İudaizmdə Tövrat və Talmudun təfsirini izah edən elmi rütbə From Wikipedia, the free encyclopedia
Ravvin (idiş רבי — "mənim ağam", "mənim müəllimim"[1][2][3][4]) — İudaizmdə Tövrat və Talmudun təfsirini izah edən elmi rütbə. Yəhudi dini təhsili aldıqdan sonra verilir. Camaatlığa və ya icmaya rəhbərlik etmək, yeşivada (yəhudi ali dini məktəb) dərs demək və dini məhkəməyə üzv olmaq hüququ verir (beyt din). Ravvin rahib deyil. Yəhudiliyin islahatçı və mühafizəkar cərəyanlarında qadın da ravvin ola bilər[5][6].
Yəhudilik fəlsəfəsi
Dini mətnlər
Müqqədəs şəhərlər
Yəhudi bayramları
Dini şəxsiyyətlər
Musəvilik həyat tərzi
Məktəblər
Dini rollar
Dini tikililər
Musevi Ayin sistemi
Yəhudi dilləri
Etnik bölünmələr
Musəvi məzhəbləri
Dini obyektlər
Musevi duaları
Digər dinlərlə əlaqələr
|
"Rabbi" sözü yunan dilindən gəlmişdir yun. ραββι ravvi/rabbi[4]. İvrit dilində isə rabbi — rab əsas götürülməklə — “böyük; usta" — və mənsubiyyət şəkilçisi — i -artırılmaqla yəni "mənim" düzəldilir[2].
Əhdi-Cədiddə ravvin kəlməsi "ilahiyyatçılara və fariseylərə", habelə İsaya da aid edilmişdir[7][8]. Müxtəlif yəhudi dialektlərində və yunan dilində bu sözün bir sıra formaları — "Rav" ivr. רב. Babildə. yəh.-aram.; sonradan Fələstində. yəh.-aram. — "rabbi" ivr. רבי. hansındankı sonradan ivr. רבוני "Rabbuni" yun. ραββουνι Yahudi dilində "rov/ruv" idiş רבֿ; və öz adının qarşısında — "ha-rav" ivr. הרב.
Bu titul Tövratda yazılmayıb, lakin Tanaxda vardır.
Söz qədim yəhudi dilində — גברתי ("mənim xanımım"), yaradılışın böyük anası Saraya istinadən verilib.16: 8, Tarqum Onkelosa, arami dilinə tərcümədə "ribba[n]ti" ("n" hərfi tələffüz edilmir) — sözün həqiqi mənasında "xanımım" deməkdir, buna görə də Avraham — ata(İbrahim) — "ravvin" (ağam) deməkdir, və Allaha müraciətlə müqayisə olunan ("Rəbbi") Qurani-Kərimin Fatihə surəsindəki "Rabbi" (yəni "Rəbb") nəzərdə tutulur[9].
Ravvin olmaq ayini smixa (ivr. סְמִיכָה) adlanır və sözün əsl mənasında örtülmək, əl-ələ tutmaqla həyata keçirilir. Tarixən ravvin olmağın digər formaları da mövcud olmuşdur. Ortodoks yəhudilikdə yalnız kişilər ravvin ola bilər; mühafizəkar yəhudilərdə — əsasən kişilər və nadir hallarda qadınlar, islahatçı yəhudilikdə həm kişi, həm də qadın ravvin ola bilər. 1930-cu illərdə ilk seçilmiş qadın ravvin Regina Yonas olmuşdur.
Yəhudi qanununda yəhudi dininin əsası olan teokratiya ideyaları üstünlük təşkil etsə də, qanun və din eynidır, nəticədə mübahisələrin tənzimlənməsi təkcə hüquqi bir məsələ deyildi, həm də dini bir problem idi. Qanunun dinlə eyniləşdirilməsi hakimlərin yalnız hüquqi biliklərə və ixtisaslara sahib olmamalarını şərtləndirirdi, onlar həm də dini cəhətdən yetkin olmalı idilər. Bu səbəbdən hakimlərin təyin edilməsi təkcə bir vətəndaş mərasimi deyil, həm də dini mərasim idi. Bu ideya smix ayininin əsasını təşkil edir və bundan da biz bu ayinin tam mənasını anlaya bilərik. Təyin edildiyi andan etibarən hakim smixa ayini vasitəsi ilə yüksək vəzifəni tutmaq üçün mənəvi razılıq alırdı. Bu vəzifənin icrası dini bir məna daşıdığı üçün Talmudda deyilən "Yəhudi məhkəməsi məşvərət keçirəndə, hakimlər arasında ilahi bir hüzur var" şərhini daha yaxşı başa düşə bilərik.(B. Sangedr. 7) [10].
Müasir İsraildə ravvin eyni zamanda hökumət rəsmisidir [3], şəhər və ölkə ravvinatlığının işçisi, əhaliyə dini xidmətlər göstərmək üçün cavabdehdir.
Bəzi ölkələrdə (İsrail, Fransa, İngiltərə, Rusiya, Ukrayna və s.) yəhudiliyin ortodoks cərəyanında əsas və ali ravvin titulu mövcuddur. Bu ali titula malik ravvinlərin Alahaya və digər yəhudi qanunlarına heç bir aidiyyəti yoxdur. İsraildə onun təyinatı ilə İsrailin Baş Ravvinatlığı məşğul olur. Rusiya və Ukraynada islahatçı yəhudilərin arasında da baş ravvin titulu vardır.
Müasir dindar yəhudilər "ravvi" sözünün əvəzinə ivrit dilindəki "rav" sözündən istifadə edirlər. Bunun dəqiq səbəbi yoxdu, bəlkə də onlar vaxtı ilə Rusiya İmperiyasında olmuş dövlət ravvinlərinə etiraz əlaməti olaraq belə edirlər. Aşkenazi yəhudiləri arasında ravvinə rebe, onun arvadına isə — "rebetsn" və ya "rebetsin" deyirlər. Həmçinin İsraildə də istifadə olunan ivritcə "rabanit" sözü də var. Müasir yəhudilikdə keşiş anlayışı yoxdur. Yəhudilikdə kahinlik və ya kahinlik anlayışı yalnız irsi koin kahinləri tərəfindən qurban kəsildiyi Qüds Məbədi ilə əlaqədardır. Xüsusilə, sinaqoq xidmətində və gündəlik həyatda onlar üçün müəyyən üstünlüklər müəyyənləşdirilir (Tövrat oxunması və ya dua oxumaq üçün ilk çağırış hüququ).
Qədim dövrlərdə ravinin funksiyasını yerinə yetirənlər, məsələn məhkəmə işlərinə baxılmaq və ya Tövratı tələbələrə öyrətmək, xidmətlərinə görə ödəniş almazdılar[11]. Ravvinlər, özlərini və ailələrini dolandırmaq üçün başqa peşələrə sahib olurdular. Məsələn onların arasında ağackəsən, pinəçi, dülgər, su daşıyan, fermer və dərzi peşəsinə malik olanlar üstünlük təşkil edirdi[12]. Hörmətli alim, ravvin Zadok (1-ci c.), demişdir: “Tövratı heç vaxt qazmaq üçün bel kimi istifadə etməyin”[13]. Bu o demək idi ki, ravvin öz Tövrat biliklərindən heç vaxt mükafat almaq kimi uyğun olmayan məqsədlər üçün istifadə etməməlidir. Lakin buna baxmayaraq, cəmiyyətin fəxri üzvləri olaraq Tövratı bilən müdrüklər bir sıra imtiyaz və maddi güzəştlər alırdılar ki, bu da onların maddi yüklərini bir qədər yüngülləşdirirdi. Bunların arasına kommunal xərclərə görə vergidən azad olmaq[14], ticarətdə üstünlüklər[14] və tələbələrdən fərdi xidmətlərin alınması(şimuş talmadey hahamim)[15], varlı tacirlərlə heç kəsin bilmədiyi iş ortaqlığı[16] və ravvin (sexar battalah) funksiyasını yerinə yetirmək üçün işdən çıxmaq məcburiyyətində qaldıqda itirilmiş qazanclarını əvəz edən əlavə bir ödəniş almaq kimi şeylər daxil idi.
Qeonimin dövründə (e.ə. 650-1050) əlavə ödəniş ilə bağlı fikirlər dəyişmişdir. Yəhudi icmasının liderlərinin bazarda işçi və ya mal satıcısı kimi görünməsi və yəhudi icmasının rəhbərliyinin tam zamanla bunun bir peşəyə çevrilməsi yersiz hesab edildi. Bu şəraitdə qeonimlər məktəblərini (yeşiva) maliyyələşdirmək üçün ölkədaxilində və xaricdə vergi və ianələr toplayır və təyin etdikləri yəhudi icmasının müəllimlərinə, vəzifəli şəxslərinə və hakimlərinə maaş verirdilər[17]. Öz dolanışığını həkim kimi təmin edən Moisey Maymonid (Rambam, 1135-1204), yəhudi icmasında ravvin xidmətlərinin ödəniş ilə qarşılanmasının və hər hansı bir təzminat verilməsinin əleyhinə idi.[18]. Bu ən ideal variant olaraq qalırdı. Lakin vəziyyət getdikcə dəyişirdi. Yəhudi icmaları tam məşğul ravvin tələb edirdilər və ravvinlər özləri də ticarət sahəsində işləməkdənsə Tövratı oxumaq və öyrətmək üçün gün keçirməyi üstün tuturdular.
XV əsrdə yəhudi icmalarının öz ravvinlərinə təzminat ödəməsi norma halına gəldi, baxmayaraq ki, ravvin müqaviləsində ravvin (sexar battalah) funksiyasını yerinə yetirmək üçün işdən çıxmaq məcburiyyətində qaldıqda itirilmiş qazanclarını əvəz edən əlavə bir ödəniş almaq bəndi ola bilərdi[19]. Maaşlar xidmət olunan icmanın böyüklüyündən asılı olaraq dəyişirdi: böyük şəhərlərdəki ravvinlər yaxşı kompensasiya alırdılar, kiçik şəhərlərdəki ravvinlər isə kiçik bir bonus ala bilərdilər[20]. Ravvinlər gəlirlərini özləri ilə əlaqəli funksiyalarda iştirak etməklə artıra bilərdilər; məsələn, bir mirzə, notarius və arxivçi kimi xidmət etmək, ibtidai məktəbdə və ya yeşivada dərs vermək, kitab nəşr etmək, mülki mübahisələrə baxılması və s.[21].
XIX əsrdə ravvin seminariyalarının yaradılması ilə ravvin müəyyən bir peşəkarlıq dərəcəsi aldı. Hal-hazırda yəhudiliyin müasir qollarından biri ilə əlaqələndirilən ravvin seminariyasının məzunu ravvin, müəllim, din xadimi, sosial işçi və s. vəzifəsində çalışa bilər. Hər hansı bir müasir mütəxəssis kimi, potensial işəgötürənlərlə iş şərtləri barədə razılığa gələ və işçi vəzifələri, iş stajı, əmək haqqı, müavinətlər, pensiyalar və digərləri göstərən müqavilə imzalamaq hüququna malikdir[22]. İnkişaf etmiş ölkələrdə ravinin əmək haqqı və sosial ödənişləri, bir qayda olaraq, təhsili olan hüquqşünaslar və mühasiblər kimi digər müasir mütəxəssislərin maaşlarına bərabərdir[23]. Həmçinin ravvin olaraq tam iş günü işləməmək olar, məsələn, az sayda üzvü olan bir sinaqoqda. Belə hallarda ravvinin əmək haqqı göstərilən xidmətlərə mütənasib olacaq və ehtimal ki, o, sinaqoq xaricində əlavə işlər görmək məcburiyyətində qalacaqdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.