From Wikipedia, the free encyclopedia
Haiti Respublikası (fr. République d'Haïti və Haiti kreol : Repiblik Ayiti) — Karib dənizində Haiti adasının qərbində yerləşən ada ölkəsidir. Ölkənin yeganə quru sərhədinə malik qonşusu Haitinin şərqində yerləşən Dominikan Respublikasıdır. Haiti Respublikası qərbdə Kuba və Yamaykayla, şimalda isə Baham Adaları ilə su sərhədlərinə malikdir. Vest-Hind regionunda 11.4 milyon əhali sayıyla birinci yerdə qərarlaşır. 27750 km2 ərazisiylə regionda ən böyük 3-cü ölkədir. Ölkənin paytaxtı Port-o-Prensdir və ölkənin şərq sahilində-Qonav körfəzində yerləşir.
Haiti | |||||
---|---|---|---|---|---|
Repiblik Ayiti République d'Haïti | |||||
| |||||
L'Union Fait La Force Azadlıq, bərabərlik, qardaşlıq |
|||||
Himn: The Dessalines Song |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Port-o-Prens -2 440 min (2015-ci il) | ||||
İdarəetmə forması | Respublika | ||||
Prezident | Edgard Leblanc Fils | ||||
Baş nazir | Fritz Belizaire | ||||
Sahəsi | Dünyada 143-cü | ||||
• Ümumi | 27750 km² | ||||
• Su sahəsi (%) | 0,7 | ||||
Əhalisi | |||||
• Əhali | 10,1 milyon nəfər (88-ci) | ||||
• Siyahıyaalma (7.VIII.2003) | 7 929 048 nəf. | ||||
• Sıxlıq | 363 nəf./km² | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 18,31 milyard dollar (145-ci) | ||||
• Adambaşına | 1 800 dollar | ||||
İnternet domeni | .ht | ||||
ISO kodu | HT | ||||
BOK kodu | HAI | ||||
Telefon kodu | +509 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][1] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
1492-ci ildə Xristofor Kolumbun bölgəyə gəlişindən öncə adada Taino xalqı yaşayırdı.[2] X.Kolumbun gəlişiylə birlikdə bölgə 1697-ci ilə qədər ispan koloniyası olmuşdur. İndiki Haiti dövlətinin ərazisi olan bölgə İspaniya tərəfindən Fransaya verilir. Beləliklə adanın qərbi Santo Dominqo adlandırılır və fransız koloniyasına çevrilir. Kolonial rejimdən sonra 1804-ci ildə müstəqilliyini əldə edərək bölgədə ilk müstəqil dövlətlərdən biri olur.[3]
İlk müstəqil olduğu vaxtlardan günümüzə qədər ölkədə hər zaman siyasi qeyri-stabillik müşahidə edilmişdir. 2004-cü ildə baş verən hərbi çevriliş və 2010-cü ildəki Haiti zəlzələsi ölkənin iqtisadi və siyasi vəziyyətini daha da pisləşdirmiş, ölkənin stabilliyini dərindən sarsmışdır. Haiti Respublikası BMT-nin və Karib Ölkələri Birliyinin qurucularından biridir. Həmçinin ölkə BVF və ÜTT-nin də üzvüdür. Tarixi olaraq kasıb və qeyri-stabil olan Haiti Amerika qitəsində ən aşağı İnsan İnkişaf İndeksinə sahib olan ölkədir.
Haitinin milli pulu qurd adlanır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.