində "etiuni" adı ilə xatırlandılar. Əvvəllər kutilərə mənsub olan torpaqların xeyli hissəsi lullubilər tərəfindən məskunlaşdırıldı.
Kutilərin bir hissəsi b.e.ə. I minilliyin əvvəllərində yaranmış Urartu ərazisində-indiki Türkiyənin Şərq bölgələrində, Van gölünün hövzələrində yaşamışdır.[6]
Kutilər Azərbaycan ərazisində, Urmiya gölü hövzəsində yaşamış etnoslardan biridir. Kutilərin mənşəyi haqqında tarixşünaslıqda müxtəlif fərziyyələr var. Bəzi tarixçilər kutiləri elamdilli, kuti mədəniyyətini isə elam mədəniyyətinin bir hissəsi sayır, digərləri isə onların Qafqazdilli xalq olduqlarını iddia edirlər. Lakin son tədqiqatlar onların türkdilli olması fikrini irəli sürməyə də imkan verir. Bu fikrə əsas verən faktlardan ikisi aşağıdakılardır:
Q. Qeybullayev qeyd edir ki, bu etnos kutilər ola bilərdi. Başqa sözlə, urartu dilindəki türk mənşəli sözlər kutilərin dilindən mənimsəmələrdir. Ümumiyyətlə isə belə mənimsəmələr elam dilində də vardır:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.