From Wikipedia, the free encyclopedia
Alberta — Kanadada əyalət. Mərkəzi Edmonton şəhəridir.
Alberta | |
---|---|
Alberta | |
|
|
Ölkə | |
İnzibati mərkəz | Edmonton[1] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1 sentyabr 1905 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | CA-AB |
Telefon kodu | 780, 403, 825, 587 |
Poçt indeksi | T |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Alberta Kanadanın on üç əyalət və ərazisindən biridir. Qərbi Kanadanın bir hissəsidir və üç çöllük əyalətindən biridir. Alberta qərbdə Britaniya Kolumbiyası, şərqdə Saskaçevan, şimalda Şimal-Qərb əraziləri və cənubda ABŞ-ın Montana ştatı ilə həmsərhəddir. Kanadada dəniz kənarında olmayan yeganə iki əyalətdən biridir, digəri isə Saskaçevandır.[4] Əyalətin şərq hissəsi Böyük Düzənliklərin tərkib hissəsidir, qərb hissəsində isə Qayalı dağlar yerləşir. Əyalət əsasən kontinental iqlimə malikdir, lakin havanın quruluğu səbəbindən temperaturun sürətli dəyişkənlikləri yaşanır. Mövsümi temperatur dəyişiklikləri Albertanın qərbində Çinuk küləkləri səbəbindən bəzən daha az müşahidə edilir.[5]
Alberta 661.848 kvadrat kilometr sahəsilə dördüncü ən böyük və həmçinin 4.262.635 nəfər əhali ilə dördüncü ən çox əhalisi olan əyalətdir.[6][7] Albertanın paytaxtı Edmonton olsa da, ən böyük şəhəri Kalqaridir.[8] Hər ikisi Albertanın ən çox əhali yaşayan metropoliten bölgələridir.[9] Albertanların yarısından çoxu Edmonton və Kalqaridə yaşayır ki, bu da iki şəhər arasında rəqabətin davam etməsini təmin edir. İngilis dili əyalətin rəsmi dilidir. 2016-cı ildə albertanların 76 %-i anqlofon, 1,8 %-i frankofon, 22,2%-i isə allofon idi.[10]
Alberta iqtisadiyyatı karbohidrogen, neft-kimya sənayesi, heyvandarlıq və kənd təsərrüfatına əsaslanır.[11] Neft-qaz sənayesi “Leduc No. 1” quyusunda mühüm neft yataqları aşkar edildiyi 1947-ci ildən bəri Alberta iqtisadiyyatının əsas sütunudur.[12] Bu həmçinin əyalətin kimliyinin bir hissəsinə çevrilib. Alberta ən çox karbohidrogenlə zəngin olan əyalət olduğu üçün Kanada ərazisində istehsal olunan neft və təbii qazın 70%-ni təmin edir. 2018-ci ildə Albertanın istehsalı Kanadanın ÜDM-in 15.27%-i olan 338.2 milyard Kanada dolları idi.[13][14]
1930-cu illərə qədər Albertanın siyasi mühiti 2 əsas partiyadan ibarət idi: mərkəz-sol liberallar və aqrarçı Alberta Birləşmiş Fermerləri. Bu gün Alberta ümumiyyətlə konservativ (mühafizəkar) bir əyalət kimi qəbul edilir. Sağçı Sosial Kredit Partiyası 1935-1971-ci illərdə davamlı olaraq iqtidarda olub. Bundan əvvəl isə sağ-mərkəzçi Proqressiv Konservativlər 1971-2015-ci illərdə fasiləsiz vəzifə başında olub. Bu Kanada tarixində ən uzun müddətdə əyalət və ya federal səviyyədə hökumətdə davamlı bir şəkildə qalma müddətidir.
Kanadanın tərkibinə daxil olmadan əvvəl Alberta Düzənlik hinduları və Meşə kriləri (Woodland Cree) kimi bir neçə İlk Millətin evi idi. Həmçinin, rəqib şirkətlər olan “Hudzon Bey Şirkəti” (Hudson's Bay Company) və “Şimal-Qərb Şirkəti”nin (North West Company) kürk tacirləri tərəfindən istifadə olunan ərazi idi. Kanada Dominionu 1870-ci ildə Alberta kimi çevriləcək olan torpaqları Şimal Qərb Ərazilərinin bir hissəsi olaraq satın aldı.[15] XIX əsrin sonlarından XX əsrin əvvəllərinə qədər preriyaların (çöllüklərin) ABŞ tərəfindən ələ keçirilməsinin qarşısını almaq üçün buraya bir çox miqrant gəldi. Buğda əkinçiliyi və maldarlıq çox gəlirli idi. 1905-ci ildə Alberta Aktı qəbul edildi və Alberta əyaləti yaradıldı.[16] 1947-ci ildə böyük neft ehtiyatları aşkar edildi. Neft qumlarının istismarı 1967-ci ildə başladı.[12]
Alberta təbii gözəlliyi, fosil zənginliyi və mühüm təbiət qoruqları ilə məşhurdur. Albertada UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş altı yer var: Kanada Qayalı Dağ Parkları (Canadian Rocky Mountain Parks World Heritage Site), Dinozavr Əyalət Parkı, Hed-Smeşd-in Baffalo Camp (Head-Smashed-In Buffalo Jump), Voterton-Qleyşer (Waterton-Glacier) Beynəlxalq Sülh Parkı, Vud Baffalo Milli Parkı və Raytin-on-Stoun (Writing-on-Stone; Daş üzərində Yazı) Əyalət Parkı. [17] Digər məşhur yerlərə Banf Milli Parkı, Elk Aylend Milli Parkı, Casper Milli Parkı, Voterton Leyks Milli Parkı və Dramheller daxildir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.