Aristarxus Samoslu

From Wikipedia, the free encyclopedia

Aristarxus Samoslu

Samoslu Aristarxus (yun. Ἀρίσταρχος ὁ Σάμιος, təq. e.ə. 310[1], Samos, Şimali Egey adaları[1]təq. e.ə. 230[1], İsgəndəriyyə) — qədim yunan riyaziyyatçısısı, astronomu və filosofu. Peripatetik məktəbin təmsilçisi, Stratonun ən tanınmış öyrəncilərindən biri idi. İlk dəfə yerin günəşin ətrafında fırlandığını iddia etmiş, yerdən günəşlə aya qədər məsafəni ölçməyə cəhd etmişdir.

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Aristarxus Samoslu
q.yun. Ἀρίσταρχος ὁ Σάμιος
Thumb
Doğum tarixi təq. e.ə. 310[1]
Doğum yeri
Vəfat tarixi təq. e.ə. 230[1]
Vəfat yeri
Elm sahələri astronomiya, riyaziyyat
 Vikianbarda əlaqəli mediafayllar
Bağla
Cəld faktlar
Antik fəlsəfə
Thumb
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm   Homer   Hesiod   Ferekid   Yeddi yunan müdriki   Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit   Anaksaqor   Empedokl
Pifaqorçular
Pifaqor   Filolaus   Hippas   Arxitas   Alkmeon
Qədim yunan atomçuları
Levkipp   Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor   Prodikus   Qorqias   Hippias

"Kiçik" sofistlərTrasimaxus   Likofron   Kritius   Alkidamas
Klassik yunan fəlsəfəsi

1. Sokratsokratçılar:
KiniklərAntisfen   Diogen   Bion Boristenes   Kerkidas   Kratet və Hipparxia
KirenaçılarAristipp   Hegesias   Annikeris   Teodorus   Evhemerus
MeqaraçılarEvklides   Stilpon   Evbulides   Diodorus Kronus
EretriyaçılarElidalı Fedon   Eretriyalı Menedem

2. Platonerkən platonçular:
Spevsippus   Ksenokrates   Polemon   Krates   Heraklides   Eudoksus   Arkesilaus

3. Aristotelerkən peripatetiklər:
Teofrastus   Evdemus   Straton   Dikearxus   Aristarxus   Demetri   Aristoksenus

Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka   Epiktet   Mark Avreli   Siseron

Orta platonizm
Alkinous   Apuleyus   Qalen   Plutarx   Maksim   Filon   Selsus   Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas   Plotin   Porfirius   Amelius
Apameya məktəbi → Yamblix   Sopater
Perqama məktəbi → Sallustius   Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx   Proklus   Marinus   Simplikius   Damaskius

İskəndəriyyə məktəbi → Hierokles   Hipatiya   İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm   Hermetizm   Mitraizm
NeopifaqorçuluqApollonius   Nikomaxus   Numenius   Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement   Origen   Avqustin Avrelius   Boesius   Saxta Dionisius Areopagit

Bağla

Aristarxus, İskəndəriyyədə yaşamışdır. O, astronomiya elmi ilə məşğul idi. "Günəş və ayın məsafələri və kəmiyyətləri" adlı kitabın müəllifi olmuşdur.

Astronomik araşdırmaları

Thumb
Aristarxusun metodu ilə aya qədər məsafənin ölçülməsini izah edən Bizans mətni. X yüzillik

Aristarxus həndəsi yolla yerdən aya və günəşə qədər məsafəni, eləcə də kosmik cisimlərin ölçülərini ölçməyə çalışmışdır[2]. Bunun üçün o, tamamilə doğru düşünmüşdür ki, yerdən ayın yarısı görüldükdə, o günəş və yerlə düzbucaqlı üçbucaq təşkil edir. Beləliklə, yer-günəş-ay üçbucağını həndəsi yolla izah edərək, Aristarxus belə nəticəyə gəlmişdir ki, ayın radiusu yerin radiusundan üç dəfə kiçikdir; yerdən günəşə qədər məsafə isə aya qədər olan məsafədən 18 dəfə çoxdur[3].

Bu nəticələr onu Aristotelin yermərkəzçi (geosentrik) sisteminin inkar edilməsinə gətirib çıxartmışdır. Aristarxusun fikrincə planetlərin hərəkəti ilə bağlı bütün çətinliklər onların günəş ətrafında fırlanması nəzəriyyəsini qəbul edəndən sonra aradan qalxır. Beləliklə o, günəşmərkəzçilik (heliosentrik) sistemini əsaslandırmağa çalışmışdır[4]. Yer isə günəş ətrafında fırlanaraq, həm də öz oxu ətrafında fırlanır[5]. Ancaq onun bu fikirləri qədim zamanlarda qəbul olunmamışdır. Sonralar Kopernik bu nəzəriyyəni yenidən dirçəldə bilmişdir.

Bu kimi fikirlərin irəli sürməsinə görə Aristarxusu tanrılara qarşı çıxmaqda ittiham etmişlər, buna görə də o, Afinanı tərk etməyə məcbur olmuşdur[6].

Mənbə

Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 116-120. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.

Qaynaqlar

Araşdırmalar

Həmçinin bax:

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.