axımı olmayan su hövzəsi From Wikipedia, the free encyclopedia
Göl — Yer səthində, təbii qapalı çökəklikdə yerləşən su hövzəsidir. Geoloji baxımdan nisbətən yaxın keçmişdə – son bir neçə on min illərdə əmələ gəlmişdir, yalnız bəzi göllərin yaşı milyon illərlə hesablanır (məs. Baykal gölü).[1] Göllərin suyu əsasən şirin olsa da, şor sulu göllər də az deyil. Belə şor sulu göllərdən biri İranda yerləşən Urmiya gölüdür.
Dünyanın ən böyük gölu Xəzər dənizidir. O, böyük olduğu üçün dəniz adlanır. Xəzər dənizi şorsulu göllər sırasına daxildir. Ən böyük şirinsulu göl isə Yuxarı göldür.Titikaka dünyanın ən hündürdə yerləşən gölüdür. Ən dərin göl Baykal gölüdür. Onun dərinliyi 1642m-ə qədərdir. Duzluluğuna görə dəniz adlandırılsa da əslində göl olan ölü dəniz isə dünyanın ən duzlu gölüdür.
Göllərinin sayı ən çox olan ölkə Kanadadır, dünya göllərinin 60%-i Kanada ərazisindədir. Kanadada ölkənin 9%-ni tutan 3 000 000-dan çox göl vardır.[2]
Göllər suyunun tərkibinə, göl çuxurunun mənşəyinə və su mübadiləsinə görə bir-birindən fərqlənir.
Suyun mineral tərkibi dedikdə əsasən duzlu olub olmadığı nəzərdə tutulur. Lakin tərkibində natrium-karbonat olan acı, az miqdarda maqnezium və ya xlor olan turş sulu, istifadəyə yararsız olan göllərdə vardır. İstisnalar nəzərə alınmazsa göllər əsasən iki yerə bölünür: duzlu və şirinsulu göllər. Duzlu göllər əsasən iri, tektonik mənşəli göllər olur. Belə göllər əsasən turizmdə, balıqçılıq və ticarətdə geniş istifadə edilir. Ən böyük duzlu göl Xəzər dənizidir. Şirinsulu göllər isə içməli su ehtiyatı kimi istifadə edilir. Ən böyük şirin su ehtiyatı Şimali Amerikada- Kanadada toplanmışdır (Böyük göllər, Böyük kölə gölü, Böyük Ayı gölü və s.). Burada yerləşən Böyük göllər dünyanın ən böyük içməli su ehtiyatlarıdır. Böyük göllərdən yuxarı göl ən böyük şirinsulu göldür. Şirinsulu göllərin çoxu muhafizə edilir. Azərbaycandakı ən böyük nümunələri Murovdağ yaxınlığında yerləşən 10-dan çox irili-xırdalı göldür. Bu göllərdən ən böyüyü Göygöldür və o mühafizə edilir. Şirinsulu göllər özlərinəməxsus təbiətləri ilə fərqlənən və dünyanın su ehtiyacını qarşılayan təbii su anbarlarıdır.
Göllər yer kürəsindəki müəyyən çökəkəlikdə su toplanması zamanı yaranan qapalı su hövzəsidirlər. Bu çökəklik isə müxtəlif proseslərlə yarana bilər. Bu prosesdən aslı olaraq göllər müxtəlif mənşəyli olurlar:
Göllər mənşəyinə görə aşağıdakı qruplara bölünür:
1. Tektonik göllər: Tektonik göllər yerin tektonik fəaliyyətləri zamanı yaranan qırılma və ya sınma zonasında yaranır. Tektonik çökəkliklər iki növ olur- Qraben və Sinklinal mənşəli çökəkəlik. Sinklinal mənşəli göllər enli və nisbətən dayaz (Xəzər, Viktoriya), qraben mənşəli göllər isə uzunsov və dərin olur (Baykal, Tanqanika, Nyasa).
2. Zəlzələ, uçqun və yaxud bənd gölləri: çay dərələrinin qarşısının dağ uçqunları sürüşmə və ya lava axınları tərəfindən kəsilməsi nəticəsində yaranır.(Göygöl,Maralgöl, Sarez və s.)
3. Vulkanik göllər: gölün təbii çökəkliyini vulkanın krateri və eyni zamanda ətraf sahələrə yayılmış lavalar arasındakı çökəklik təşkil edir.(Yaponiyadakı Kuşşaro gölü)
4. Meteorit göllər: nə vaxtsa yerin səthinə düşmüş meteoritin yaratdığı çökəklikdə su toplanması nəticəsində əmələ gəlir.(Estoniyadakı Kaala gölü).
5. Buzlaq mənşəli göllər: buzlaqlar tərəfindən "qazılmış"çuxurlarda və ya buzlaq təpələri və tirələri arasındakı çökəkliklərdə əmələ gəlir. Skandinaviya yarımadasında və Kanada-Arktik arxıpelağında belə göllər çoxdur (Çud, Vinnipeq, Böyük Ayı, Böyük Kölə, Böyük Göllər və s.).
6. Karst gölləri: yeraltı suların təsiri ilə əhəng daşı, dolomit, gips həll olur və bu yolla yaranan çökəkliklərə cod, lakin duru su dolur. Onlar kiçik, nadir hallarda dərin olurlar (Qərbi sibirin cənubundakı Çanı gölü və s.)
7. Eol gölləri: küləyin fəaliyyəti ilə yaranan çalalarda əmələ gələn göllərdir.
8. Relikt göllər: Qapalı su hövzələrinin su səviyyəsi dəyişməsi ilə yaranan qalıq göllərdir. Belə göllərə misal olaraq Abşeron yarımadasında yerləşən gölləri(Masazır, Böyükşor, Kürdəxanı, Qanlıgöl) misal göstərmək olar. Bəzi mütəxəssislərin fikrincə Xəzər də relikt göldür, o Tetis okeanının bir parçası olub.
9. Axmaz göllər Axmazlar çayların dərəsində formalaşır . Zaman keçdikcə çaylar öz axın istiqamətini dəyişir və köhnə yataqda göl yaranır . Azərbaycan ərazisində böyük göl-Sarısu gölü axmazdır
Gölün su mübadiləsi dedikdə ona daxil olan və ondan çıxan çaylar nəzərdə tutulur. Əgər gölə yanlız çay tökülürsə belə göllər axarsız göllər adlanır. Axarsız göllər duzlu göllərdir. Əgər gölə həm çay tökülürsə, həm də çay başlayırsa bu cür göllər axarlı göllər adlanır. Axarlı göllər şirinsulu göllərdir.
Ölü göl səthi bitki ilə tam örtülmüş gölə deyilir; Həmçinin suyunun yüksək minerallaşması ilə əlaqədar canlı orqanizmlərin yaşaması üçün şəraiti olmayan göllərə deyilir. Məsələn, Ölü dəniz, Basqunçaq gölü.[3]
Göllər yer üzünə paylanmış su anbarlarıdır. Göllər dünyanıən içməli su ehtiyatını qarşılayır. Göllər eyni zamanda balıqçılıq üçün də əhəmiyyətlidir. Göllər yerləşdikləri ərazidə özlərinəməxsusu təbii kompleks yaradırlar. Turizmdə də göllər böyük rol oynayır. Bir çox göllər üzərində SES qurulur. Göllər su dövranında iştirak edir. Bəzi böyük göllər su nəqliyyatı üçün əlverişlidir.
Ərazisinə görə ən böyük göl Xəzər dənizidir.
Ərazisinə görə ən böyük şirinsulu göl Yuxarı göldür.
Ən duzlu göl Ölü dənizdir. Ölü dəniz eyni zamanda dəniz səviyyəsindən ən aşağıda yerləşən göldür.
Ən uzun göl Tanqanikadır.
Ən hündürdə yerləşən göl Titikakadır.
Yer kürəsində ən dərin göl Baykal gölüdür.
Balxaş gölü yarı duzlu, yarı şirinsulu olan yeganə göldür.
Yer kürəsindəki göllərinin ümumi sahəsi quru hissənin təqribən 1,8 %-ni (təqribən 2,7 mln km²) təşkil edir.
Gölün adı | Səthinin maksimum sahəsi, min. km² |
Dəniz səviyyəsindən hündürlüyü, m |
Ən dərin yeri, m |
Materik və ya qitə |
---|---|---|---|---|
Xəzər dənizi | 376 | −28 | 1025 | Avropa və Asiya |
Yuxarı göl | 82 | 183 | 393 | Şimali Amerika |
Viktoriya gölü | 68 | 1134 | 80 | Afrika |
Huron gölü | 60 | 177 | 208 | Şimali Amerika |
Miçiqan gölü | 58 | 177 | 281 | Şimali Amerika (ABŞ) |
Tanqanika gölü | 34 | 773 | 1470 | Afrika |
Baykal | 32 | 456 | 1620 | Asiya (Rusiya) |
Malavi gölü | 31 | 472 | 706 | Afrika |
Böyük Ayı gölü | 30 | 157 | 137 | Şimali Amerika (Kanada) |
Böyük kölə gölü | 29 | 156 | 150 | Şimali Amerika(Kanada) |
Eri gölü | 26 | 174 | 64 | Şimali Amerika |
Çad gölü | 26 | 281 | 11 | Afrika |
Vinnipeq gölü | 24 | 217 | 28 | Şimali Amerika (Kanada) |
Balxaş gölü | 22 | 342 | 26 | Asiya (Qazaxıstan) |
Ontario gölü | 20 | 75 | 236 | Şimali Amerika |
Aral dənizi | 18,24 | 3,5 | 54,5 | Asiya |
Ladoqa gölü | 18 | 5 | 230 | Avropa (Rusiya) |
Marakaybo gölü | 16 | 0 | 250 | Cənubi Amerika |
Banqveulu | 15 | 67 | 5 | Afrika |
Duntin gölü | 12 | 11 | 8 | Asiya |
Oneqa gölü | 10 | 33 | 127 | Avropa (Rusiya) |
Tonlesap gölü | 10 | 12 | 14 | Asiya |
Turkana | 8,5 | 375 | 73 | Afrika |
Nikaraqua gölü | 8.4 | 32 | 70 | Şimali Amerika |
Titikaka | 8,3 | 3812 | 304 | Cənubi Amerika |
Atabaska gölü | 7,9 | 213 | 60 | Şimali Amerika (Kanada) |
Maral gölü | 6,3 | 350 | 60 | Şimali Amerika |
İssık-kul gölü | 6,2 | 1608 | 668 | Asiya (Qırğızıstan) |
Böyük Duzlu göl | 6 | 1282 | 15 | Şimali Amerika |
Torrens gölü | 5,7 | 34 | 8 | Avstraliya |
Albert gölü | 5,6 | 619 | 58 | Afrika |
Vanern gölü | 5,5 | 44 | 100 | Avropa (İsveç) |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.