From Wikipedia, the free encyclopedia
Yukon (ing. Yukon River) Kanadada və ABŞ-də şimal-qərbdə yerləşən çay, Berinq dənizinə, Sakit okeana tökülür. Çayın uzunluğu 3100 km, hövzəsinin sahəsi təxminən 832 min km² bərabərdi.
Yukon | |
---|---|
ing. Yukon River | |
Ölkələr | |
Mənbəyi | Marş gölü |
• Yüksəkliyi | 645 m |
Mənsəbi | Berinq dənizi |
• Yüksəkliyi | 0 m |
Uzunluğu | 3100 km |
Su sərfi | 6428 m³/san |
Su hövzəsi | Berinq dənizi |
Hövzəsinin sahəsi | 832000 km² |
Qolları | Tanana, Pelli, Prokyupayn, Koyukuk |
Vikianbarda əlaqəli mediafayllar |
Çay Kanadanın Yukon rayonunda, Marş gölündən[1] başlıyır. Sonra isə Alyaska ilə sərhədə, şimal-qərb tərəfə axır və Alyaska ştatını iki bərabər hissəyə bölür. Mauntin-Villeci keçendən sonra qollara bölünərək delta yaradır. Çayın təxminən yarısı düzənlik xarakteri daşıyır.
Yukonun dərəsi 30 km qədərdi, çay sularının gur vaxtında 15–20 m qədər qalxır. Maydan sentyabra qədər gəmiçiliyə yararlıdır.
XVIII əsrin sonunda məşhur kanadalı tədqiqatçı və xəz satıcısı Aleksandr Makkenzi hindulardan eşitdi ki, qərbdə Makkenzi çayı kimi böyük çay axır və orda ticarət postu yerləşir. 1792-ci ildə Makkenzi naməlum çaya Atabaski şəhərindən çatmağa cəhd göstərdi. 550 mil keçdikdən sonra o, qışı keçırtmək üçün Smoki çayı ətrafında fasilə etdi. Həmin ilin yaz fəslində o, səfərini davam etdirdi və 1200 mil keçərək, 2 iyulda Sakit okean sahilinə çatdı. Onun çayı tapmamasının səbəbi, onun Yukondan xeyli cənubda olması idi.
XIX əsrin başlarında nə şərq tərfdən ruslar, nədə qərb tərəfdən britaniyalılar Yukonun orta axıntısının tədqiqatı üçün cəhdlər etmirdilər. Yalnız 1830 ildə Adolf Etolinin başlığı altında rus səyahət briqadası Nort-Sound-u tədqiq etdilər. Növbəti ildə Rus Amerikasının başçısı Vranqel leytenant Tebenkova əmr verdi ki, Sent-Maykl adasında yaşayış məskəni salınsın və bundan sonra, çayın deltasında, məhsəbində və qollarında arayışlar aparıldı.
Çayın aşağı axarını rus dəniz zabiti Lavrenti Zaqostkin tədqiq etmişdir.
1843 ildə yuxarı axarına şotland Robert Kempbell çatdı. Kempbell Liard çayından hərəkət edirdi, daha sonra o, sonradan Pelli adlandıracağı çaya keçdi. Bu çayı keçdikdən sonra o Lyuis çayına çatdı. Robert elə burda durmağı məsləhət bilərək, Makkenzi dayaq məntəqəsinə qayıtdı.
Yukon çayı XX-ci əsrin Klondayk qızıl hərisliyi illərdə məşhur olmuşdur.
«Yukon» sözü Quiçin (Gwich’in) tayfasının dillindən «Böyük çay» kimi tərcümə olunur. Çayın aşağı axıntısı eskimos dillində «Kvikpak» (Böyük çay) adlanırdı. Kvikpak və Yukon çayları bir çay kimi yalnız 1863 ildə sayılmağa başladı. Çayın bütöv hissəsi isə, Alyaskanın ABŞ-yə satılmasından sonra, müəyyən edildi.
Hövzəsinin böyük hissəsi Subarktika qurşaqındadı. Bitkiləri bu ağaclardan ibarətdi: ağcaqovaq, tozağacı, qovaq, şam və küknar, tipik fauna təmsilçiləri: ondatra, qunduz, adi gəlincik, tülkü, adi vaşaq, canavar və s.
1991 ildə Laberj gölündən Teslin çayına qədər olan 46 km sahəyə sahib olan yer Kanadanın qorunmalı olan çaylar siyahısına salınıb.
Çayın sahəsinin böyük olmasına baxmayaraq, onun üstündən yalnız 4 körpü tikilib
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.