Casper milli parkı
From Wikipedia, the free encyclopedia
Casper milli parkı — Kanadanın qayalı dağlarında ən böyük milli park.
Casper milli parkı | |
---|---|
ing. Jasper National Park | |
![]() Casper milli parkının mənzərəsi | |
Məlumatlar | |
Ölkə | |
Yerləşməsi | Albert əyaləti, Kanada |
Sahəsi | 10,878 km2 (4,200 sq mi) |
Yaradılıb | 1907 |
Ziyartəçi sayı |
|
Statusu | Milli park |
Saytı |
parks.canada.ca/pn-np/ab… parcs.canada.ca/pn-np/ab… |
Xəritədə yeri | |
![]() |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Norz Vest Kompani üçün bölgədə ticarət mağazası olan Casper Hovesin şərəfinə adlandırılmışdır. 1907-ci il sentyabr ayının 14-də Casper Forest Park adı altında yaradılmışdır. 1930-cu ildə park statusunu almışdır.[1] 2014-cü ildə Casper milli parkının 2154710 ziyarətçisi vardı.[2]
Coğrafiyası

Kanadanın qərbində, Albert əyalətindədir. Sahəsi təqribən 1,1 mln. ha. 1907-ci ildə Atabaska çayının yuxarı axınında, Qayalı dağların iynəyarpaqlı meşələrlə və Alp çəmənləri ilə örtülü şimal yamaclarında (3747 m-ədək yüksəlikdə) yaradılmışdır; buzlaqlar var. Heyvanlardan qara və qonur ayı (qrizli), maral, dələ, vaşaq, puma, qar qoyunu; təqribən 200 növ quş məskunlaşmışdır. Parkı gəzmək üçün təqr. 1000 km piyada marşrutu salınmışdır. Banf, Yoxo və Kuteney milli parkları ilə birləşərək vahid kompleks əmələ gətirir.[3]
Ümumdünya irsi
1984-cü ildə Park Kanadanın qayalı dağlarındakı digər milli və əyalət parkları ilə birlikdə UNESCO Ümumdünya irsi elan edildi.
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.