Remove ads
From Wikipedia, the free encyclopedia
əl-Maidə (Süfrə) surəsi (Mədinədə nazil olmuşdur, 120 ayədir)
5-ci surə — Maidə surəsi | |
---|---|
Adı | |
Ərəbcə adı | سورة المائدة |
Adının mənası | Süfrə |
Quranda yeri | |
Nömrəsi | 5 |
Statistika | |
Ayələrin sayı | 120 |
Maidə surəsi Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar | |
Quran Akademiyasında tərcüməsi |
5-ci surə
Surənin adı 114-cü ayədə çəkilən maidə (süfrə) sözündən götürülüb: "Məryəm oğlu İsa dedi: "Ya Allah , ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Səndən bir möcüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!""[1]
“Maidə” surəsinin 3 və 67-ci ayələri eyni bir hadisə ilə əlaqədar nazil olduğu halda nə üçün aralarında fasilə düşmüşdür?
Sual
“Maidə” surəsinin 3 və 67-ci ayələri eyni bir hadisə ilə əlaqədar nazil olduğu halda nə üçün aralarında fasilə düşmüşdür?
Qısa cavab
“Maidə” surəsinin 3-cü və 67-ci ayələri arasında xüsusi əlaqə vardır ki, onların məzmununa, tarixi Qədr-xum hadisəsinə, habelə ayələrin şəni-nüzuluna və bu ilahi kəlamın müsəlmanlara çatdırılmasının mühüm və həssas məsələ olduğuna diqqət yetirməklə mətləb tamamilə aydınlaşır. Bir-biri ilə əlaqədar olan bu iki ayənin nə üçün Quranda fasilə ilə gəldiyinə nəzər saldıqda aşağıdakı məsələləri diqqət mərkəzinə saxlamaq lazımdır:
Birincisi budur ki, ayələrin və surələrin tənzimi nazil olma tarixləri əsasında olmamış, əksinə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in məsləhəti və göstərişi əsasında Quranda yerləşdirilmişdir.
Digəri budur ki, Quranın təhrifə məruz qalmasının və bu ayənin Qurandan çıxarılmasının qarşısını almaq üçün mətləblə əlaqəsi olmayan başqa ayələrin arasında yerləşdirilmişdir ki, imam Əli (əleyhis-salam)-ın imamət və vilayəti mövzusu daha çox diqqəti cəlb etməsin. Misal üçün, çox nəfis və dəyərli bir şeyi çox da əhəmiyyəti olmayan şeylərin arasında gizlədirlər ki, oğrunun diqqətini cəlb etməsin. Həmin məsələ də bu qəbildəndir.
Üçüncüsü, əvvəlki və sonrakı ayələrlə əlaqəsi olmayan bir ayənin gəlməsi istitradi tənasübə görə ola bilər. Yəni Quran bir mövzunu bəyan etməklə eyni zamanda müəyyən məsləhətlər əsasında kəlamın istiqamətini dəyişdirir və başqa bir mətləbi bəyan etməyə başlayır, sonra isə yenidən əvvəlki məsələyə qayıdır.
Ətreaflı cavab
Münasib cavab əldə etmək üçün sualı iki mehvərdə araşdırırıq:
1. “Maidə” surəsinin 3-cü ayəsi ilə 67-ci ayəsinin arasında əlaqə necədir və hansı dəlilə əsasəndir?
2. Bu iki ayə arasında fasilənin varlığı nəyə görədir?
Birinci mehvər: Allah-taala “Maidə” surəsinin 67-ci ayəsində buyurur: “Ey Peyğəmbər! Pərvərdigarın tərəfindən sənə nazil olanları tamamilə (camaata) çatdır. Əgər çatdırmasan, Onun risalətini yerinə yetirməmişsən. Allah səni camaat tərəfindən (ehtimal verilən təhlükələrdən) saxlayacaqdır. Allah kafirləri (və inadkarları) düz yola hidayət etməz.”
Şiə və sünnü müfəssirləri, müsəlman sirə yazanları qeyd etmişlər ki, bu ayə Əli ibni Əbi Talib (əleyhis-salam)-ın barəsində, özü də Allah tərəfindən (Qədir-Xumda) müsəlmanlara imam və rəhbər təyin edilməsi ilə əlaqədar nazil olmuşdur.[1]
Bu ayənin məzmunundan aşkar olur ki, Allah-taala bu ayədən sonra çox mühüm bir məsələni Peyğəmbərə nazil etmişdir, o da camaata tam aşkar şəkildə təbliğ olunmalı idi. Peyğəmbər nigaran idi və camaatın mənfi əks-reaksiya göstərəcəyindən, onların arasında ikitirəlilik yaranacağından və dində təfriqəyə düçar olacaqlarından qorxurdu. Bu ayədə təkid edilir ki, əgər o həzrət Allahın bu kəlamını çatdırmasa, ümumiyyətlə risaləti yerinə yetirməmiş kimi olur. Allah-taala Peyğəmbərinə belə təkid etməklə eyni zamanda onu əmin etmişdir ki, camaatın ehtimal verilən təhlükələrindən onu qoruyub saxlayacaqdır.
Qeyd olunan ayə Peyğəmbərin nübüvvətinin axır dövrlərində, “Vida həcci”ndə, yəni öz risalətindən 22 il keçəndən sonra nazil olmuşdur. Bu zaman artıq islam qüdrət tapmış, şövkəti Ərəbistan yarımadasına yaymışdı və bütün Ərəbistan yarımadası o həzrətin qüdrət və hakimiyyəti altında idi. İndi görəsən, bu necə bir mühüm xəbər idi ki, onun təbliğ edilməsi belə ciddi şəkildə və təkidlə istənilir? Nə üçün Peyğəmbər onu çatdırmaqdan qorxurdu?
Cavabı budur ki, sünnü və şiə rəvayətlərinə əsasən islam tarixi qəti şəkildə şahidlik verir ki, o dövrdə Allahın buyurduğu fərman bu idi ki, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) tam aşkar şəkildə öz canişini Əli (əleyhis-salam)-ı camaata təqdim etsin və camaatı ona itaət etməyə vadar etsin.
Görəsən, Peyğəmbər onu çatdırmaqdan nə üçün qorxurdu? Əli ibni Əbi Talib Peyğəmbərin kürəkəni, əmisi oğlu idi. Buna görə də Peyğəmbər qorxurdu ki, camaat onun sözünü qəbul etməsinlər və “Peyğəmbər öz şəxsi mənafeyini nəzərdə almış, öz xanədanını camaata zorla hakim etmişdir!” desinlər. Bundan əlavə, onlardan bəziləri Əli (əleyhis-salam)-a qarşı çox da yaxşı münasibətdə deyildilər, çünki əvvəllər müşriklərlə aparılan müxtəlif müharibələrdə Əli (əleyhis-salam) onların qəbilələrinin böyük (kafir və müşrik) şəxsiyyətlərini və yaxın adamlarını qətlə yetirmişdir.[2]
Qədir-Xum hadisəsi:
Peyğəmbər (səlləllahu əleyhi və alih) hicrətin onuncu ilində həcc əməlini yerinə yetirmək üçün Məkkəyə yola düşdü. Əvvəlcədən bütün müsəlman ölkələrinə elan verilmişdi ki, bu həcc səfərində iştirak etsinlər. Sayı doxsan (və ya yüz iyirmi) min nəfərə çatan böyük bir qrup bu həcc əməlində iştirak edirdi.
O həzrət həcc əməllərini yerinə yetirdikdən sonra Mədinəyə qayıdanda Zil-həccə ayının on səkkizi cümə axşamı günü Qədir-Xum adlı diyara yaxınlaşdı. Bu yerdə müxtəlif ölkələrə gedən hacıların yolları bir-birindən ayrılırdı. Bir yol şimala – Mədinəyə tərəf, bir yol şərqə – İraqa tərəf, bir yol qərbə – Misirə tərəf, bir yol isə cənaba – Yəmənə tərəf gedirdi. Buna əsasən, belə bir yerdə islamın əbədi qalmasına zəmanət verən və risalətin vəzifəsini təmin edən ən mühüm və həyati bir məsələ rəsmi şəkildə müsəlmanlara təbliğ edilməli, çatdırılmalı idi. Buna görə də Peyğəmbər-Əkrəm bütün hacıların dayanmasına fərman verdi. Qabaqda gedənlər qayıtdılar, arxada qalanlar da gəlib çatdılar. Hamısı Qədir-Xum adlı yerdə bir yerə yığışdılar. Müxtəlif müqəddimələrdən sonra Peyğəmbər çıxış etdi və sözünün davamında buyurdu: “İndi görün, sizin aranızda qoyduğum bu iki ağır və dəyərli əmanətlə necə rəftar edirsiniz?!... Birincisi, ən böyük əmanət – Allahın kitabı Qurandır ki, bir tərəfi Pərvərdigarın, digər tərəfi isə sizin əlinizdədir. Ona sarılmaqdan (bir an belə) əl çəkməyin ki, azğınlığa düşməyəsiniz. İkincisi, mənim itrətim və Əhli-beytimdir. Xəbir Allah mənə xəbər vermişdir ki, bu ikisi hovuzun yanında mənə qovuşana qədər bir-birindən ayrılmazlar...”
Bundan sonra Peyğəmbər öz ətrafına baxdı, gözü Əliyə düşən zaman onu çağırdı, əlindən tutub qaldırdı. O qədər qaldırdı ki, hamı onu görüb tanıdı. Sonra buyurdu: “Mən hər kəsin mövlasıyamsa, bu Əli də onun vəlisi, hakimi və rəhbəridir... (Bu cümləni üç dəfə təkrar etdi)... Sonra buyurdu: Camaat, diqqət yetirin! Burada olanlar olmayanlara bu xəbəri çatdırsın.”
Peyğəmbərin sözü sona çatdıqdan, Əli (əleyhis-salam)-ın vilayəti təbliğ olunduqdan sonra hələ camaat dağılmamışdı ki, Cəbrəil nazil olaraq “Maidə” surəsinin 3-cü ayəsini Peyğəmbərə gətirdi: “Bu gün dininizi sizə kamil etdim, nemətimi sizə tamamladım və islamın sizin üçün kamil bir din olmasına razı oldum.”[3]
Bu ayə nazil olduqdan sonra Peyğəmbər sevincdən təkbir dedi; Allahın Öz dinini və nemətini tamamladığına görə, Məhəmmədin risalətinə və imam Əlinin vilayət və imamətinə razı olduğuna görə ucadan təkbir dedi.
Buna əsasən, “Maidə” surəsinin 67-ci[4] ayəsi ilə 3-cü[5] ayəsi arasında olan əlaqə qısa şəkildə zikr etdiyimiz bu mühüm tarixi hadisə ilə aydın olur.
İkinci mehvər: Nə üçün Quranda bu iki ayə fasilə ilə yerləşdirilmişdir?
Əvvəldə demək lazımdır ki, müfəssirlərin dediyinə əsasən Quranın ayələri və surələri nazil olma tarixi əsasında tənzim olunmamışdır, əksinə Mədinədə nazil olan surələrin bir çoxunda Məkkədə nazil olan ayələr də vardır, bunun əksi də belədir: Mədəni ayələrini Məkki surələrin ayələri arasında görmək olar. Bu həqiqətə diqqət yetirməklə bu iki ayənin bir-birindən ayrılması çox da təəccüblü deyildir. (Əlbəttə, hər surənin ayələrinin necə yerləşdirilməsi yalnız Peyğəmbərin əmri ilə baş vermişdir). Bəli, əgər Quran ayələri nazil olma tarixi əsasında bir yerə toplansaydı, onda bu irada yer var idi.
İkincisi: Qədir-Xumla əlaqədar ayələrin halal və haram yeməklərin hökmünü bəyan edən ayələrin arasında yerləşdirilməsi Quranın təhrifdən hifz olunması və ondan bəzi şeylərin çıxarılmasının qarşısının alınması üçündür. Çox hallarda bir nəfis və qiymətli şeyi oğrudan qoruyub saxlamaq üçün çox da dəyəri olmayan şeylərin arasında gizlədirlər ki, diqqəti çox cəlb etməsin.[6]
Deməli, əgər bir kəs “təbliğ ayəsi əhli-kitabın barəsində nazil olan ayələr arasında müəyyən bir mətləbi bəyan edir və deməli, mütləq əhli-kitab ilə əlaqədardır” desə, bu söz zəruri olaraq yanlış bir fikirdir! Çünki Quran ayələrinin nazil olması və surələrin təkmil olunması termində tövqifi bir məsələdir, yəni yalnız Peyğəmbərin məsləhəti əsasında tənzim olunur.
Bunların arasında heç bir əlaqənin olmadığını fərz etsək belə, bir ayənin müxtəlif ayələr arasında müstəqil şəkildə gəlməsi istidrad cəhətindən ola bilər. Yəni Quran bir məsələni bəyan etməklə eyni zamanda müəyyən məsləhətlər xatirinə sözün istiqamətini dəyişərək yeni bir mətləbi dinləyicilərin zehninə atır. Sonra yenidən əvvəlki mətləbə qayıdaraq onu davam etdirir.[7]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.