Remove ads
From Wikipedia, the free encyclopedia
Cənnət və ya behişt – əksər dini təlimlərə (xristianlıq, islam, iudaizm, buddizm) görə möminlərin ruhlarının əbədi xoşbəxt yaşayacağı yer.
Cənnət İslamda, İslam dininə inananların əbədi olaraq qalacaqları bir axirət məkanıdır. Cəhənnəmin ziddidır. İslama görə cənnətdəki həyat sonsuz olacaqdır. Ayrıca Cənnətə düşənlərə bir çox mükafatlar veriləcəkdir. İslam inancına görə kafirlər Cənnətə girə bilməz, əbədi olaraq Cəhənnəmdə qalırlar. Müsəlman olub günah işləyənlərinsə, Allah günahlarını bağışlamasa, bir müddət Cəhənnəmdə günahlarının cəzasını çəkəcək daha sonra da Cənnətə girəcəklərinə inanılır.
İbn Abbasdan (r.a.) rəvayət olunur ki Cənnətin 7 təbəqəsi var. Bu təbəqələrin hər birində möminlərin yaxşı işləri müqabilində onlar üçün yerlər vardır.
Bunlar:
1-Nəim cənnəti: "Məni Nəim cənnətinin varislərindən elə…" (Şuəra surəsi, 85) (Həmçinin bax: Maidə surəsi,65; Tövbə surəsi, 21; Yunus surəsi, 9)
2-Ədn cənnəti : "Şübhəsiz ki, iman gətirənlər və gözəl əməl edənlər məxluqatın ən xeyirlisidirlər. Onların mükafatı Rəbləri yanında Ədn cənnətləridir ki onların altlarından çaylar axar, orada onlar əbədi qalacaqlar, Allah onlardan razı olmuştur, onlar da Ondan razı olmuşlardır. Bu Rəbbindən qorxanlar üçündür" (Bəyyinə surəsi, 8) (Həmçinin bax: Tövbə surəsi, 72; Rəd surəsi, 23; Nəhl surəsi, 31)
3-Firdovs cənnəti : "İman gətirib yaxşı işlər görənlərin mənzili isə Firdovs cənnətləri olacaqdır!" (Kəhf surəsi, 107 və Muminun surəsi, 11)
4-Məva cənnəti: "İman gətirib yaxşı işlər görənləri etdikləri əməllər müqabilində qonaq qalacaqları (sakin olacaqları) Məva cənnətləri gözləyir. (Onlar orada Allahın əbədi qonaqları olacaqlar)." (Səcdə surəsi, 19 və Nəcm surəsi, 15)
5-Darus-Səlam: (Əmin-amanlıq yurdu) "Allah (bəndələrini) əmin-amanlıq yurduna (Cənnətə) çağırır və istədiyini doğru yola salır!" (Yunus surəsi, 25 və Ənam surəsi, 127)
6-Darul-Huld: "Elə bir Rəbb ki, Öz lütfü (kərəmi) ilə bizi (əbədi qalacağımız) iqamətgahda yerləşdirdi. Orada bizə nə bir yorğunluq üz verəcək, nə bir məşəqqət (əziyyət) toxunacaqdır!" " (Fatir surəsi, 35)
7 – İlliyyun: Mutaffifin surəsinin 18–28-ci ayələrində keçməkdədir - Xeyr! Həqiqətən, itaətkarların kitabı İlliyyundadır! Sən haradan biləsən ki, İlliyyun nədir?! O, elə bir yazılı kitabdır ki, onu yalnız (Allaha) yaxın olanlar görürlər! Həqiqətən, itaətkarlar nemətlər içində olacaqlar. Onlar taxtlar üstündə seyrə dalacaqlar. Sən onların çöhrəsində səadət parlaqlığı görəcəksən. Onlara möhürlü şərabdan içirdiləcəkdir. Onun möhürü müşkdür. Qoy çalışanlar onun üçün səy göstərsinlər! Onun qatışığı isə təsnim (bulağındandır). (O təsnim elə) bir bulaqdır ki, ondan (Allaha) yaxın olanlar içərlər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.