Remove ads
From Wikipedia, the free encyclopedia
Skeptisizm (yun. σκεπτικός – araşdıran) — e.ə. IV əsrin axırında yunan fəlsəfəsində formalaşmış cərəyan. Onun əsasını Pirron qoymuşdur.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Skeptisizmin günümüzdə bir neçə növə ayrıldığını görə bilərik, amma əsas olaraq 3 yerə bölünür: fəlsəfi skeptisizm, elmi skeptisizm, dini skeptisizm.
Elmi skeptiklər o adamlardır ki, onlar elmi biliklərə şübhə ilə yanaşır və hər zaman onları tənqid etməyə hazırdırlar.
Şübhəçilik Ellinizm və Roma dövrünün ən çox yayılmış fəlsəfi məktəblərindən biri idi. Onun ardıcılları obyektiv həqiqətin dərk olunmasının mümkünlüyünü şübhə altına alırdılar[1]. Skeptiklər hesab edirdilər ki, iki iddia yetərincə dəlillərlə əsaslandırılırsa, onda onlardan hansısa birinə üstünlük verərək onu qəbul etmək olmaz. Bu fikir də onların təliminin əsasını təşkil edirdi. İfrat şübhəçilik aqnostisizmə və nihilizmə (cəmiyyətdə qəbul edilmiş hər bir dəyərin inkar edilməsidir) yaxınlaşır, hətta onu onların bir növü kimi dəyərləndirmək də mümkündür.
Skeptisizm fəlsəfəsi ellinizm dövründə quldarlıq quruluşunun böhranı sonrası yaranmışdır. Onun iki böyük qolu olmuşdur. Onlardan biri m. ö. IV – III yüzilliklərdə Yunanıstanda Pirron, başqası isə miladi II yüzillikdə Roma imperiyasında Sekstus Empirikus tərəfindən yaradılmışdır. Skeptisizmin ideoloji əsasları daha da qədim təlimlərə əsaslanır. Məsələn, hələ ilk yunan məktəblərinin nümayəndələri hər şeyin nisbi, keçici və axıcı olduğunu iddia edirdilər. Bu kimi ideyalar sofistlərin, eleaçıların, eləcə də Platon və Demokritin fəlsəfəsində öz əksini tapmışdır. Ancaq, o zaman bu ideyalar tam formalaşmamış, təlim kimi yalnız ellinizm dövründə yaranmış və "skeptisizm" adlandırılmışdır[2].
Antik skeptisizmin ən tanınmış nümayəndələri aşağıdakılardır:
XVI–XVII əsrlərdə antik skeptiklərin əsərlərinə marağın artması ilə birlikdə skeptisizm yenidən meydana gəlmiş, inkişaf etdirilmiş ("yeni pirronizm) və Avropada aqnostisizmin yaranması ilə nəticələnmiş. Həmin dövrdə istənilən sahədəki ehkamçılığın tənqid edilməsi ilə bağlı olan skeptisizm azad düşüncənin simvolu çevrilmişdir.[1][3].
Əsas nümayəndəli:
Skeptiklər hesab edirlər ki, bilik əminlik tələb edir. Lakin bunu necə müəyyən etmək olar? Teodor Şik və Luiz Von bu haqda yazırlar: "Əgər skeptiklər hesab edirlərsə ki, bilik əminlik tələb edir, bu zaman onlar bunun nə olduğunu bilə bilməzlər." Bu isə öz növbəsində "bilik əminlik tələb edir" ifadəsinin doğruluğunu şübhə altına salır. Məntiq qaydalarına uyğun olaraq, bu ifadəyə əsaslansaq, bütövlüklə skeptisizmi şübhə altına almaq mümkündür. Buna baxmayaq reallıq yalnız məntiqdən (həllolunmaz paradokslarla dolu və yuxarıda sadalanan fikirləri alt-üst edə bilən) ibarət deyil. Bu səbəbdən belə təndiqlərə ehtiyatla yanaşmaq tələb olunur(məsələn, mütləq skeptik olmur. Ona görə də skeptiklərin açıq-aşkar olanlara şübhəli ilə yanaşacağını gözləmək vacib deyil). Bundan başqa formal məntiqin skeptisizmə tətbiq edilməsi, özü-özlüyündə skeptisizmi inkar etmir, əksinə onun həqiqi və ya saxta olması ilə bağlı sualları cavabsız qoyur. Skeptisizmin və relyativizmin təndiqçiləri Yumun "radikal Skeptisizmini" məntiqi cəhətdən iknar olunmaz hesab edirlər[5].
Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 122-123. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.("Antik skeptisizm" bölümü)
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.