From Wikipedia, the free encyclopedia
Şeytan[lower-alpha 1] və ya satana[lower-alpha 2] – İbrahimi dinlərdə insanı yoldan çıxararaq günah işləməyə və ya yalan danışmağa sövq edən varlıqdır. Xristianlıq və İslama görə o, təqva və gözəlliyə malik olmasına baxmayaraq Allaha qarşı üsyan etmiş və Cənnətdən qovulmuş, buna baxmayaraq Allah ona ardıcılları və çoxlu sayda əcinnələr ordusu üzərində hökm sürməyə icazə vermişdir. İudaizmdə şeytan daha çox Yetzer hara haqqında metafor, “şərə meyllilik” və ya Tanrının casusu kimi qəbul edilir.
Şeytan | |
---|---|
ivr. שָׂטָן | |
| |
rəqib, böhtançı | |
Mifologiya | İbrahimi dinlər |
Digər dillərdə adı | Velzevul, Satana, Lusifer, İblis |
Cinsi | kişi |
Funksiyaları | Cəhənnəmin hökmdarı, qovulmuşların (əcinnələr, beslər və çorlar) rəhbəri |
Fəaliyyəti | insanların yoldan çıxarılması və aldadılması, xilasdan uzaqlaşdıraraq günaha yaxınlaşdırmaq |
Uşaqları | Çoxlu övladı var. Onlar şeytanlardır. İblis isə cənnətdən qovulan başcılarıdır |
Əlaqəli personajlar | Yahve (Tanrı), Antixrist, Arxangel Mikayıl |
Əlaqəli anlayışlar | Cəhənnəm, Günah, Şər, Sınaq |
Əlaqəli hadisələr |
Tanrıya qarşı üsyan və Cənnətdən qovulma Əyyubun Allaha iftira etməsi Səhrada İsanın sınanması İnama görə Apokalipsis vaxtı Arxangel Mikayıl tərəfindən məğlub ediləcək |
Xatırlanması |
Əhdi-Ətiq Əhdi-Cədid İlahi Komediya |
İlk xatırlanması | Tanax |
Digər mədəniyyətlərdə | Əhrimən |
Vikianbarda əlaqəli mediafayllar |
Satana ilk dəfə Tanaxda qeyd edilir. Burada o, səmavi ittihamçı, Tanrının oğullarından biri və Yahveyə tabedir. O, səmavi məhkəmə zamanı yəhudi xalqını təqib edir, Yahve ardıcıllarının sadiqliyini yoxlayır və günahkarlara əziyyət verir. Əhdlər arası dövrdə, ehtimal ki, Zərdüştilikdə şər qüvvəni təmsil edən Əhrimənin təsiri ilə Satana, Tanrıya qarşı mübarizə aparan, pis xarakterlərə malik qəddar varlıq kimi təsvir edilməyə başlamışdır. Apokrifal Yubileylər kitabında Yahve Şeytana (kitabda Mastema adlandırılır) hakimiyyət bəxş edərək, ona qovulmuş mələklər və onların ardıcıllarını idarə etmək, günahkarları cəzalandırmaq imkanı verir. Sinoptik İncillərdə Şeytan səhrada İsaya əziyyət verir və bu, xəstəlik və əziyyətin yaranmasının səbəbi hesab edilir.
Vəhy kitabında Qırmızı böyük əjdaha cildində peyda olan Şeytan Arxangel Mikayıl tərəfindən məğlub edilir və Cənnətdən qovulur. Min il ərzində o, bağlı saxlansa da, qısa müddətlik azad ola bilir. Lakin, məğlub edilir və Alov gölünə atılır. Xristianlıqda Satana həm də Şeytan (ing. Devil) adlandırılır və Varlıq kitabında onun adı çəkilməsə də, Eden bağındakı ilanın o olması bildirilir. Orta əsr Xristian teologiyasında Şeytan minimal rol oynamış və yalnız mistik tamaşalarda komik personaj kimi xatırlanmışdır. Erkən modern dövrdə Şeytanın dində rolu əhəmiyyətli dərəcədə artmış, demonik təsir və cadugərlik tez-tez xatırlanmağa başlamışdır. Maarifçilik dövründə Şeytanın varlığına inam ciddi tənqid olunurdu. Buna baxmayaraq Şeytana inam həmin dövrdə kəşf olunmuş Amerikaya da ayaq açmış və əsaslı şəkildə möhkəmlənmişdir.
Quranda alovdan yaradılmış olan və İblis adı ilə də tanınan Şeytan, özündən sonra yaradılmış Adəmə boyun əyməkdən imtina etdiyinə görə Cənnətdən qovulur. Bundan sonra o, vəsvəsə (şeytani təkliflər) vasitəsiylə insanlara təsir edərək onları günah işlər görməyə sövq edir. Şeytan adətən şər qüvvə kimi təsvir edilsə də İblis, bəzi inanclarda bunun tam əksini müşahidə etmək mümkündür.
Teistik satanizmdə Şeytan, inanılan və ibadət edilən varlıq kimi qəbul edilir. La-Veya satanizmdə Şeytan xoş əməllər və azadlığın təmsilçisi hesab edilir. Bibliyada və Quranda Şeytanın xarici görünüşü heç vaxt təsvir edilməsə də, XIX əsrdən başlayaraq Xristian incəsənətində o, buynuzlu, haça dırnaqlı, qeyri-adi tüklü ayaqlarla, çox vaxt çılpaq və əlində yaba tutmuş halda təsvir edilir. İslam miniatürlərində də Şeytan buynuzlu, qabarıq dişli, quyruqlu və caynaqlı təsvir edilir. Bu vizual xüsusiyyətlər əsasən müxtəlif paqan tanrılarından - əsasən Pan, Poseydon və Besdən alınmışdır. Xristian ədəbiyyatında tez-tez xatırlanan Şeytan, Dantenin “İlahi komediya”sında, Faust əfsanələrində, Con Miltonun “İtirilmiş Cənnət” və “Qaytarılmış Cənnət” poemalarında, həmçinin Uilyam Bleykin poemalarında xüsusilə canlı təsvir edilir. Müasir dövrdə Şeytan müxtəlif film, televiziya və musiqi əsərlərində xatırlanır.
Orijinal yəhudi termini olan sâtan (ivr. שָּׂטָן) ümumi isim olmaqla “ittihamçı” və ya “düşmən” anlamını ifadə edir.[7][8] Bu termin Yəhudi Bibliyasında həm düşmən rolunda çıxış edən adi insanları[9][8], həm də konkret fövqəltəbii varlığı[9][8] ifadə etmək üçün istifadə edilir. Bu söz “qarşı çıxmaq, mübarizə aparmaq” anlamını verən fel kökünə malikdir.[10] Yəhudi Bibliyasında söz əlvəsiz şəkildə (sadəcə satan formasında) işlədildikdə istənilən düşmən şəxsi bildirir[9], artiklla birlikdə (ha-satan formasında) işlədildikdə isə yalnız fövqəltəbii gücə malik Şeytanı ifadə edir.[9]
Ha-Satan formasında söz Masoret mətnlərində, Yəhudi Bibliyasının iki kitabında on üç dəfə təkrarlanır: İovanın kitabında[11] (10 dəfə) və Zəkəriyyənin kitabında[12] (3 dəfə). Artiklsız formada satan sözü 10 dəfə istifadə olunur ki, onlardan iki dəfə Septuagintada Diablos, Kral Ceymsin Bibliyasında (KYB) Satana kimi tərcümə olunmuşdur:
Yalnız danışan sürünənin qeyd edildiyi Yaradılış kitabında “satan” sözü istifadə edilmir, danışan sürünən isə heç bir fövqəltəbii varlıqla identikləşdirilmir.[15] Yəhudi Bibliyasında fövqəltəbii varlıqla əlaqəli ilk “satan” ifadəsi Numbers 22:22-də[16] istifadə edilir və burada Yahvenin mələyinin eşşək üzərindəki Balaamla mübarizə aparması təsvir edilir[6]: “Balaamın ayrılması Elohimi qəzəbləndirdi və Yahvenin mələyi satan onun qarşısında dururmuş kimi yolun ortasında dayandı.”[16] Samuel 24-də Davidin özündən icazəsiz yazışma apardığını görən Yahve, İsraili cəzalandırmaq üçün mələyini göndərir və üç gündə 70.000 adamı öldürməyə göstəriş verir.[17] Chronicles 21:1-də də bu hekayə təkrarlansa[17] da, “Yahve mələyi” ifadəsi “satan” ifadəsi ilə əvəzlənir.[17]
Bəzi məqamlarda sözün özü istifadə edilməsə də açıq şəkildə Şeytana işarə edilir.[18] 1 Samuel 2:12-də Elayın oğulları “Belialın oğlanları” kimi təsvir edilir[19], sonrakı istifadələrində isə bu söz açıq şəkildə “satan” sözünün sinonimi kimi istifadə olunur.[19] 1 Samuel 16:14-23-də Kral Davidə dərs olsun deyə, Yahve, Saula əziyyət verən “narahat ruh”u göndərir.[20] 1 Kings 22:19-25-də peyğəmbər Mixey Kral Ahaba Səmavi döyüşçülər arasında öz taxtında oturmuş Yahveni gördüyünü danışır.[19] Yahve döyüşçülərindən soruşur ki, kim Ahabı yolundan çıxara bilər.[19] Adı qeyd edilməyən, lakin Şeytanın analoqu olan “ruh” könüllü şəkildə “Onun bütün peyğəmbərlərinin ağzına yalan dolduran ruh” olmağa razılaşır.[19]
İovun kitabında Şeytan proza daxilindəki poetik dialoqda peyda olur[21] və bu mətnin Babil əsirliyi dövründə yazıldığı güman edilir.[21] Mətndə İov Yahveni sevən düzgün insandır.[21] Job 1:6-8-də Tanrının oğulları (bənê hāʼĕlōhîm) özlərini Yahvedən daha öncül kimi təsvir edirlər.[21] Yahve onların birindən soruşur ki, “Satan, sən harda idin?”, o isə cavabında bildirir ki, “Yerin ətrafında fırlanırdım.”[21] Yahve soruşur ki, “Mənim xidmətçim İovu sınağa çəkdinmi?”.[21] Satan isə Yahveni sakitləşdirərək bildirir ki, İova elə əziyyət verəcək ki, inamını tamamilə itirsin.”[22] Yahve razılığını bildirir. Bundan sonra İovun qullarını məhv edən satan onun bədəninə girərək Yahveyə qarşı çıxmağa başlayır.[22] Bundan sonra birinci səhnə təkrarlanır və Satana digər Tanrı oğulları ilə birlikdə Yahvenin hüzurunda təqdim edilir.[23] Yahve İovun daimi sadiqliyinə inansa da, Satana daha çox sınağa ehtiyac olmasına israr edir[23]; Yahve ona bird aha İovu sınamağa icazə verir.[23] Lakin, İov əqidəsindən dönmür və Satana məğlubiyyətinə görə xəcalət çəkir.[24]
Zechariah 3:1-7-də e.ə. 519-cu ilin fevralına aid edilən[25] görmədə, mələyin Zəkəriyyəyə göstərdiyi səhnədə Yahve qarşısında məhkəmədə Ali Kahin Yeşua İudey xalqı və onların günahlarını təmsil edir[26], satan isə ittihamçı rolunda çıxış edir.[26] Yahve satanı qınayır[26] və Ali Kahinə təmiz geyim verilməsini əmr edir ki, bu da Yahvenin İudey xalqının günahlarını bağışladığını göstərir.[26]
Yəhudilərin Əhəməni imperiyasının tərkibində yaşadığı İkinci məbəd dövründə, imperiya ərazisində geniş yayılmış Zərdüştilik İudaizmə ciddi təsir göstərmişdi[27][8][28]; bu dövrdə yəhudilərin Satana təsəvvürü, Zərdüştiliyin şər, qaranlıq və sınaq tanrısı[8] Anqra Mainyunun təsiri altında dəyişi[8][29] r. Septuagintada ivrit dilindəki ha-Satan ifadəsi İov və Zəkəriyyənin kitabından yunan dilinə diablos (böhtançı) sözü ilə tərcümə edilir; eyni söz Yunan Əhdi-Cədidində (Novum Testamentum Graece) istifadə edilir və ingilis dilində Şeytan anlamını verən devil söü də bu sözdən törəyir.[30] Yəhudi Bibliyasında Hadad Edomit və Suriyalı Rezon kimi insan düşmənləri bildirmək üçün istifadə edilən satan sözü isə yunan dilinə tərcümə yox transliterasiya edilir və yunan dilində neologizm kimi formalaşır.[30]
Tanrının rəqibi və tamamilə şər qüvvə olan Satana ideyası, yəhudi psevdoepiqrafikasında[31], xüsusilə apokalipsislərdə İkinci məbəd dövründə kök salır.[32] Kumran əlyazmalarının göstərdiyi kimi, Tövrat qədər[33] məşhur olan Yenoxun kitabında 200 mələkdən ibarət “Müşahidəçilər” qrupu təsvir edilir.[34] Müşahidəçilərə Yer kürəsinə nəzarət işi həvalə olunsa da, onlar öz vəzifələrini tərk edərək insan qadınlarla cinsi əlaqəyə girirlər.[34] Müşahidəçilərin rəhbəri Şamxazay [35] olsa da, qrupun üzvü olan başqa bir mələk Azazel insanlar arasında günah və xəyanəti yayır.[35] Sonda Müşahidəçi mələklər Yerdəki[35] müxtəlif gizli mağaralarda həbs edilirlər və cəzalandırılmaları üçün Böyük məhkəməni gözləyirlər.[35] Təxminən e.ə. 150-ci ildə yazılmış[36] Yubileylər kitabında da Yenoxun kitabındakı Müşahidəçi mələklərin məğlub edilməsi[37] hadisəsi təkrar nəql edilsə də, Yenoxun kitabından fərqli olaraq burada, “Ruhların rəhbəri” Mastema bütün əcinnələri həbs edilməsindən əvvəl işə qarışır və Yahvedən onlardan bir neçəsini özünə xidmətçi kimi saxlamağa icazə istəyir.[38] Yahve bu xahişi müsbət qarşılayır[38], Mastema isə həmin əcinnələri insanları daha çox günaha sövq etmək üçün istifadə edir ki, daha çox insan cəzalandıra bilsin.[39] Sonra Mastema İbrahimi İshaqı qurban verməklə sınağa çəkmək üçün Yahveni yola gətirir.[39][40]
Həm də Yenoxun slavyan kitabı adlandırılan Yenoxun ikinci kitabında Müşahidəçilərdən biri olan Satanail haqqında məlumat saxlanmışdır.[41] Bu kitab müəllifi və yazılma tarixi naməlum olan psevdoepiqrafik əsərdir. Kitabda Satanail, Cənnətdən qovulmuş knyaz Qriqori[42] və “xeyir” və “şər”in nə olmasını anlayan qəddar ruh kimi təsvir edilir.[43] Müdriklik kitabında Şeytanın yerə ölüm gətirdiyi, lakin günahkarın Qabil hesab edildiyi göstərilir.[44][45][46] Qovulmuş mələklərdən birinə aid olan Samael adı, sonradan yəhudi Mirdaşı və Kabbalasında Şeytanın ümumi adı kimi istifadə olunur.[47]
Əksər yəhudilər hər şeyi bilən fövqəltəbii varlıqların mövcudluğuna inanmırlar.[48] Orta əsrlərdə ənənəvi yəhudi inanclıları və filosofları rasional teologiyaya üstünlük verməklə, üsyançı və ya qovulmuş mələklərin olduğuna inanmır, şəri isə abstrakt formada qəbul edirdilər.[49] Ravvinlər adətən satan sözünü Tanaxda istifadə edildiyi formada, insan rəqiblər kimi təfsir edir[50], satanı Bibliya kanonundakı kimi hərfi mənada təfsir edən Yenoxun kitabını isə rədd edirlər.[31] Bununla yanaşı Genesis 6:5-də ki yetzer hara[51] (şərə meyllilik) kimi Satana sözü hərdən şər qüvvələrin təsirini ifadə etmək üçün istifadə edilir.[52]
İovun kitabının Ravvin tədqiqatı adətən Talmud və Maymonidin ardınca gedərək “satan”ı faktiki varlıq yox, yetzer hara haqqında metafor kimi təfsir edir.[53] Tannait ədəbiyyatında Satana nadir hallarda yad olunsa da, Babil aqqadasında onun adına rast gəlmək mümkündür.[32] Belə hesab edilir ki, ilk növbədə yəhudilərə tşuvanın vacibliyini xatırlatmalı olan şofarın səsi, həm də simvolik olaraq “ittihamçının fikrini yayındırmaqla” (Satan) ona yəhudiləri Tanrıya qarşı ayağa qaldırmağa imkan vermir.[54] Kabbalada Şeytan tanrının casusu kimi təqdim edilir. Onun əsas vəzifəsi isə səmavi məhkəmədə Yahvenin təqsirləndirəcəyi insanları günah işləməyə sövq etmək kimi göstərilir.[55] XVIII əsrin Hasidi yəhudiləri “ha-satan”ı Baal Davarla əlaqələndirirdilər.[56]
Hər bir müasir İudaizm sektası Şeytanın şəxsiyyətini özünəməxsus şəkildə təfsir edir. Konservativ iudazm adətən satanın yetzer hara metaforsı kimi talmudik təfsirini rədd edərək, onu birbaşa Tanrının təmsilçisi hesab edir.[57] Ortodoks iudaizm isə satanın Talmudik təfsirini istifadə etsə də, digər sektalarla müqayisədə Şeytanı daha çox dini həyata daxil edir.[58]
Şeytan bir neçə gündəlik ibadət zamanı açıq şəkildə xatırlanır, o cümlədən Şaxarit zamanı, həmçinin Talmudda təsvir edildiyi kimi kimi oruc sonrası xeyir-duada və yəhudi qanun kodeksində onun adı qeyd edilir. Reformatik iudaizmdə satan adətən talmudik təfsirinə uyğun olaraq yetzer hara metaforsı və eqoizm kimi mənfi insani keyfiyyətlərin simvolik təsviri kimi qəbul edilir.[59]
Xristianlıqdakı Satana anlayışının ingilis dilində ən geniş yayılmış adı Devil ismidir. Bu isim orta ingilis dilindəki “devel” sözündən, o isə öz növbəsində qədim ingilis dilindəki “dēofol” sözündən törəmişdir. Qədim ingilis dilinə “dēofol” sözü erkən german dillərindən keçmiş, bu dildə isə latın dilindəki “diabolus” (həm də “diabolical” sözünün köküdür) sözündən törəmişdir. Latın dilindəki “diabolus” sözü yunan dilində “ittihamçı” anlamını verən və “ittiham etmək” – “diaballein” sözündən törəmiş “diabolos” sözü əsasında yaranmışdır.[60] Əhdi-Cədiddə Satana və Diabolos sözləri sinonim kimi istifadə olunur.[61][62]
Əhdi-Cədiddə və Yəhudi Bibliyasında Filistin tanrısı olan Baal Zabulun adı Velzevul kimi qeyd edilir. Velzevul sözü “Milçəklərin hökmdarı” kimi tərcümə edilir, sözün əsli olan Baal Zabul isə “Şahzadə Vaal” kimi tərcümə olunur.[63] Sinoptik İncillərdə Satana və Velzevul eyni varlıq kimi təqdim edilir.[61] Əhdi-Ətiqdə Abaddon (“dağılma yeri” anlamını verir) sözü altı dəfə istifadə edilir və əksər hallarda bu ad Şeolun vilayətlərindən biri kimi təqdim edilir.[64] Adı yunan dilində Apollyon (“dağıdıcı” kimi tərcümə olunur) kimi təcümə edilən Abaddon, Revelation 9:11-də Abissi (Xəviyyə) idarə edən mələk kimi təqdim olunur.[65] Müasir istifadədə Abaddon adı da bəzən Şeytan adının sinonimi kimi istifadə edilir.[64]
Üç Sinoptik İncilin hər birində Məsihin səhrada Şeytan tərəfindən sınanması təsvir edilir (Matthew 4:1-11, Mark 1:12-13 və Luke 4:1-13).[66] Birinci dəfə Şeytan İsaya daş göstərir və onu çörəyə çevirməyini istəyir.[66] Bundan sonra İsanı Yerusəlim məbədinin zirvəzinə gətirən Şeytan ona tullanmağı tapşırır ki, mələklər onu tutsunlar.[66] Daha sonra İsanı dağın başına qaldıran Şeytan ona Yerin krallıqlarını göstərir və tabe olacağı halda bütün dünyanın onun olacağını vəd edir.[66] Lakin hər dəfə İsa Şeytanın təklifini rədd edir[66] və üçüncü sınaqdan sonra mələklər onu xilas edir.[66] Şeytanın [66] və Luke 4:6-7-də İsaya Yerdəki bütün krallıqları vəd etməsi göstərir ki, o, həmin krallıqların hamısının sahibidir.[67] İsanın Şeytnın təklifini müzakirə etməməsi, İncil müəlliflərinin bunun həqiqət olmasına inandıqlarını göstərir.[67]
Şeytan, İsanın məsəllərinin bəzilərində rol alır, onlar “Toxumsəpən haqqında məsəl”, “Alaq haqqında məsəl”, “Qoyun və keçilər haqqında məsəl” və “Güclü adam haqqında məsəl”dir.[68] “Alaq haqqında məsəl”ə görə Şeytan incili başa düşməyənlərə “dərin təsir göstərir".[69] “Qoyun və keçilər haqqında məsəl”də deyilir ki, Şeytan, onun mələkləri və onların ardınca gedən insanlar “əbədi alov”da yandırılacaqlar. Digər iki məsəldə isə Şeytanın ardıcıllarının Böyük məhkəmə günü cəzalandırılacağından bəhs edilir.[70] Fariseylər İsanı Velzevulun köməyi ilə əcinnələri qovmaqda günahlandırdıqda, o, “Güclü adam haqqında məsəl”lə cavab verir: “Necə bir nəfər güclü adamın evinə girib onu qarət edə bilər, əgər ilk növbədə onun əl-ayağını bağlamayıbsa? Onda o, həqiqətən də öz evini qarət edə bilər.” (Matthew 12:29)[71] Bu məsəldə güclü adam Şeytanı təmsil edir.[72]
Sinoptik İncillərdə Şeytan və onun əcinnələri qızdırma (Luke 4:39), cüzam (Luke 5:13) və artrit (Luke 13:11-16) də daxil olmaqla[67] bir çox xəstəliklərin səbəbkarı kimi göstərilir[67], Yəhudilərə məktubda isə Şeytan “ölüm gücünə hakim olan” kimi təsvir edilir (Hebrews 2:14).[73] Matfey və Markla müqayisədə, Lukanın İncilinin müəllifi Şeytana daha böyük güclər aid edir.[74] Luke 22:31-də İsa Şeytana, Pyotr və digər həvariləri sınamağa icazə verir.[75] Luke 22:3-6-da deyilir ki, İuda İskariotun İsanı satmasının səbəbi onun bədəninə “Şeytanın girməsi”dir[74], Acts 5:3-də isə Pyotr Şeytanı, Ananiyanın qəlbini dolduran və onu günah işləməyə sövq edən biri kimi təsvir edir.[76] İohannın İncilində cəmi üç dəfə Şeytanın adı çəkilir.[77] John 8:44-də İsa deyir ki, onun yəhudi və iudey düşmənləri İbrahimin yox, Şeytanın övladlarıdırlar.[77] Həmin məlumatda Şeytan “başlanğıcdan qatil olan biri”[77] və “yalançı və yalanın atası”[77] kimi təsvir edilir.[78] John 13:2-də İsanı satması üçün Şeytanın İudanı ilhamlandırması[79], John 12:31-32-də isə o, İsanın dirilməsi zamanı ölümlə devrilmək qisməti olan “bu fəzanın Arxontu” kimi təsvir edilir.[80] John 16:7-8-də Müqəddəs Ruhun “Dünyanı günah, ədalət və fətvada günahlandıraca”ğı bildirilir ki, bu da Əhdi-Ətiqdə Şeytanın roluna uyğun gəlir.[81] Jude 1:9-da Arxangel Mixail və Şeytan arasında Musanın cəsədinə görə mübahisə edilməsindən bəhs olunur.[82][83][84] Bəzi təfsirçilər bu məlumatın Zechariah 3:1-2-də təsvir edilmiş hadisələrə işarə olduğunu qeyd edirlər.[83][84] Klassik teoloqlardan olan Origen bu məlumatı qeyri-kanonik hesab edilən Musanın yüksəlməsi ilə əlaqələndirir.[85][86] Ceyms H. Çarlsuort qeyd edir ki, bu adda saxlanılmış kitabda nə vaxtsa belə məlumatın olması haqqında heç bir sübut yoxdur.[87] Digər tədqiqatçılar isə onun kitabın itirilmiş sonluğunda əks olunduğunu göstərirlər.[87][88] Səhvən Pyotr tərəfindən yazıldığı qeyd edilən psevdoepiqrafik Pyotra ikinci məktubunun ikinci hissəsində[89] İudaya məktubdakı məlumatların böyük bir hissəsi təkrarlansa[89] da, Mixail və Şeytanın spesifik mübahisəsi buraxılır, 2 Peter 2:10–11-də isə mələklər arasında ikimənalı mübahisə qeyd edilir.[89] Bütünlükdə Əhdi-Cədiddə Şeytan “yoldançıxaran” (Matthew 4:3)[8], “əcinnələrin rəhbəri” (Matthew 12:24)[90][8], “Bu dövrün Tanrısı” (2 Corinthians 4:4)[91] “şərli biri” (1 John 5:18)[8] və “nərildəyən şir” (1 Peter 5:8)[90] adlandırılır.
Vəhylər kitabında Şeytan Roma imperiyasının fövqəltəbii hökmdarı və yer üzərindəki şərin ilkin səbəbi kimi təqdim edilir.[92] Revelation 2:9-10-10-da Smirnadakı kilsəyə məktubun mətnində Patmoslu İohann Smirna yəhudilərini “Şeytan sinaqoqu” adlandırır[93] və xəbərdarlıq edərək deyir ki, “Şeytan sizlərdən bəzilərinizi qovmağa hazırlaşır, sınaq [peirasmos] olaraq həbsə salınacaqsız və on gün ərzində əziyyət çəkəcəksiz.”[93] Revelation 2:13-14-də Perqamdakı kilsəyə məktubda İohann Şeytanın kilsə yığıncağına toplaşanlar arasında olması haqqında xəbərdarlıq edir[94] və bildirir ki, “Şeytanın taxtı” onların arasındadır.[94] Perqam şəhəri Roma imperiyasının Asiya əyalətinin mərkəzi idi[94], “Şeytan taxtı” isə bu şəhərdə yerləşən Zevsə həsr olunmuş monumental altara [94] və ya Roma imperatoru Avqusta ithaf edilmiş məbədə aid edilə bilər.[94] Revelation 12:3-də yeddi başı, on buynuzu, yeddi tacı və nəhəng quyruğu olan Böyük Qırmızı Əjdaha təsvir edilir.[95] Bu obraz ehtimal ki, Danielin kitabındakı dörd dəniz heyvanından [96] və Əhdi-Ətiqin müxtəlif kitablarında dəfələrlə adı qeyd edilən Leviafandan[97] ilhamlanaraq yaradılmışdır. Böyük Qırmızı Əjdaya “günəşin üçdə biri, ayın üçdə biri və ulduzların üçdə birini” vuraraq səmadan salır[98] və Apokalipsis qadınlarını təqib etməyə başlayır.[98] Revelation 12:7-9-da deyilir: “Və Cənnətdə müharibə başladı. Mikayıl və onun mələkləri Əjdahaya qarşı döyüşdülər. Əjdaha və onun mələkləri üstünlük qazansalar da, sonra məğlub edildilər və onlara Cənnətdə yer qalmadı. Böyük Əjdaha devrildi, Şeytan və Satana adlanan adlanan, bütün məskun dünyanı yoldan çıxaran qədim ilan Yerə qovuldu və onunla birlikdə mələkləri də qovuldular.”[99] Daha sonra səmadan gələn səs “İttihamçının” (ho Kanteqor) məğlubiyyətini qeyd edərək onu Əhdi-Ətiqdəki satan ilə eyniləşdirir.[100] Revelation 20:1-3-də Şeytanın zəncirlənərək min illik həbs müddətinə [101] Abissə atılması təsvir edilir.[101] Revelation 20:7-10-da Şeytan azad olaraq Yəcuc və Məcucla birlikdə özünə ordu toplayaraq[101], düz yol ilə gedənlərə qarşı mübarizəyə başlayır, lakin, səmavi od ilə məğlub edilərək alov gölünə atılır.[101] Bəzi xristianlar, Vəyhlər 13:18-də Bədheybətin rəqəmi kimi təsvir edilənRevelation 13:18 666 rəqəmini Şeytanla əlaqələndirirlər.[102] Lakin, Vəhylər 13-də təsvir edilən Bədheybət Şeytan deyil[103], həmin kitabda 666 rəqəminin istifadə edilməsi isə Roma imperatoru Nerona işarədir. Belə ki,, onun adının ivrit dilində rəqəm qarşılığı 666-dır.[102]
Yaradılış kitabında Şeytan haqqında heç bir məlumat verilməsə də[15], Revelation 12:7-dakı məlumatlara görə xristianlar Yaradılışda təsvir edilən Eden bağındakı ilanı Şeytanla eyniləşdirirlər.[100][8] Lakin, ehtimal ki, bu məlumat Satananı Isaiah 27:1-də məlumat verildiyi kimi[97] Yahve tərəfindən məğlub edilən dəniz bədheybəti Leviafan ilə eyniləşdirmək üçün edilmişdir.[100] Şeytanın Eden bağından olan “qədim sürünən” ilə eyniləşdirilməsi ilk dəfə b.e.-nın ikinci əsrində xristian apologeti Yustinin[106][107] “Trifo ilə dialoq” əsərlərinin 45 və 79-cu fəsillərində baş vermişdir.[107] Digər erkən kilsə ataları Teofil və Tertullian da bu eyniləşdirməni qeyd edirlər.[108] Lakin, erkən xristian kilsəsi Selsus kimi filosofların qarşı fikirləri ilə qarşılaşır: özünün “Doğru söz” adlı əsərində Selsus qeyd edir ki, “Böyük tanrının...xeyir əməl törətmə imkanlarını məhdudlaşdıran rəqibin olmasını iddia etmək kafirlikdir” və “xristianlar utanmadan İlahi krallığı hissələrə bölərək orda qiyamçıların ola biləcəyini və Tanrıya qarşı çıxanların yer ala biləcəyini düşünürlər.”[109]
“Sübh ulduzu” (latın dilində Lusifer) anlamını verən Heylel sözü[104] Kənani mifologiyasında Venera planeti tanrısı olan[110][111] Attarın adıdır.[104]}} Attar, səmavi şəhərin divarına dırmanmağa çalışmış[112][110] və Günəş tanrısı tərəfindən məğlub edilmişdir.[112] Isaiah 14:12-də istifadə edilən ad isə Babil hökmdarına metaforik işarədir.[112] Ezekiel 28:12-15-də Edem bağındakı xeruvimin təsviri Tir hökmdarı II İfobaala qarşı polemika kimi istifadə edilir.[113] Yalnız bu mətnlərin özündən xəbərdar olub, onların əsaslandığı mifləri bilməyən kilsə atası İskəndəriyyəli Origen (təxm. 184 – təxm. 253), dövrümüzə Akvileyli Rufin tərəfindən edilmiş latın dilində tərcüməsi çatmış "İlk prinsiplər" adlı traktatında belə qərara gəlir ki, bu məlumatların heç biri hansısa insana aid edilə bilməz[114] və onlarda "tirlilər üzərində hakimmiyyət almış hansısa mələk nəzərdə tutulur", pozulmuş olması müəyyən edildikdən sonra isə o, Yerə qovulmuşdur.[115][116]
Lakin, özünün "Contra Celsum" adlı apologetik traktatında, Origen, Yesaya 14:12 və Yezekiel 28:12–15-in təfsirini dəyişərək orda haqqında bəhs edilənin Şeytan olduğunu qeyd edir.[117] Henri Ansqar Kelli belə hesab edir ki, Origen, Zərdüştiliyin radikal dualizminin təsiri ilə "Şeytanın ilkin təbiətinin qara olması"na inanan adı qeyd edilməmiş şəxslərin mövqeyini təkzib edə bilmək üçün bu yeni təfsiri qəbul etməli olmuşdur.[118] Daha sonrakı dövr kilsə atalarından olan, Latın Vulqatasının tərcüməçisi Müqəddəs İyeronim (təxminən 347–420) isə Origenin Şeytanın qovulmuş mələk olması haqqında nəzəriyyəsini qəbul edərək[119] bu haqqda fikirlərini Yesayanın kitabına yazdığı qeydlərində bildirir.[119] Xristian ənənəsində indi də həm Yesaya 14:12-də[120][121], həm də Ezekiel 28:12–15[122][123] Şeytana alleqorik işarə kimi qəbul edilir. Əksər xristianlar Şeytanı, Tanrıya qarşı üsyana qalxmış mələk hesab edirlər.[124][121]
Erkən xristian teoloqları arasında məşhur[125][126] olan günahın yuyulması nəzəriyyəsinə görə, Şeytan, Adəm və Həvvanın günahı vasitəsiylə insanlıq üzərində hakimiyyət qazanmışdır[125][127], Məsihin çarmıxa çəkilməsi isə Şeytana insanlığın xilas edilməsi əvəzinə verilmiş qurbandır.[125][128] Bu nəzəriyyəyə görə Şeytan tanrı tərəfindən aldadılmışdır[125][129], çünki, Məsih günahlardan pak olmaqla yanaşı, həm də Şeytanın təsir edə bilmədiyi ilahi təbiətə malik idi.[129] Günahın bağışlanması nəzəriyyəsinin prototipi ilk dəfə Lionlu İriney tərəfindən qeyd edilsə də[125], tam inkişaf etmiş nəzzəriyyə formasında Origen tərəfindən təklif edilmişdir.[125] Sonradan bu nəzəriyyə Nissalı Qriqori və Akvileyli Rufin kimi ilahiyyatçılar tərəfindən daha da inkişaf etdirrilmişdir.[125] XI əsrdə Kenterberili Anselm, Kristus Viktordakı[125][130] əlaqəli nəzəriyyə ilə yanaşı günahın bağışlanması nəzəriyyəsini də tənqid etmiş, bundan sonra Qərbi Avropada həmin nəzəriyyə əhəmiyyətini itirməyə başlamışdır.[125][130] Buna baxmayaraq, bu günə kimi həmin nəzəriyyə Şərq Ortodoks Kilsəsində məşhurluğunu saxlamışdır.[125]
Erkən xristianlar birmənalı şəkildə şeytan və onun əcinnələrinin insan üzərində nəzarət etmək bacarığına malik olduğuna inanır[131], lənətlər isə yəhudi, xristian və paqan din inancı olanlar arasında eyni dərəcədə istifadə edilirdi.[131] Əcinnələrin təsiri altına düşməyə inam orta əsrlər boyunca inkişaf, erkən modern dövrə qədər isə davam etmişdir.[132][133] Ekzorsizm prosesi isə Tanrı hökmünün Şeytan üzərində qələbəsi kimi qəbul edilirdi.[134] Şeytan tərəfindən ələ keçirildiyini düşünən insanların bir çoxu gözəgörünmə və ya bu kimi simptomlardan deyil, dini qorxular və qəddar fikirlərdən əziyyət çəkdiklərini deyirdilər.[135]
Orta əsrlər xristian teologiyasında Şeytan minimal rol oynasa da[136], orta əsr mistik tamaalarında tez-tez xatırlanmış[136] və bu zaman əsasən komik ikinci plan personajı kimi təsvir edilmişdir.[136] Orta əsrlərin Şeytan nəzəriyyəsi Ceffri Börton Rassel tərəfindən "daha çox yazıq və krah doğuran, nəinki qorxunc" olaraq təsvir edilir[136][137] və Tanrının böyük planı yolunda sadəcə kiçik xoşagəlməzlik kimi qəbul edilir.[136] Dominikan ordenindən olan rahib Yakopo da Varaççe tərəfindən 1260-cı ildə yazılmış "Qızıl əfsanə" adlı aqioqrafiyalar toplusunda müqəddəs şəxslər və Şeytan arasında görüşlər haqqında çoxlu sayda məlumatlar vardır.[138] Həmin məlumatların hamısında Şeytan müqəddəslər və Tanrının ağılı vasitəsiylə aldadılır.[138] Henri Ansqar Kelli qeyd edir ki, bu dövrdə Şeytan "qorxulunun əksi kimi görünür."[139] Ali və son orta əsrlərin ən məşhur kitabı olan[140] "Qızıl əfsanə"nin əlyazmaları say çoxluğuna görə hətta Bibliya əlyazmalarını da geridə qoyur.[140]
XI əsrdə yazılmış "Canon Episcopi" katolik kanonlar toplusunda cadugərliyə inam tənqid edilərək heretik adlandırılır[141] və sənədli şəkildə cadugərliyə inamın geniş yayılması təsdiq edilir.[141] Belə hesab edilirdi ki, cadugərlər süpürgə üzərində uçur[141], əcinnələrlə ünsiyyət qurur[141], meşələrdə keçirilən "qorxulu və seksual rituallarda iştirak edir"[141], satanizm mərasimləri çərçivəsində insan uşaqları öldürür və yeyir[142] və əcinnələrlə ailə quraraq cinsi əlaqəyə girirlər.[143][142] Papa XXII İohann tərəfindən 1326-cı ildə verilmiş bullada[144] xalq üsulu ilə falabaxma tənqid edilir və Şeytanla məsləhətləşmə kimi qiymətləndirilir.[144] 1430-cu illərdən etibarən Katolik kilsəsi cadugərliyə Şeytanın başçılıq etdiyi böyük tələ kimi baxmağa başlayır.[145]
Erkən modern dövrdə xristianlar tədricən Şeytanı daha güclü və qüdrətli hesab etməyə başlayırlar[143], Şeytan qarşısında qorxu hissi isəə Avropa xristianlarının dünyagörüşündə dominant yer tutmağa başlayır.[134][136] Protestant Reformasiyası zamanı Martin Lüter öyrədirdi ki, Şeytanla mübahisə etməkdənsə, xristianlar daha müvafiq kompaniyalar axtarmalı və günah etməkdən qaçmalıdırlar[146]; Şeytan "şənliyi sevmədiyinə görə" Lüter günahdan qaçmaq üçün xüsusilə musiqini məsləhət görürdü.[146] Jan Kalvin Müqəddəs Avqustinin fikrini təkrar edərək deyir ki, "insan at kimidir, Tanrı və Şeytan isə çapardır."[147]
XV əsrin sonlarında Fransa və Almaniyada cadugərlik halları geniş yayılmağa başlayır.[144][145] Alman inkvizitorları Henrix Kramer və Yakob Şprengerin 1487-ci ildə nəşr edilmiş "Malleus Maleficarum" adlı kitabında bütün "malefisiya"nın (cadugərlik) kökünün Şeytana gedib-çıxması bildirilir.[148] XVI əsrin ortalarına kimi cadugərlik panikası İngiltərə və İsveçrəyə də yayılır.[144] Həm katoliklər, həm də protestantlar cadugərliyi real fakt kimi qəbul edir və cadugərlərin təqib olunmasını dəstəkləyirdilər.[149][150] 1500-cü illərin sonunda holland demonoloqu Yohann Veyer "De praestigiis daemonum" adlı traktatında cadugərliyin mövcud olmadığını[151], lakin, Şeytanın xristianları yoldan çıxarmaq üçün ona inamı təbliğ etdiyini qeyd edir.[151] 1620-ci illərdə Avropada cadugərlik panikası daha da güclənir və 1600-cü illərin sonlarına kimi davam edir.[144] Brayan Levak hesab edir ki, Avropada cadugərlik panikası ərzində ümumilikdə 60.000-dən çox insan cadugərliklə məşğul olmaqda ittiham edilərək edam olunmuşdur.[144]
Şimali Amerikanın erkən ingilis sakinləri, xüsusilə puritanlar belə hesab edirdilər ki, Şeytan, Yeni dünyada "açıq və hiss olunacaq şəkildə" hökm sürmüşdür.[152] Con Uintrop iddia edirdi ki, Şeytan, üsyançı puritan qadınları caynaqlı, iti buynuzlu və hər ayağında quş ayağı kimi üç caynağı olan ölü bədheybətlər doğmağa məcbur edir.[153] Kotton Mazer yazır ki, "qurbağalar Misirin ətrafında fırlandığı kimi"[154], şeytanlar da puritan məskənlərinin ətrafında fırlanırlar. Puritanlar yerli amerikanların Şeytana pərəstiş etdiyinə inanır[155] və onları "Şeytan övladları"[152] kimi təsvir edirdilər. Bəzi sakinlər, yerli ayinlər zamanı Şeytanın özünün peyda olmasının şahidi olduqlarını bəyan edirdilər.[154] İlk Böyük Oyanış zamanı, "Yeni Dünya"nın rahibləri "Köhnə Dünya"dan olan tənqidçilərini Şeytanın qulluqçuları adlandırırdılar.[156] İkinci Böyük Oyanışa kimi Şeytanın Amerikan Yevangelizmində əsas rolu , Yevangelizm hərəkatının özünün rəqibi olması idi.[157] Onlar əsas vaxtlarını müasir Amerikan fundamentalizmində özünü saxlayan yevangelist rahiblərin təsirdən qorunmasına sərf edirdilər.[158]
1600-cü illərin əvvəllərindən etibarən, ingilis yazıçı Recinald Skott və anqlikan yepiskopu Con Benkroft da daxil olmaqla, Avropa skeptikləri, əvvəlki kimi əcinnələrin insanlara nəzarət edə bilməsinə inamı tənqid etməyə başlayırlar.[159] Bu skeptizm, həm də möcüzələrin yalnız çoxdan başa çatmış həvarilər dövründə baş verdiyinə inamla möhkəmləndirilirdi.[160] Daha sonrakı dövrdə, Devid Yum, Deni Didro və Volter kimi maarifçi filosoflar Şeytanın özünün varlığını şübhə altına almağa başlayırlar.[161] Con Miltonun "İtirilmiş Cənnət"ini "iyrənc fantastika"[161] adlandıran Volter, Katolik kilsəsinin insanlığı qul vəziyyətində saxlamaq üçün Cəhənnəm və Şeytana inamı təbliğ etdiyini deyir.[161] XVIII əsrə kimi Avropa ölkələrinin hamısında cadugərlikdən istifadə azalmış, yalnız Polşa və Macarıstanda aktiv şəkildə cadugərlik tətbiqi davam etdirilmişdir.[162] Buna baxmayaraq, ənənəvi xristian inancı daşıyıcıları arasında Şeytanın güclü olmasına inanc qalmışdır.[162]
Mormonizm Şeytan haqqında öz baxışını formalaşdırmışdır. Musanın kitabına görə, Şeytan şöhrət qazanmaq üçün insanlığın günahının bağışlanması üçün özünün qurban verilməsini təklif edir. Bundan sonra atasının iradəsinin yerinə yetirilməsi üçün İsa da öz namizədliyini təklif edir. Təklifinin rədd edilməsindən sonra Şeytan üsyan edir və nəticədə Cənnətdən qovulur. Musanın kitabında deyilir ki, "Qabil Şeytanı Tanrıdan çox sevirdi"[163] və Habili öldürmək üçün onunla iş birliyinə başlayır. Məhz bu işbirliyi sayəsinqə Qabil Master Mahan olur.[164] Musanın kitabında həm də nəql edilir ki, "yeganə olanın" (ing. Only Bergotten) adını çəkənə kimi Musa, Şeytanın təsiri altında olmuşdur. Duqlas Devis isə bildirir ki, bu mətn, Bibliyada təsvir edilmiş İsanın əziyyətlərini əks etdirir.[165]
Bu günlərdə də ABŞ [166][167][168] və Latın Amerikası ölkələrində[169] Şeytana və insanların onun təsiri altına düşməsinə inam güclü olaraq qalmaqdadır. 2013-cü ildə YouGov tərəfindən keçirilmiş seçkilərin nəticəsində müəyyən edilmişdir ki, ABŞ sakinlərinin 57%-i[166], Böyük Britaniya sakinlərinin isə cəmi 18%-i Şeytanın varlığına inanır.[166] ABŞ sakinlərinin 51%-i həm də Şeytanın insanlar üzərində nəzarət qabiliyyəti olduğuna inanır.[166] "Satana Amerikada: Tanıdığımız Şeytan" kitabının müəllifi U. Skott Pul qeyd edir ki, "Son qırx-əlli il ərzində ABŞ-də həm populyar mədəniyyətdən, həm də dini mənbələrdən alınmış məlumatlar əsasında mürəkkəb Şeytan obrazı yaranmışdır" və "ABŞ xristianlarının bir çoxu şeytan haqqında filmlərdən öyrəndikləri məlumatlarla, dini mənbələrdən əldə etdikləri məlumatları ayırmırlar."[153]
XIX əsrin sonları-XX əsrin əvvəllərindən etibarən Katolik kilsəsi əsasən, Şeytan və ekzorsizmə inamı zəiflətməyə çalışsa[169] da, 2010-cu illərdə Papa Fransisk "Şeytan ağıllıdır, o, bütün ilahiyyatçıların bildiyi ilahi kəlamlarla müqayisədə daha çox ilahi kəlam bilir" bəyanatından sonra Şeytana inam bir qədər gündəmə gətirilmişdir.[169][170] Britannika Ensiklopediyasına görə, Liberal Xristianlıq Şeytanı "kainatda mövcud olan, insanlıqdan kənar olmasına baxmayaraq ona ciddi təsir edən böyük şəri ifadə edən mifoloji varlıq" kimi izah edir.[171]
Bernard MakGinn, Antixrist və Şeytan arasında münasibətləri ətraflı izah edən çoxlu sayda ənənəni təsvir edir.[172] Dualist ənənəsinə görə, Tanrı İsanın cildinə girdiyi kimi, Şeytan da Antixristin cildinə girəcək.[172] Lakin, pravoslav düşüncə tərzinə görə, İsanın çevrilməsinə həddən artıq oxşar olmasına görə bu fikir problematik hesab edilir.[172] Bunun yerinə "daxili" fikir ideyası daha məqbul hesab edilir[172] ; Şeytanın gücü Tanrının gücünə bərabər olmadığına görə, Antixrist, bədəni Şeytan tərəfindən ələ keçirilmiş insan hesab edilir.[172]
Satana sözünün ərəb dilində ekvivalenti "Şeytan"dır (شيطان, šṭn/شطن kökündən). Sifət olan sözün tərcüməsi "azmış" və ya "uzaqlaşmış" anlamını verməklə həm insanlara ("əl-ins", الإنس), həm də cinlərə ("əl-cinn", الجن) aid edilir; lakin əksər hallarda bu söz Satana anlayışını ifadə etmək üçün işlədilir. Quranda Şeytan "İblis" adlandırılır və bu sözün yunan dilindəki "diabolos" sözündən törədiyi ehtimal edilir.[173] Müsəlmanlar Şeytanı şərin baisi yox, insanın eqosentrizmini istifadə edən varlıq hesab edirlər.[174]
Quranın yeddi surəsində Allahın İblis də daxil olmaqla bütün mələklərə, yeni yaratdığı Adəm qarşısında baş əyməyi buyurması təsvir edilir.[8][175][173] Bütün mələklər tabe olsalar da, İblis boyun əyməkdən imtina edərək[8][175][173] bildirir ki, Allah onu alovdan, Adəmi isə gildən yaratdığına görə, o, Adəmdən daha üstündür (7:12)[173]. Buna görə də, Allah İblisi Cənnətdən qovaraq[8][173] Cəhənnəmə vasil edir.[176][173] Bundan sonra "inancsız naşükür" – kafir olan[8] İblisin yeganə məqsədi insanlığı yolundan çıxarmaq olur.[8] Düzgün insanların İblisin təkliflərinə rədd cavabı verə biləcəyindən əmin olan[8] Allah, ona istədiyini etməyə icazə verir.[8] İblisin öz taleyi aydın olmasa[177] da, Böyük məhkəmə günü onun ardıcıllarının hamısı Cəhənnəmə atılacaq.[176][173] Cənnətdən qovulduqdan sonra həm də "Əl-Şaytan" kimi tanınan[176] İblis, Adəm və Həvvanı qadağan edilmiş ağacın barını yeməyə həvəsləndirir.[176][173]
Özündənrazılıq və ümidsizliklər yanaşı, Şeytanın əsas xarakteri onun kişilər və qadınların beyninə küy (vəsvəsə) salmasıdır.[178] Quran 15:45-də deyilir ki, Şeytanın düzgün insanlar üzərində heç bir təsiri yoxdur[179], lakin, səhv edənlər onun təsiri altındadır.[179] Quran 7:156-da deyilir ki, Allahın əmrlərinə tabe olanlara Şeytanın vəsvəsələri təsir etmir.[179] Quran 56:79-da deyilir ki, Şeytan müsəlmanların quran oxumasına mane olmağa çalışır[180], 16:98–100-də isə Şeytana qarşı müdafiə üçün Quranın təkrarlanması məsləhət görülür.[180] Quran 35:6-da Şeytanın insanlığın düşməni olması bildirilir[180], 36:60-da isə insanlara Şeytana səcdə etmək qadağan olunur.[180] Quranın İovun Bibliyada qeyd edilən hekayəsini təkrarlayan (Əyyub adı ilə) hissəsində göstərilir ki, Əyyub Şeytan tərəfindən sınağa çəkildiyindən xəbərdar olur.[180]
Quranda Şeytan əksər hallarda mələk adlandırılsa[173] da, 18:50-də onun "cinlərdən biri" olması göstərilir.[173] Quranda Şeytanın özünü oddan yaradılmış kimi təsvir edilməsi ilə birlikdə bu, Şeytanın nə qovulmuş mələk, nə də qəddar cinlərin lideri olması ilə razılaşmayan[181] müsəlman ekzegetlər üçün ciddi problem yaradır.[173] İbn Abbasın nəql etdiyi hədisə görə, İblis Allahın oddan yaratdığı bir mələk olmuşdur. İbn Abbas qeyd edir ki, "cin" sözü nə dünyəvi cinlərə, nə də Şeytan kimi "alov mələklərinə" aid edilə bilməz.[182]
VII əsrdə yaşamış ən nüfuzlu İslam ilahiyyatçılarından biri olan Bəsrəli Həsən İslam peyğəmbərindən sitat gətirərək yazır: "İblis heç bir saniyə belə mələk olmayıb. Adəm insanlığın mənşəyi olduğu kimi, İblis də cinlərin mənşəyidir."[183] Orta əsr fars alimi Mahmud Zəmaxşəri qeyd edir ki, mələk və cin sözləri sinonimdir.[184] Digər bir fars alimi Əl-Bəyzavi isə onun əksinə qeyd edir ki, Şeytan mələk olmağa ümid etsə də[184], hərəkətləri onu cin etmişdir.[184] Tarih-i Hamis isə razılaşırlar ki, Şeytan cin olmuş və düzgünlüyünə görə Cənnətə qəbul edilmişdir, lakin, mələklərdən fərqli olaraq ona, Allaha tabe olub-olmamaq seçimi verilmişdir.[185] Cənnətdən qovulduqda isə Şeytan, insanlığı öz cəzalandırılmasında günahkar elan etmişdir.[186] İblisin alov mənşəli olmasını izah edərkən Zəkəriyyə Qəzvini və Məhəmməd ibn Əhməd İbşihi[187] qeyd edirlər ki, bütün bütün fövqəltəbii varlıqlar oddan yaradılsalar da, mələklər odun işığından, cinər isə alovundan yaradılmışdır və buna görə də bütün fövqəltəbii varlıqların mənşəyi oda bağlıdır.[188] Əbdülqani əl-Məqdisi qeyd edir ki, yalnız mərhəmət mələkləri işıqdan, cəza mələkləri isə alovdan yaradılmışdır.[189]
Təxminən b.e. 923-cü ilində vəfat etmiş[173] müsəlman tarixçi Əl-Təbəri yazır ki, Adəmin yaradılmasından əvvəl Yer cinlərlə məskun idi və onlar boş-boşuna gəzirdilər.[190] O, həm də qeyd edir ki, İblis əvvəlcə Əzazil və ya Əl-Harit[191] adlı oddan yaradılmış mələk olmuş[192] və dünyəvi cinlərə qarşı durması üçün Allah tərəfindən yerə göndərilmişdir.[193][173] Əzazil döyüş zamanı cinlərə qalib gəlmiş[193] və onları dağlara qovmuşdur.[193] Lakin, bundan sonra özünün insanlar və digər mələklərdən üstün olduğunu düşünməyə başlamış və bu da onun qovulmasına səbəb olmuşdur. Bu məlumata görə, Əzazilin rəhbərlik etdiyi mələklər qrupu Cənnəti (Jannah) qoruduqlarına görə cinlər (jinn) adlandırılırdılar.[194] Ət-Təbəri tərəfindən çatdırılan başqa bir ənənəyə görə isə, Şeytan, mələklər tərəfindən ələ keçirilərək əsir alınmış[179][173] yer cinlərindən biri olmuşdur.[179][173] Bundan sonra Allah onu digər cünlər üzərində hakim təyin etmiş və o, Əl-Hakam adını almışdır.[179] Laqeydlik göstərməsinə kimi min il ərzində o, öz vəzifəsini yerinə yetirmiş[173], lakin, sonra bağışlanaraq Adəm qarşısında baş əyməkdən imtina edənə kimi işini davam etdirmişdir.[173]
Erkən islam dövrünün ilk iki əsrində, müsəlmanlar birmənalı şəkildə Şeytan ayələrinin həqiqiliyinə inanırdılar.[195] Həmin mənbədə deyilir ki, Şeytan Məhəmmədə üz tutaraq, Qurana bütpərəst ilahələrinin şəfaəti naminə müsəlmanların dua etməsi üçün bəzi əlavələr etməyi buyurur.[196] O, Şeytanın sözlərini ilahi kəlamlar olaraq qəbul edir.[195] Müasir müsəlmanlar, Quranın bütövlüyünü şübhə altına alan Şeytan ayələri heretik hesab edirlər.[197]
Həccin üçüncü günündə zəvvarlar Məkkədə yerləşən Cəmra əl-Aqaba adlı daş sütuna yeddi daş atırlar ki, bu da Şeytanın daşlanmasını simvolizə edir.[198] İslam ənənəsinə görə, Allah İbrahimdən oğlu İsmayılı qurban kəsməyi tələb etdikdə, Şeytan üç dəfə onun yanına gələrək bunu etməməyi deyir, İbrahim isə hər dəfəsində ona yeddi daş ataraq qovur. Həmin bu həcc ritualı da İbrahimin şeytanı daşlaması inancına əsaslanır.[198][199]
Hədisə görə, körpə uşaqlar anadan olarkən ona görə ağlamağa başlayırlar ki, onlara Şeytan toxunur və bu toxunma insanı günaha meyilli edir.[200] Bu nəzəriyyə, Xristianlıqdakı ilk günah nəzəriyyəsi ilə oxşarlıq təşkil edir.[200] İslam ənənəsinə görə, Şeytan, yalnız Məryəm və İsaya toxunmamışdır.[200] Lakin, Məhəmməd uşaq olarkən, onun ürəyi mələk tərəfindən açılmış və günahı simvolizə edən qara yığıntı təmizlənmişdir.[200]
İslam ənənəsində də, İsanın təmizqəlbliliyini, Şeytanın isə kinli olmasını göstərən[201], onlar arasında[193] baş tutmuş bir neçə dialoq saxlanmışdır. Əhməd ibn Hənbəl, Sinoptik İncillərdə də təsvir edilmiş Şeytan tərəfindən səhrada İsaya əziyyət verilməsi hadisəsini nəql edir.[193] İsadan sitat gətirən Əhməd yazır ki, "Ən böyük günah dünyaya olan sevgidir. Qadınlar Şeytanın kəndiridir. Şərab bütün şeytani hisslərin açarıdır."[201] Əbu Osman əl-Cahiz isə İsanın "Dünya Şeytanın ferması, insanlar isə onun mackirləridir" dediyini yazır.[193] Əl-Qəzali yazır ki, "Bir dəfə evdən çıxan İsa, Şeytanın kül və bal daşıdığını görür və bunların nəyə lazım olduğunu soruşur. O da cavabında bildirir ki, balı kafirlərin dodağına çəkəcəm ki, məqsədlərinə çatsınlar, külü isə yetimlərin üzünə sürəcəm ki, heç kim onları sevməsin."[202] XIII əsr alimi Sibt ibn əl-Cauzi qeyd edir ki, İsa Şeytandan onun belini nəyin sındırdığını soruşanda, Şeytan "Atların Allah yolunda kişnəməsi" deyə cavab verib.[202]
Sufi mistisizminə görə, Şeytan ona görə Adəm qarşısında səcdə etməkdən imtina edir ki, o, yalnız tək olan Allah qarşısında səcdə edir.[203][184] Bu səbəbdən də, sufilər Şeytan və Məhəmmədi iki ən mükəmməl monoteistlər hesab edirlər.[203] Sufilər dualizm nəzəriyyəsini rədd edir[203][204] və varlığın vahidliyinə inanırlar.[204] Sufilər hesab edirlər ki, Məhəmməd Allahın mərhəmət aləti[203], Şeytan isə qəzəb alətidir[203].
Müsəlmanlar inanırlar ki, bütün aldatma və şərin mənşəyi Şeytandır. Ona, mənəvi gücə qarşı mübarizə aparan səmavi güc sahibi kimi də baxılır. Buna baxmayaraq, insanlar Şeytanın yoldan çıxarması və nəfs arasında fərq qoyurlar. Bədənin tələbi (nəfs) insanı hansısa hərəkətə məcbur etdiyi halda, şeytanın yoldan çıxarma zamanı ümumilikdə şər əmələ yönləndirir, birinci təklifə uğurla qarşı çıxdıqdan sonra isə Şeytan yeni təkliflə qayıdır.[205] Əgər müsəlman hiss edirsə ki, Şeytan onu pis yola çəkir, o zaman "Allahın adi ilə qovulmuş Şeytanın şərindən sənə sığınıram" deyərək Allahdan kömək istəməlidir. Müsəlmanlar həm də, Quran oxuyarkən Allaha sığınmalıdırlar.[206]
Bir çox dinlərdən fərqli olaraq, Bəhailikdə Şeytana müstəqil şər qüvvə kimi deyil[207][208], insan təbiətinin pis keyfiyyətləri kimi baxılır.[207][208] Əbdül-Bəha izah edir: "İnsan təbiətinin bu pis keyfiyyətləri Satana kimi simvolizə edilir – şər bizim içimizdədir, xaricdə olan şəxsiyyət deyildir."[207][208] Digər dinlərdə təsvir edilən qəddar ruhlar, qovulmuş mələklər, əcinnələr və cinlər də, Bəhailikdə insanın Allahdan üz çevirəcəyi təqdirdə qazandığı və ya özünü büruzə verən xasiyyətləri kimi qəbul edilir.[209] Bəhai mətnlərində "satanik" kimi təqdim edilən bəzi hərəkətlər isə, insanların eqoist istəklərinə görə törətdikləri hərəkətlərdir.[210]
Adətən "Şeytana səcdə"[211] adlandırılan Teistik satanizmdə Şeytana insanların ibadət edə biləcəyi ilahi varlıq kimi baxılır.[212][213] Bu inancın daşıyıcıları bir-biri ilə az əlaqəli və ya əlaqəsiz olsalar da, onlar hamısı Şeytanın real varlıq olduğuna inanırlar.[214]
Şeytan məbədi və La-Veya Satanizm ardıcılları tərəfindən izlənən Ateistik satanizm inancına görə Şeytan hərfi anlamda antropomorf varlıq kimi deyil, kosmik simvol kimi mövcuddur. Bu dini inancda Şeytana özündənrazı, irrasional və aldadıcı varlıq kimi baxılmır, daha çox Prometey kimi Şeytanın da azadlıq və şəxsi hüquqları simvolizə etdiyinə inanılır. İnanclılar üçün o, həm də nəzəri əsas və satanistin ən yüksək şəxsi potensialının metaforik proeksiyası kimi qəbul edilir.[215][216][217][218][219] Şeytan kilsəsinin Ali Kahini olan Piter H. Gilmor özünün "Satanizm: Qorxuducu din" (ing. Satanism: The Feared Religion) adlı kitabında yazır ki, "Şeytan, özünün qürurlu şəxsiyyətinin istəklərinə uyğun həyat tərzi sürən insanın simvoludur. Şeytanın arxasında dayanan reallıq – entropiyanın bütün canlılar üçün xarakterik olan və onları yaşamaq və çoxalmağa sövq edən qaranlıq inqlabi gücdür. Şeytan, qarşısında səcdə edilməli konkret varlıq olmayıb, hər bir insanın içində olan və hər bir insanın istədiyi kimi istifadə edə biləcəyi enerji qaynağıdır."[220]
La-Veya satanistlər "satana" sözünün (ivr. שָּׂטָן "rəqib" anlamını ifadə edir) ilkin etimoloji mənasını olduğu kimi qəbul edirlər. Piter H. Gilmor izah edir ki, "Şeytan kilsəsi üçün Şeytanın əsas simvol seçilməsi, onun adının ivrit dilində "rəqib" anlamını ifadə etməsidir: ittiham edən və ya sual verən müxalif. Biz özümüzü bu cür şeytanlar kimi görürük; rəqiblər, müxaliflər, insan həyatına müdaxilə edərək onların xoşbəxtliyinə mane olan bütün inanc sistemlərini ittiham edənlər."[221]
Şeytan məbədinin ardıcılları kimi, Post-La-Veya satanistlər də, iddia edirlər ki, altruistik və kommunal meylə malik olan insanın heyvani xarakteri Şeytanı ədalətsizliklə mübarizə və aktivizmin fiquru kimi yaradır. Onlar həm də cismani muxtariyyətə inanaraq, şəxsi inamların elmə uyğun olmalı, insanları alicənablığa ilhamlandırmalı və hər bir kəsin səhvlərini düzəltmək üçün çalışmalı olduğunu düşünürlər.[222]
Qafqaz Albaniyası hökmdarı III Mömin Vaçaqan dövründəki barmaqkəsənlər işgəncə əmrlərini Şeytandan aldıqlarını bildirirdilər: "Şeytan yanımıza insan şəklində gəlir və əmr edir ki, üç dəstəyə bölünək və hər dəstədən üç nəfər yaxalayaq. Bu üç nəfər nə yaralanmalı, nə də öldürülməlidirlər. Bunların diri-diri dərisi soyulmalı və sağ əllərinin barmaqları kəsilməlidir… Kürsünün üstünə bahalı paltarlar qoyulur. Şeytan gələn kimi bu paltarları geyib kürsüyə oturur və üstündə barmaq olan doqquz öldürülən adamın dərilərinin vəziyyətini yoxlayır. Şeytana düşən qurban payını gətirə bilmədikdə o, əmr edir ki, ağacın qabığını soysunlar. Onla isə ona öküzü və ya qoçu qurban kəsirlər və Şeytan özü bədxah xadimlərilə yeyib-içir, kef edir. Bu zaman elə orada hazır olan yəhərlənmiş at durur və Şeytan atlanıb, o, qədər yol çapır ki, at əldən düşüb dayanır və elə bu an Şeytan yox olur. Hər il Şeytan bunu təkrar edir."[223]
Yezidilərin Hind-Avropa panteonunun baş tanrısı olan Melek Tavus insanlıq qarşısında baş əyməkdən imtina etdiyinə görə, Xristianlıq və İslam ənənələrindəki Şeytana oxşayır.[224][225] Buna görə də, xristianlar və müsəlmanlar Melek Tavusu əksər hallarda Şeytan hesab edirlər.[224][225] Lakin, əslində Yezdanizmə İslamdan əvvəlki Hind-Avropa mənşəli dinlərin, o cümlədən Şeyx Adi tərəfindən yaradılmış qulat sufi tərqətinin qalıqları kimi baxmaq da təklif edilir. Lakin, faktiki olaraq Yezdanizmdə Tanrıya qarşı olan şər qüvvə yoxdur və bu cür dualizm yezidilər tərəfindən rədd edilir.[226]
Orta əsrlərdə dualistik inanca malik olan katarlar, Katolik kilsəsi tərəfindən Şeytana səcdə etməkdə ittiham olunurdu. Papa IX Qriqori özünün "Vox in Rama" adlı əsərində qeyd edir ki, katarlar Tanrının Şeytanı qovarkən səhvə yol verdiyinə inanırlar və Lusifer ona sadiq olanları mükafatlandırmaq üçün qayıdacaq. Digər tərəfdən, katarizmə görə Katolik kilsəsinin səcdə etdiyi material dünya və onun dəyərləri Şeytan tərəfindən yaradılıb.[227]
Müasir sinkretik Neopaqan din olan[228] Vikkanın ardıcılları əksər halda müasir xristianlar tərəfindən səhvən Şeytana ibadət edənlər kimi qəbul edilirlər.[228] Əslində isə vikkanlar nə Şeytana, nə də ona bənzər hansısa varlığın mövcudluğuna inanmırlar[228] və dəfələrlə Şeytana inanmaları ilə bağlı iddianı rədd etmişlər.[228] Meksikada inkişaf etmiş və yayılmış[229][230] Santa Muerte fiquru kultu da Katolik kilsəsi tərəfindən satanistik olmaqda ittiham edilmişdir.[231] Lakin, Santa Muerteyə inananlar, onun Tanrı tərəfindən yaradılmış[232] Ölüm mələyi olduğunu düşünür və özlərini katolik sayırlar.[233]
Satanizm haqqında müasir folklorun böyük bir hissəsi real inanclar və teist/ateist satanistlərin real inanc təcrübələrindən yox, orta əsr xristianlarının xalq inancları, siyasi və ya sosial konspirasiya nəzəriyyələri, həmçinin şəhər əfsanələrinin qarışığından meydana gəlmişdir.[234][235][236][237] Misal olaraq, "Mişel xatırlayır" kitabında satanizmin, təsir gücünə malik insanlar tərəfindən təqdir edilən, körpələrə qarşı qəddar davranış və insan qurban vermə ayinləri ilə xarakterizə edilməsindən sonra, 1980-ci illərdə satanist ayini qorxusunun yayılmasını göstərmək olar.[235][236] Bu janrdan olan əfsanə xarakterli məlumatlarda Şeytan səcdə edilə bilinməsi üçün fiziki varlıq kimi təsvir edilir.[237]
“ | Yaradana baxıbsa bu baxışla o əgər Olubsa belə qorxunc, bu qədər də bədheybət Onunla başlanıbdır demək, ilk fitnə, ilk şər. |
” |
— Dante – "Cəhənnəm", Nəğmə XXXIV (tərcümə edəni Ə. Kürçaylı) |
“ | Burda hakimiyyət bizdədir qəti, Bütün sonsuzluğun hakimiyyəti keçir himayəmə. Bəxtin naxışdır! Mənə Cəhənnəmdə hökmdar olmaq, Göydə qul olmaqdan daha yaxşıdır! |
” |
— Con Milton – "İtirilmiş Cənnət", I kitab, Sətir 261–263 (tərcümə edəni Z. Sarıtorpaq) |
Dante Aligyerinin "Cəhənnəm"ində Şeytan, Cəhənnəmin doqquzuncu halqasının mərkəzində dayanmış nəhəng bədheybət kimi təsvir edilir.[238][239] O, üç sifatə və hər sifətin altından çıxan üç cüt yarasa qanadına oxşar qanada malikdir.[240] Şeytan, üç ağzında Brut, İuda İskariot və Kassiyanı (Dante onları insanlığın iki ən böyük qəhrəmanını[241] – yeni idarə sistemi yaratmış Yuli Sezar və yeni dini sistem yaratmış İsa [241] — satmış kəslər hesab edirdi) çeynəyir.[240] Şeytan qanadlarını çarpdıqca soyuq külək yaradır ki, bu külək də onun ətrafındakı günahkarları saxlayan buzu möhkəmləndirir.[240] Qravitasiyanın dəyişib onları cənub yarımdairəsinə atmasına kimi, Dante və Vergili Şeytanın tüklü ayağı üzərində dayanırlar.[241]
Cefri Çoserin "Kenterberi hekayələri"nin bir neçəsində də Şeytan görünür.[242] "Çağırıcının proloqu" adlı hekayədə Cəhənnəmə düşən monax özündən başqa heç bir monaxla rastlaşmır və nəyə görə yalnız onun Cəhənnəmə atıldığını soruşur.[243] Bu zaman şeytan quyruğunu qaldırır və bütün monaxların onun anusunda yaşadığını göstərir.[243] Tədqiqatçılar, Çoserin Şeytanı təsvir edərkən Dantenin təsvirindən ilhamlandığını bildirirlər.[243] 1589-cu ildə "Həkim Con Faustun lənətli həyatı və layiqli ölümü" adı ilə qeydə alınmış[244] Faust haqqında əfsanədə ehtimal ki, alman alim olan İohann Georq Faustun iyirmi dörd illik xoş dünyəvi həyat üçün Mefistofel adlı əcinnə ilə müqavilə bağlayaraq ruhunu satmasından bəhs edilir.[244] Bu kitabı Kristofer Marlounun "Həkim Faustun faciəvi həyat hekayəsi və ölümü" adlı əsəri üçün mənbə rolunu oynamışdır.[245]
Con Milton tərəfindən yazılmış "İtirilmiş Cənnət" adlı epik poemanın əsas qəhrəmanı Şeytandır.[246][247] Milton Şeytanı, öz kibrinin qurbanı olan faciəvi antiqəhrəman kimi təqdim edir.[247] Yunan faciələrindən ilhamlanaraq[248] yazılmış poemada, Şeytan, Tanrının tiraniyasına [249][250] qarşı üsyan etməyə cəsarət göstərmiş[249][251] mürəkkəb ədəbi personajdır.[252] "İtirilmiş Cənnət"in davamı olan "Qazanılmış Cənnət" əsərində isə Milton Şeytan tərəfindən səhrada İsaya əziyyət verilməsini təsvir etmişdir.[253]
Şeytanı ədalətsiz hakimiyyətə qarşı üsyanın simvolu[161] kimi qəbul edən Uilyam Bleyk, onu bir çox şerləri və rəsmlərində təsvir etmişdir. Sənətkarın 1780-ci ildə yazdığı "Cənnət və Cəhənnəmin toyu" adlı əsərində[161] Şeytan yekun üsyan, insan hisslərinin və ağılın bütün növ ortodoks düşüncələrdən azad olmasının təcəssümü kimi göstərir.[161] Bibliyada Şeytanın günahlar üzrə ittihamçı kimi təsvir edildiyi səhnələrə əsaslanan Bleyk, onu "mənəvi qaydaların təbliğatçısı"[254] kimi təqdim edir.
Nə Bibliyada, nə də hansısa erkən xristian mətnində Şeytanın xarici görünüşü təsvir edilmir.[257][256] Həvari Pavel yazır ki, "Şeytan özünü işıq mələyi kimi təqdim edir"[258] (2 Korinflilərə 11:14). Erkən xristian incəsənətində təsvir edilməyən[257][256] Şeytan, ilk dəfə IX əsrə aid orta əsrlər incəsənətində peyda olur.[259] Bu zaman o, haçalanmış dırnaqlar, tüklü ayaqlar, keçi quyruğu, iti qulaqlar, saqqal, düz burun və buynuzlarla təsvir edilir.[255][256][136] Bəzi sənət tarixçiləri iddia edirlər ki, Şeytan ilk dəfə VI əsrdə Sant-Apollinare-Nuovo bazilikasının mozaikalarından birində təsvir edilmişdir. Bu bazilikadakı "Mehriban çoban Məsih" mozaikasında üç keçinin sol tərəfində mavi mələk göstərilmişdir.[260][261] Ola bilsin ki, ilk dəfə "Qoyun və keçilər haqqında məsəl"də Şeytan keçi ilə əlaqələndirilmişdir.[262] Burada İsa, qoyunu lənətlənmiş keçilərdən xilas edir.[70]
Məlumdur ki, orta əsr xristianları, daha əvvəl inandıqları paqan dinlərin ikonoqrafiyasını xristianlığa uyğunlaşdırırdılar.[255][256] Ehtimal ki, orta əsr xristian ikonoqrafiyasındakı Şeytan təsviri, Qədim Yunan dinində meşə və bərəkət tanrısı[255][256] olan Panın təsvirləri əsasında yaradılmışdır.[255][256] Belə ki, Pan da adətən keçi buynuzlu, tüklü ayaqlara malik antropomorf fiqur kimi təsvir edilirdi. Müqəddəs İeronim kimi bir çox erkən xristian yazıçıları Qədim Roma Favnı və Qədim Yunan Panını Şeytanın əcinnələri ilə eyniləşdirirdilər.[255][256] Şeytanın üç dişli yabası Qədim Yunan tanrısı Poseydondan[256], alovlu saçları isə Qədim Misir tanrısı Besdən alınmışdır.[256] Orta əsrlərdə Şeytan təsvirləri xristian incəsənətinin inkişaf etdiyi bütün sahələrdə — rəsm və heykəltəraşlıq nümunələrində, həmçinin kafedralların dekorasiyasında istifadə edilir.[263] Şeytan adətən çılpaq[256] təsvir edilsə də, onun cinsiyyət orqanı nadir hallarda göstərilir və adətən heyvan tükü arasında gizlədilir.[256] Şeytanın keçiyə bənzər obrazı daha çox onun cadugərlərin səcdə obyekti[264] kimi təsvirlərində və insan qadınlara yuxu zamanı cinsi təcavüz edən səhnələrdə istifadə edilirdi.[264]
Son orta əsrlərə aid italyan freskalarında Şeytan adətən Cəhənnəmdə zəncirlənmiş və günahkarların bədənlərini yeyən kimi təsvir edilir.[265] Məhz bu freskalar Danteni "Cəhənnəm"dəki Şeytan obrazını yaratmağa ilhamlandırmışdır.[265] Cənnətdəki ilan kimi Şeytan adətən əlləri olan ilan bədənli və qadın başlı personaj kimi təsvir edilir.[266] Orta əsrlər incəsənətində Şeytan və onun əcinnələri istənilən formanı ala bilirdilər[267], lakin, öz simalarında göstərilərkən onlar, adətən, balaca boylu, tünd dərili, tüklü, quş ayağına oxşar caynaqlı ayaqlara malik, qarnında sifəti olan humanoidlər kimi təsvir edilirlər.[267]
Şeytanın müasir populyar mədəniyyətdə geniş yayılmış kiçik buynuzlara malik, zövqlə geyinmiş centlmen obrazı Hektor Berliozun "Faustun lənəti" (1846), Arriqo Boytonun "Mefistofel" (1868) və Şarl Fransua Qunonun "Faust" operalarından qaynaqlanır. [264]
Tez-tez ilk qorxu filmi olaraq qeyd edilən Jorj Melyesin "İblisin qəsri" filmində Şeytan yarasa-vampir kimi təsvir edilib.[268] 1960-cı illərdən etibarən sensasionalist B-filmlərdə "Qara Messa" təsvirlərinə yer verilir.[269] Bu sıradan olan ən erkən filmlərdən biri 1965-ci ildə çıxarılmış və həm də "13" adı ilə tanınan "Şeytanın gözü" filmidir. Filmdə təsvir edilən ritualların dəqiqliyinə əmin olmaq üçün məsləhətçi kimi keçmiş qara maq Aleks Sanders də çəkilişlərə dəvət edilmişdir.[270] Sonrakı otuz il ərzində Dennis Uitlinin romanları və "Hammer Film Productions"un istehsal etdiyi filmlər Şeytanın populyar mədəniyyətdəki obrazının formalaşmasında böyük rol oynamışdır.[269]
Ayra Levinin "Rozmarinin körpəsi" romanının film versiyası sayəsində şeytani mövzular meynstrim qorxu filmlərinin əsas janrlarından birinə çevrilmişdir.[271] Daha sonrakı dövrdə istehsal edilmiş "Ekzorsist" (1973), "Omen" (1976) və "Mələk ürəyi" (1987) filmlərində Şeytan antoqonist rolunda çıxış edir.[272]
Musiqidə Şeytana istinadların tarixi orta əsrlərə qədər gedib çıxır. Beşinci əsrdə triton adlı musiqi intervalı "Musiqidə şeytan" adlandırılmış və Katolik kilsəsi tərəfindən qadağan edilmişdir.[273] İtalyan virtuoz və bəstəkar Cüzeppe Tartini yuxuda skripka çalan Şeytan gördükdən sonra, "Şeytan treli" adı ilə də tanınan ən məşhur əsəri "Skripka üçün sol minor sonata"nı yazmışdır. Tartini iddia edirdi ki, sonata, Şeytanın onun yuxusunda çaldığı əsərin imitasiyasıdır.[274] Belə hesab edilirdi ki, Nikkolo Paqanini, musiqi istedadını Şeytanla bağladığı müqavilə nəticəsində əldə etmişdir.[275] Şarl Qunonun "Faust" operasında Şeytanın iştirak etdiyi bir neçə səhnə vardır.[273]
1900-cü illərdən etibarən "təhlükəli və qeyri-təmiz" hesab edilən caz və blüz musiqisi "Şeytanın musiqisi" adlandırılırdı.[273] Əfsanəyə görə, blüz musiqiçisi Tommi Conson pis gitaraçı olmuş, buna görə də gitarada ifa etmək istedadı qarşılığında ruhunu Şeytana satmışdı. Daha sonra, Robert Conson böyük blüz gitaraçısı olmaq üçün ruhunu Şeytana satdığını bildirmişdi.[276]
1960-cı illərdən etibarən rok musiqisində tez-tez satanist simvolikasından istifadə edilir. "Rolling Stones" qrupunun "Sympathy for the Devil" (1968) musiqi videosunda Mik Cagger Lusifer rolunu oynayır[273], "Black Sabbath" qrupunun "War Pigs" (1970) və "N. I. B." (1970) kimi bir çox mahnılarında isə Şeytan təsvir edilir.[277]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.