From Wikipedia, the free encyclopedia
Din – üzvlərinə bir bağlılıq məqsədi, fərdlərin hərəkətlərinin fərdi və ictimai nəticələrini mühakimə edə biləcəkləri bir davranış qaydaları bütün və fərdlərin qruplarını və kainatı açıqlaya biləcəkləri bir düşüncə çərçivəsi verən bir sistemidir.
|
Din – Din mütləq yaradıcıya ibadət sistemi deyil, daha çox həyat tərzidir. Tanrısız dinlər də vardır. Buddizm onlardan biridir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. "Sivilizasiyalar toqquşmasının" hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir. Dünya birliyi tərəfindən hər bir dinə hörmət bəsləmək kimi önəmli bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq qəbul edilməklə yanaşı, praktikada bu dəyərin heç də hər zaman nəzərə alınmadığı görünməkdədir. Amma mövcud şəraiti düzəltmək, insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə çevrilmişdir.[1]
Din Allah tərəfindən insanları dünya və axirət səadətinə qovuşduran ilahi inanc sistemidir. Din dedikdə mənbəyi yaradana dayanan inanc sistemi nəzərdə tutulur. Dinləri səmavi və qeyri-səmavi olmaqla iki qrupa ayırırlar. Səmavi dinlər, adından bəlli olduğu kimi Allah tərəfindən mələklər vasitəsilə peyğəmbərlərə göndərilən vəhy mənbəyidir. Bunlara haqq dinlər də deyilir. Bir sözlə, xristianlıq, yəhudilik və İslam dini haqq dinləridir. İslam dininə görə ilk insan Həzrəti Adəm eyni zamanda ilk peyğəmbərdir. Hz Adəmdən Hz İsaya qədər bütün peyğəmbərlər insanlara Allahın birliyini və ona necə ibadət ediləcəyini təbliğ etmişlər. Mənbələrə görə səmavi dinlərdən yəhudilik Hz Musa, xristianlıq isə Hz İsa tərəfindən insanlara çatdırılmışdır.
Hazırda dünya əhalisinin təqribən 1,2 milyardı islam dininə etiqad edir. İslam dini səmavi dinlərin sonuncusu hesab olunur və Allah tərəfindən göndərilən peyğəmbərləri və kitabları təsdiq edir. İslam sülh, barışıq, bərabərlik və yardımlaşma dinidir.
Qeyri-səmavi dinlər isə Allah tərəfindən göndərilməyib, insanlar arasında təşəkkül tapan dinlərdir. Bunlara misal olaraq buddizm, zərdüştlük və şintoizmi göstərmək olar. Müasir dövrdə Yaponiya, Çin, Hindistan, Tailand buddizmin yayıldığı ölkələr sayılır. Zərdüştlük bir vaxtlar Azərbaycan, İran, Orta Asiya və Hindistanda geniş yayılmış bir din olmuşdur. Şintoizm köklü yapon dinidir və bu günədək beləcə qalmaqdadır.
Hüquq — cəmiyyətdə nizam təsis edən və cəzasını ictimai vicdanının reaksiyasında və bu reaksiyanı əks etdirən dövlətin maddi icbari qüvvəsində tapan qaydalar nizamnaməsidir. Yılmaz Günəşə görə hüqüq cəmiyyətdə fərd və fərd-cəmiyyət əlaqəsinə bir başa təsir edən bir dəyərdir. Hüquq fərd və cəmiyyət baxmından insanların hərəkət və davranışlarnı idarə edən dəyərlərdir. Hüququn din ilə əlaqəsi qanun və nizam fikrindən qaynaqlanır. Hüquq varlığın ümumi nizam və insanın buna tabe olan Əqli Səlim nöktələrindən din ilə birləşdirən amil ağıldır.
İslam təbiəti və təbiət qanunlarını bir nümunə və əksər hallarda bir ölçü olaraq götürmüşdür, çünki onlar da Allahın adətdir, ancaq insan daha yuxarıda olduğu üçün təbiəti və təbiət qanunlarını İlahiləşdirə bilməz onlara əsir ola bilməz onları bir-birinə istifadə edə bilməsi də bunu göstətir. İslam hüququnun hədəfi, fərd, cəmiyyət mənfəətlərini qarışdırmadan tarazlıq içində qorumaq haqqın yerini tutmasını ədalətin həyata keçməsini təmin etməkdir[2].
Dünyada təxminən 124-dən çox din və ya etiqad mövcud olduğu söylənilir. Onlardan ən məşhurları bunlardır:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.