Remove ads
qitə From Wikipedia, the free encyclopedia
Şimali Amerika — Qərb yarımkürəsində, Amerika qitəsinin şimal hissəsinə verilən şərti ad.
Şimali Amerika | |
---|---|
50° şm. e. 110° q. u.HGYO | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Şimali Amerika materikinin sahəsi 24.247 (adalar ilə birlikdə 24.365) milyon kv. km-dir. Böyüklüyünə görə Avrasiya və Afrikadan sonra üçüncü böyük materikdir. Sahil xəttinin uzunluğu 60 milyon km-dən çoxdur. Materikin parçalanmış şimal sahili çoxlu sayda körfəz və adalardan ibarətdir. Dünyanın ən böyük adası sayılan Qrenlandiya burada yerləşir. Materikin dəniz səviyyəsindən ən yüksək nöqtəsi Mak-Kinli dağıdır (6194m). Mak-Kinli dağı Alyaska yarımadasının şimalında yerləşir. Dəniz səviyyəsindən ən aşağı nöqtəsi isə Ölüm dərəsidir(-86m). Ölüm dərəsi Kaliforniyada yerləşir. Ən ucqar nöqtəsi şimalda Merçison, cənubda Maryato, şərqdə Sent-Çarlz, qərbdə Uels şahzadəsi burnudur.
"Amerikanın kəşfi" deyəndə ilk növbədə Şimali Amerikanın kəşfi nəzərdə tutulur. Materikin kəşfini bir neçə mərhələyə ayırmaq olar. Arxeoloji tapıntılar əsasında müəyyən olunmuşdur ki, Amerikaya ilk öncə 30–40 min il bundan əvvəl asiyalılar gəlmişlər. O zaman Berinq boğazı olmamışdır. İndiki Asiya ilə Şimali Amerika bitişik ərazi imiş və asiyalılar da oradan Alyaskaya köç edib məskunlaşmışlar. Sonradan isə onlar cənub istiqamətində yayılmışlar. Asiyalılardan xeyli sonra, təxminən VII – X əsrlərdə vikinqlər və qədim norman dənizçiləri Şimali Amerikanın sahillərinə yaxınlaşmışlar, lakin vikinqlərin Nyufaundlend adasına üzmələri epizodik xarakter daşımışdır. Odur ki, bunu Amerikanın avropalılar tərəfindən fəthi kimi qiymətləndirmək olmaz. Amerikanın əsl fəthi yalnız Ameriqo Vespuççi Amerika materikini kəşf etdikdən sonra mümkün olmuşdur.
XVIII əsrin ortalarında Şimali Amerikanın ərazisi üç Avropa dövləti olan Böyük Britaniya, Fransa və İspaniya arasında bölüşdürülmüşdü. Ən böyük əraziyə İspaniya malik idi, lakin britaniyalılar daha çox əhaliyə malik koloniyalara sahib idi. Corciyadan tutmuş Nova Skotiyayadək Britaniya koloniyalarında o vaxt təxminən 2 milyona yaxın ağ dərili adam yaşayırdı. Əhali başlıca olaraq ingilislərdən ibarət idi, onlardan başqa şotlandlar, irlandlar, hollandlar, almanlar, fransızlar və isveçlilər də Şimali Amerikadakı Britaniya koloniyalarında yaşayırdılar. 40 min əhalisi olan Filadelfiya o vaxt Britaniya İmperiyasının ikinci ən böyük şəhəri idi. Koloniyalar əhalisinə görə ana vətəndəki iri məhəllələrə bənzəyən qruplardan ibarət idi. 1754-cü ildə Britaniya hökuməti Nyu Yorkdakı Albani şəhərində fransızlara qarşı gözlənilən müharibədə koloniyaların birliyini təmin etmək ümidi ilə konqres çağırdı.
Qədim Lavraziya materikinin bir parçasıdır. Materikin əsas hissəsi Şimali Amerika platforması üzərində olduğundan materikin 2/3-si düzənliklərdən ibarətdir. Bu düzənliklərin üzəri qədim dövrlərdə buzlaşmaya məruz qalmışdı. Materikin şimalındakı düzənliklər Kanada kristallik qalxanının üzərindədir. Materikin daxili hissələrində Mərkəzi və Böyük düzənliklər yerləşmışdir. Materikin cənub-şərqində səthi çayların gətirdiyi çöküntülərlə örtülü Missisipi ovalığı, cənubunda isə Meksika körfəzinin və Atlantik okeanının sahilboyu ovalıqları yerləşir. Materikin şərqində paleozoy yaşlı Appalaç dağları yerləşir. Bu dağlar qədim olduğundan hündür deyildir. Appalaçın ən uca zirvəsi Mitçell dağıdır (2237 m). Materikin qərb sahilləri boyu Kordilyer dağları uzanır . Bu dağlar 2 litosfer tavasının Sakit okean və Şimali Amerika tavalarının toqquşduğu ərazidə yerləşir. Bu dağlar 3 hissədən ibarətdir: 1. Şərqi və ya Qayalı dağlar, 2. Qərb və ya Sakit okean qurşağı, 3. Daxili qurşaq (Böyük hövzə yaylası).
Hər tərəfdən dağ silsilələri ilə əhatə olunduğundan bura rütubətli hava kütlələri daxil ola bilmir və nəticədə yarımsəhra landşaftı yaranır. Şimali Amerikanın ən hündür nöqtəsi Kordilyer dağlarının Alyaska silsiləsində yerləşən Mak-Kinli (6194 m) dağıdır. Kordliyer dağlarında tez-tez vulkan və zəlzələlər olur. Burada çoxlu qeyzerlər (Yellouston parkında), çayların açdığı dərin dar dərələr-kanyonlar var. Ən iri kanyon Kolorado çayındadır. Şimali Amerikanın ən alçaq yeri Ölüm dərəsindədir. (-86 m).
Orisaba, Taxumulko , Reynir , Şasta , Kolima , Popokatepetl , Momotombo , Veniaminov.
Filiz yataqları materikin şimalındakı Kanada qalxanı və Kordilyer dağlarında; yanar faydalı qazıntılar Şimali Amerika platformasının çökmə süxurlarında yayılmışdır. Appalaç dağları kömür və dəmir filizi ilə zəngindir.
Materikin iqliminin platformasında coğrafi mövqeyinin, relyefinin, sahəsinin atmosfer sirkulyasiyasının, okean cərəyanlarının rolu böyükdür. Materikin şimalında və cənubunda dağlar olmadığından şimaldan arktik, cənubdan isə tropik kütlələri əraziyə maneəsiz olaraq daxil olur. Bu iki hava kütləsi materikin daxili hissələrində qarşılaşdıqda tornado adlı güclü küləklərin-qasırğaların yaranmasına səbəb olur. Materikin iqliminin formalaşmasına Şimal Buzlu okeanı və Atlantik okeanları böyük təsir göstərir. Çünki istər şimalda, istərsə də şərqdə hündür dağlar olmadığından bu okeanlar üzərində formalaşan hava kütlələri manesiz olaraq materikin içərisinə daxil olur. Bundan fərqli olaraq materikin qərbindəki Kordilyer dağları Sakit okeandan gələn hava kütlələrinin materikin daxili hissələrinə hərəkət etməsinə mane olur. Kordilyer dağları Sakit okeandan gələn rütubətli havanın qarşısını aldığından materikin qərb sahillərinə daha çox yağıntı düşür. Şm. Amerika ekvatorial iqlim qurşağından başqa bütün 6 iqlim qurşaqlarına malikdir:
Çayları 3 hövzəyə aiddir
Kaynozoyun IV dövründə buzlaşmanın olması və iqlim şəraiti nəticəsində materikin şimalında göl çoxdur. Bu göllərə –Böyük Ayı, Böyük Kölə, Atabaska, Vinnipeq və Böyük Göllər aiddir. Böyük Göllərə 5 göl; , Yuxarı, Ontario, Huron, Eri və Miçiqan gölləri daxildir. Bu 5 göl müxtəlif yüksəklikdə pilləvari şəkildə yerləşmiş və Müqəddəs Lavrenti çayı vasitəsi ilə Atlantikokeanı ilə əlaqəlidir. Eri və Ontario gölləri arasında Niaqara şəlaləsi yerləşib (Kanada ilə ABŞ arasında yerləşir. Hündürlüyü 50 m, eni 1100 m-dir) Dünyanın ən iri şirin gölü olan Yuxarı göl bu göllərdən biridir. Materikin daxilində göllər dayaz və duzludur. Məsələn: Böyük Duzlu (və ya şor), Yuta və s.
Materikin şimalında enlik, cənub və mərkəz hissəsində isə meridianal istiqamətdə dəyişir. Zonallığın bu çür pozulmasına səbəb relyef və Qolfstrim cərəyanının təsiridir. Materikin düzənlik hissəsində iqlim xüsusiyyətlərindən asılı olaraq aşağıdakı təbii zonalar yaranır:
Ölkə | Bayraq | Paytaxt | Pul vahidi | Sahəsi | Əhali |
---|---|---|---|---|---|
Amerika Birləşmiş Ştatları | Vaşinqton | ABŞ dolları | 9.826.675 | 310.232.863 | |
Meksika | Meksika | Meksika pesosu | 1.964.375 | 112.468.855 | |
Kanada | Ottawa | Kanada doları | 9.984.670 | 33.759.742 | |
Guatemala | Guatemala | Guatemala quetzalı | 108.889 | 13.550.440 | |
Küba | Havana | Küba pesosu ve çevrilebilir Küba pesosu | 110.860 | 11.477.459 | |
Dominik Respublikası | Santo Domingo | ||||
Haiti | Port-au-Prince | ||||
Honduras | Tegucigalpa | ||||
El Salvador | San Salvador | ||||
Nikaragua | Managua | Kordoba | |||
Kosta Rika | |||||
Panama |
Əhalisi 400 mln nəfərdir. Əhali buraya 25–40 min il əvvəl şimal-şərqi Asiyadan Berinq boğazı vasitəsilə gəlmişdir. Onlar monqoloid irqinə mənsub idi. Şimali Amerikanın yerli əhalisi olan hindu, eskimos və aleutların əcdadı da onlardır. Aleutlar Alyaska yarımadası və Aleut adalarında, eskimoslar materikin şimalında və Qrelandiyada yaşayır. Amerikanın əsas sakinləri isə qırmızədərili hindulardır. Onların belə adlandırılmasının səbəbi Avropalıların buranı kəşf edəndə buraların Hindistan olduğunu zənn etmələridir. Onlar təkcə bu xalqın yox bəzi məmulatların da adlarında iz qoydular. Məsələn Hind toyuğu və Hind qozu kimi tanıdığımız məmulatlar əslində heç də "hind" deyil. Bunlardan heç birini Hindistanda görmək mümkün deyil. Bunlar əslində Amerikadan Avropaya gətirilən məmulatlar sırasındadırlar. Avropalılar onları belə adlandırmış, digər dillərə də bu söz belə həkk olunmuşdur. Amerika kəşf olunduqdan sonra bura Avropadan ingilis, ispan, fransız və s. Afrikadan zəncilər köçmüşdür. Halhazırda Amerikalıların 32 mln. əhalisinin ingilis, 58 mln. german, 39 mln. əhalinin isə irland əcdadı var. Bəzi Amerika dövlətlərində- Kuba, Meksika və Puerto- Ricoda rəsmi dil ispan dilidir. Bu da onların ispan müstəmləkəsi olduqlarındandır.
Şimali Amerikadakı bütün ölkələrin hamısının dünya okeanına çıxışı var. ABŞ və Kanada materikin İEÖ (İnkişaf etmiş ölkə)-ləridir.
Şimali Amerikada əsasən 3 böyük dövlət: ABŞ, Kanada və Meksika yerləşir. ABŞ və Kanada İEÖ-dir və Böyük yeddiliyə aiddir. Bu 2 dövlət dünyanın ən böyük iqtisadi potensialına malik nəhəng dövlətləridir. Materikin 1/10-indən kiçik bir ərazidə isə 10-a qədər kiçik dövlət yerləşir. Bundan başqa Şimali Amerikada Kuba, Haiti, Dominikan Respublikası kimi ada dövlətləri də vardır. Ərazicə ən kiçik ölkə Sent-Kits və Nevisdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.