Remove ads
From Wikipedia, the free encyclopedia
Atabaska (ing. Athabasca) — Kanadanın Saskaçevan (26 faizi) və Alberta (74 faizi) əyalətlərində yerləşən iri şirin sulu göl.
Atabaska | |
---|---|
ing. Lake Athabasca | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 213 m |
Eni | 50 km |
Uzunluğu | 283 km |
Sahil uzunluğu | 1900 km |
Sahəsi | 7850 km² |
Həcmi | 204.000 hm³ |
Su tutumu | 274540 km² |
Dərin yeri | 124 m |
Orta dərinliyi | 20 m |
Tökülən çay | Atabaska çayı |
Axan çay | Kölə çayı |
Yerləşməsi | |
59°16′00″ şm. e. 109°27′57″ q. u.HGYO | |
Ölkə | Kanada |
Regionlar | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Dene dillində Atabaska sözü ilə ilkin olaraq gölün cənub-qərb küncündə Atabaska çayının birləşməsindən yaranan böyük deltanı adlandırırdılar. 1801-ci ildən gölün adı indiki adına bənzəyən — "Athapaskow" olmuşdur 1820-ci ildə Corc Simpson həm gölü, həm də çayı Atabaska adlandırdı.
Gölün sahəsi 7850, uzunluğu və eni müvafiq olaraq 283 və 50, maksimum dərinliyi 124 metrə bərabərdi. Böyüklüyünə görə göl Kanadanın 8-ci gölüdü.[1] Su Kölə və Makkenzi çayların sistemləri vasitəsilə göldən şimala axır, nəticədə Şimal Buzlu Okeanına axır.
Fort Chipewyan Albertada Avropanın ən qədim yaşayış məskənlərindən sayılır və gölün qərb sahilində yerləşir. Elə buradada Rivière des Rochers Atabaska gölünü qurudur və Kölə çayı tərəfinə axaraq, Vud Buffalo Milli Parkının şərq sərhədləri üzrə öz şimala yolunu tutur. Gölün şimal sahillində yerləşən Fond du Lak icmasının yaxınlığında gölün şərq hissəsi təxminən 1 km eninə qədər daralır, ordanda o, ən ucqar şərq nöqtəsinə olan Fon-Dyu-Lak çayının mənsəbinə qədər davam edir.
Böyük Ayı, Böyük Kölə və digər göllər kimi, Atabaskada böyük buzlaq gölü sayılan Makkonellin qalığı sayılır.
Şimal sahilində uran və qızıl hasilatı burada Uran şəhəri sayılan Saskatchewan-ın yaranmasına gətirib çıxartdı, hansı ki mədən işçiləri və onların ailələri üçün yeni ev oldu. Sonuncu mədən 1980-ci ildə bağlansa da, hasilat əməliyyatlarının nəticələri şimal sahillərini çirkləndirdi. İddia olunur ki, yaxınlıqda əldə ədilən neft qumları göldə cari çirklənmə səviyyəsini artırır.[2] Atabaska gölün qum təpələri dünyada 58° şimalda yerləşən qum təpəlirndən ən böyüyüdü, onlar cənub sahilə aiddi.
Burada 23 növ balıq vardır, onun dərinliklərindən 1961-ci ildə rekord çəkidə 46.3 kq forel tutulmuşdur.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.