From Wikipedia, the free encyclopedia
Antióxiyalı Teofíl (yun. Θεόφιλος Αντιοχείας; d. ? - ö. 180 və ya 181) — II yüzillikdə yaşayan xristian apologeti, Antioxiyanın episkopu (169-cu ildən), xristian kilsəsinin müqəddəsi. Qnostiklər, markionçular kimi çeşidli xristian hereslərinə (küfrlərinə) qarşı mübarizə aparmışdır. Suriyalı idi.
Erkən xristianlıq |
Yunandilli apologetika:
Yustin • Tatian • Afinoqor • Teofil Latındilli apologetika:
Minusius Feliks • Arnobius • Laktansius • Tertullian Qnostiklərə qarşı olanlar:
|
Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:
Rəsmi kilsə tərəfdarları:
Atanasius • İoann Xrisostom • Saxta Dionisius Xristoloji mübahisələr səbəbilə ayrılan təriqətlər:
|
Latın qərbində Kilsə Ataları
Boesius • Kassiodor • Avqustin Avrelius |
Teofilin dünyagörüşü Tatiana yaxın idi. O da hesab edirdi ki, yunanlar özlərinə aid edən hər bir yaxşı şeyi yəhudilərdən alıblar. Sonradan aldıqlarına yenilik gətirməklə onların mahiyyətlərini dəyişdiriblər[1].
Sonra Teofil xristianlara şamil edilən ateizm ittihamları bütpərəstlərə qaytarır. İstər Epikur olsun, istərsə də Platon ya Sokrat, onların heç biri əsl imana arxalanmayıblar. Ona görə də onların müdrikliyi əslində aldadıcıdır. Çünki müdriklik imandan başlamalıdır. Bu fikri əsaslandırmaq üçün Teofil, "Ad Autolicum" (Avtólika ünvanlanmış üç kitab) adlı apologiyasında skeptik mövqedə duran Avtolik adlı bir bütpərəstə 3 sual verir:
İmana üstünlük verən Teofil əqli dəlilləri, sağlam düşüncəni də inkar etmir. O hesab edirdi ki, dünyanı müşahidə edən adamlar, Tanrının varlığını öz ağılları ilə dərk edə bilərlər. Məsələ bundardır ki, insan öz ruhunu görə bilməz. Onun haqqında biliyi, yalnız bədənin hərəkətini duyarkən, əldə edə bilər. Bunun kimi, Tanrını da gözlə görmək olmaz, lakin onun varlığını hiss etmək olar.
Teofilin fikrincə, kralları da insanların çoxu görmür, ancaq onların qanunlarını yerinə yetirirlər[3]. Öz əsərində Teofil bu cür analogiyaları çox gətirir və onun bəzi fikirləri gələcəkdə bir çox xristian teoloqları tərəfindən təkrar səslənmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.