From Wikipedia, the free encyclopedia
Tianalı Apollonius (yun. Ἀπολλώνιος ὁ Τυανεύς, təxminən m. 1 – 98) — Roma filosofu, yeni pifaqorçular məktəbinin təmsilçisi. Dövrümüzə onun adına yazılan 97 məktubu gəlib çatmışdır.
Tianalı Apollonius | |
---|---|
Ἀπολλώνιος ὁ Τυανεύς | |
Doğum tarixi | təq. 15 |
Vəfat tarixi | təq. 100 |
Vəfat yeri | |
Vəfat səbəbi | bilinmir |
İstiqaməti | Neopifaqorçuluq[1] |
Əsas maraqları | fəlsəfə |
Təsirlənib | Pifaqor |
Vikianbarda əlaqəli mediafayllar |
Miladi III yüzillikdə yazıçı Lusius Flavius Filostratus Apolloniusun kimliyinə həsr olunmuş “Tianalı Apolloniusun həyatı” adlı bir roman yazmışdır. Bu roman hərəsində 40 fəsil olan 8 kitabdan ibarətdir. Orada Apolloniusun müxtəlif şəhərlərə səfərləri, onun krallarla, məmurlarla və müdriklərlə görüşləri, dini-fəlsəfi mülahizələri, möcüzələri, sehrbazlığı haqqında söhbət açılmışdır. Sonra o, Romaya qayıtdıqdan sonra imperator Nero tərəfindən təqib olunmuş, ancaq növbəti imperator Vespasianusun zamanında yüksək vəzifəyə yüksəlmişdir. İmperator Domisianusun dövründə isə o yenə də təqib olunmuş və möcüzə göstərərək hamının gözü qarşısında qeyb olmuşdur. Sonra Efesdə peyda olmuş, orada pifaqorçular məktəbini yaratmışdır. Beləliklə, Apollonius filosof kimi deyil, daha çox bir peyğəmbər, sehrbaz, öncədəngörən kimi təsvir olunmuş və antik dünyada bu keyfiyyətləri ilə tanınmışdır.
Bir çox Roma filosofları Apolloniusun həyatını İsa Məsihin həyat yolu ilə müqayisə edib, onun (Apolloniusun) daha da çox peyğəmbərliyə layiq olduğunu iddia edirdilər.[2] Hətta əslində İsanın elə Apollonius olduğunu iddia edənlər də olmuşdur. Bununla da, onlar xristian ehkamlarını təkzib etməyə çalışmışdırlar. Məsələn, Roma filosofu Hierokles yazırdı ki, Apollonius İsadan daha çox möcüzələr göstərmiş, ancaq ondan fərqli olaraq, onu heç kəs tanrı elan etməmişdir. Daha sonra Hieroklesin fikrincə Romada xristianlığı yayan həvari Paulus (Pavlos) və Petrus etibarlı adamlar olmamışdırlar. Digər tərəfdən isə Apolluniusun haqqında məlumat verən Filostratus və Damis isə öz möminlik və doğruluqları ilə xalq arasında tanınmışdırlar. Hieroklesi təkzib etmək üçün kilsə tarixçisi Eusebius “Həqiqət sözü” (lat. Philalethes logos) əsərini yazmışdır.[3] Üstəlik Apolloniusun ölümündən sonra onun şərəfinə məbədlər tikilmiş, orada insanlar ona tapınmışdırlar. Bütün bunlara görə də sonralar qalib gəlmiş xristianlıq onun kitablarını tonqallarda yandırmış, məbədlərini isə darmadağın etmişdirlər.
Filostratusun romanından belə nəticəyə gəlmək olar ki, Apollonius pifaqorçuluğa xas olan çətin riyazi problemlərlə deyil, daha çox dini və əxlaqi məsələlərə önəm vermişdir. O, ruhların bir bədəndən digərlərinə köçməsinə inanırdı. Eləcə də Apollonius hesab edirdi ki, qanlı qurbanların kəsilməsi, ətin yeyilməsi, çaxırın içilməsi, ailə həyatı müdrik insana yaraşmayan əməllərdir. Həyatın mənası Tanrını anlamaq, onu duymaqdır. Onun fikrincə bütün dinlərdə həqiqət vardır və onların hamısı Tanrıya aparan yollardır. Bununla belə, o tanrılar haqqında yunan və Misir xalq dinində olan ibtidai təsəvvürləri də pisləyirdi. Apollonius öz həyat yolunu mömin insanın örnəyi kimi təqdim edirdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.