müqəddəs, yaradıcı və mütləq varlıq From Wikipedia, the free encyclopedia
Tanrı — Bir çox dinlərdə (xüsusilə monoteist dinlərdə) Ali Qüvvə və yaradıcı olaraq qəbul edilən varlıq.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
|
Fövqəlbəşər və insanlar üzərində suverenliyi olan varlıq. Yaradıcı, ilah. Müxtəlif türk birliklərində Tənri, Tənqri, Tanqrı, Tənqəre, Tanqara, Teneqere, Tinqir şəklində istifadə olunur. Monqollar Tənqir ve ya Tenqər deyirlər. Ulu Tanrı, Xan Tenqri kimi ifadələr tez-tez keçər. Bəzi türk boylarında qoruyucu ruhlar üçün də istifadə edilər; Su Teyrisi, Yer Teyrisi kimi. Əslində kainatın hər yanındakı bu ruhlar bir bütündür və bir-birinə bağlıdır. Tanrıçılıq sistemli bir quruluşa sahib olaraq bütün ictimai həyata işləmişdir. Türklər tanrıların adlarının sonuna Toyun və ya Bator sifətlərini gətirərkən, monqollar daha çox Saqan (Saqağan) "ağ", Ulan (Ulağan) "qırmızı" sifətini istifadə edərlər. Etrusklarda Thanr adlı, digər tanrıların doğumunda rol oynayan üstün bir Tanrı vardır.
Xüsusilə Anadolu türkcəsində dişi tanrı mənasını verər. İlahə deməkdir. Tanrıça sözünün törətmə formasının aşağıdakı nümunələrə də uyğun olduğu deyilə bilər.
Tanrının dəyişik xüsusiyyətləri xarakterizə edilər: Bağışlayan, Əsirgəyən, Güdən, Bilən… Tanrı müxtəlif ad və sifətlərlə xatırlanmışdır. Ən əhəmiyyətliləri aşağıdakı kimi sıralana bilər.
Əzəli yəni əvvəli olmayan, başlanğıcı olmayan deməkdir. Beyrü (Mayru, Bayru, Bayrı) şəklində də deyilər. Öncəsizlik yalnız Tanrıya məxsus bir xüsusiyyət olaraq görülməkdədir. İlk başda mövcud olan tək odur. Ancaq onun yaratması ilə hər şey bədən tapmışdır. Bayrı (sonsuz) sözüylə əlaqəlidir.
Əbədi, sonu olmayan, sonsuza qədər var olacaq olan deməkdir. Mengi (Bengü, Bengi) şəklində də deyilər. Moğollar Monge və ya Münhe deyərlər. Əbədi olma anlayışı yalnız Tanrı üçün nəzərdə tutulur.
(Dan/Tan) kökünden törəmiştir. Təəccüblənmə, heyrət etmə mənaları vardır. Şumercə mənşəlidir. Şumercədə Dingir və ya Tingir olaraq istifadə olunub. "Tanımaq", "tan" kimi sözlərlə əlaqəlidir. Köhnə türkcə, monqol və hətta tungus-mançur dillərində saymaq, hesablamaq, bilmək, məlumat sahibi olmaq mənaları ehtiva edən bir köktür. Monqol "Tenreh" feli gücləndirmək, Təngər isə göy mənası daşıyır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.