Remove ads
Səudiyyə Ərəbistanı şəhəri From Wikipedia, the free encyclopedia
Məkkə (ərəb. مكة) — Səudiyyə Ərəbistanında bir şəhər. Tam adı Məkkə Əl-Mükərrimə olan şəhər Səudiyyə Ərəbistanı Krallığının Qərbində Mədinə və Taif şəhərləri arasında yerləşmışdır. Ərəb dilində Mərkəz mənasını daşıyan şəhər Ummul Qura, Beyt ul-Əmin, Bəkkə kimi də qeyd olunur.
Məkkə | |
---|---|
مكة المكرمة | |
21°25′21″ şm. e. 39°49′34″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 277 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
hmm.gov.sa | |
Vikianbarda əlaqəli mediafayllar |
Məkkəni daha çox məşhur edən orada yerləşən Kəbə evidir. Qurani Kərimdə Allah Təlanın evi adlandırılan Kəbə İbrahim peyğəmbər tərəfindən ilk dəfə tikildiyi bildirilir. Bu gün bütün dünyada namaz qılan və dua edən müsəlmanlar üzlərini məhz Qibləyə yəni Məkkə şəhərində yerləşən Kəbə evinə (Bəkkə) tərəf tuturlar.
Məkkə şəhəriində 1700000 insan yaşayır. Həcc ziyarəti zamanı şəhərin əhalisi dəfələrlə artır. Səudiyyə Ərəbistanı kralı Məkkə və Mədinə şəhərlərinin müdafiəçisi sayılır.
Qeyri-müsəlmanların şəhərə daxil olması qadağandır.[3]
Məkkənin məlum olan ən qədim adı Bekkedir (ərəb:بَـك) Bu adın etimologiyası Məkkədə olduğu kimi tapılmamışdır.
Akademik ictimaiyyətin yekdil olmayan iddiası Ptolemey tərəfindən adlandırılan "Makoraba"nın Məkkə olmasıdır. Bir çox etimoloji mənşə təklif edilmişdir, lakin ən əlverişlisi onun qədim Cənubi ərəbcə "məbəd" mənasını verən "MKRB"dən çevrilməsidir.
İslam əfsanələri Kəbənin tikintisini Adəmlə Həvvanın hekayətinə və onun Nuh tufanında dağıdılıb yenidən tikilməsinə qədər izləyir.Ehtimal olunur ki, Kəbəni ilk dəfə Adəm tikib, lakin Nuh tufanı zamanı Kəbənin divarları dağıdılıb və təməlinin bünövrəsi qalıb. Kəbənin yeri İbrahimə göstərildi və onun təməli İbrahim peyğəmbər və oğlu İsmayıl tərəfindən ucaldıldı.
Hekayədə İbrahimin ikinci arvadı Həcərdən İsmayıl adlı bir oğul dünyaya gəlir. Lakin birinci arvadı Sara bu vəziyyəti qəbul edə bilmir, Həcər və İsmayılın uzaqlaşdırılmasını xahiş edir. İsmayıl hələ körpədir. İbrahim onların hər ikisini Məkkənin yerləşdiyi əraziyə aparır və onları tərk edir. Səmərəsiz və kimsəsiz vadidə tək qalan ana-oğul burada məskunlaşır. Həcərin açdığı Zəm-zəm adlı su mənbəyinin yaşayış üçün yararlı hala gətirdiyi bu yerdə zamanla ticarət məqsədilə bu bölgədən keçən ərəb qəbiləsi Curhumi məskunlaşaraq şəhərin ilk sakinləri olub. Daha sonra İbrahim yenə bura gəldi və oğlu İsmayılla birlikdə Kəbəni tikdirdi və insanları ziyarətə dəvət etdi.(Bəqərə surəsi, 127)
Erkən tarix (Elmi mübahisələr)
Quranda Məkkənin tarixi Kəbəni (Beyt-ev) tikdirdiyi deyilən İbrahimə (e.ə. 2000-ci il?) gedib çıxır. Lakin müxtəlif səbəblərdən Məkkədə aparılan qazıntılar zamanı bu əhvalatı təsdiqləyən arxeoloji məlumatlar aşkarlana bilmədi.
Məkkənin erkən tarixi mübahisəli bir mövzudur. Bunun ən böyük səbəbi islam dininin yaranmasından əvvəl onun adının tarixi mənbələrdə çəkilməməsi və onun yerləşdiyi bölgədə şəhərin mövcudluğuna dair heç bir işarənin olmamasıdır.[4]
106-cı ildə Roma İmperiyası Hicazın bir hissəsini nəzarətə götürdü və Məkkənin şimalında yerləşən Hicr-Hicr (Mədain Saleh) kimi şəhərləri idarə etdi.[19] Qərbi Ərəbistanda Prokopius kimi Roma tarixçiləri tərəfindən ətraflı araşdırmalar və təsvirlər edilmiş, lakin Məkkə adında və ya Məkkənin yerləşdiyi bölgədə heç bir həcc və ticarət fəaliyyətinə rast gəlinməmişdir.[5] Xarici mənbələrdə Məkkənin ilk dəfə görünməsi e.ə. 741-ci ildə “Bizans-ərəb salnamələri” adlı əsərdə reallaşdı. Lakin bu əsərdə naşir şəhərin Hicaz əvəzinə Mesopotamiyada yerləşdiyini yazmışdır.[6]
Məkkə ilk orta əsrlərdə müxtəlif dövlət ərazilərinə tabe olsa da sonradan Allah Təala tərəfindən elçi olaraq Məhəmməd Əleyhissəlamı göndərmiş və İslam dininin qalib gəlməsindən sonra yaranan ilk Müsəlman Xilafətinin paytaxtı olmuşdur.
Məkkə – Dünya müsəlmanlarının əsas müqəddəs şəhəridir. İslam dininin banisi Məhəmməd Peyğəmbər qədim ticarət mərkəzi olan bu şəhərdə doğulmuş, yaşamış və öz təbliğatına başlamışdır. O, Allaha iman gətirməkdən boyun qaçıran həmvətənlərinin təqibindən yaxa qurtarmaq üçün 622-ci ildə bir dəstə tərəfdarı ilə birlikdə Yəsribə (sonradan Mədinə adlandırılmışdır) köçmüş, oradan məkkəlilərə qarşı mübarizə aparmış, nəticə etibarı ilə onları özünə tabe etdirmişdir.
Məhəmməd Məkkənin qədim bütpərəst ziyarətgahı olan Kəbəni islamın başlıca müqəddəs ocağı elan etmiş və bütün müsəlmanlara oranı ziyarət etməyi (həccə getməyi) əmr etmişdir. Kəbə Məkkənin əl-Məscid əl-Haram adlanan əsas məscidində yerləşir.
Orta əsrlərdə Məkkə Hicazın (Ərəbistanın) inzibati mərkəzi idi, şəhərdə din elmləri tərəqqi edirdi. XX əsrin əvvəllərində Məkkə şəhər şəriflərinin türk hökmranlığına qarşı qaldırdıqları üsyanın siyasi mərkəzinə çevrilmişdi.
Məkkədə dörd sünni məzhəbinin və cəfəri şiələrinin tədris müəssisələri yerləşir.
Hazırda Məkkə dünya islam hərəkatının mərkəzinə çevrilməkdədir. Beynəlxalq müsəlman təşkilatları öz iqamətgahlarını Məkkədə yerləşdirirlər, orada getdikcə daha tez-tez ümummüsəlman konfransları keçirilir; zəvvarların Məkkəyə gəlməsindən müsəlman həmrəyliyi ideyalarının təbliği üçün geniş istifadə olunur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.