Yaponiyada ənənəvi din From Wikipedia, the free encyclopedia
Şintoizm və ya Şinto[1] (yap.神道, şinto, "tanrıların yolu") — Yaponiyanın ənənəvi dini.
Qədim yaponların animist inanclarına əsaslanır və ibadət obyektləri çoxsaylı tanrılar və ölülülərin ruhudur. Etimoloji cəhətdən yaponca iki sözün birləşimindən yaranmışdır. Şin tanrılar və ya ruhlar, to isə yol deməkdir. Tarix boyu şintoizm daha çox buddizm və konfutsiçiliyin təsirlərinə məruz qalmışdır.
Qədim yaponlar onları əhatə edən təbiət hadisələrinin, bitki və heyvanların, ölmüş əcdadlarının ruhları olduğunu deyir, onlara sitayiş edirdilər. Şintoizmdə həmçinin totemizm, animizm və digər ibtidai dinlərin də təsiri aşkar şəkildə əks olunmuşdur.
Hazırda Yaponiyada şintoistlərin 80 minə qədər məbədi, 119 milyondan artıq bu inananı var. Yaponiyadan başqa şintoizm ancaq Havayda və Braziliyada yayılmışdır ki, bu həmin ərazilərdə yapon imiqrantlarının çox olması ilə əlaqəlidir. Şintoizmdə əsas yerlərdən birini də, Kami inancı tutur.
Şintoizm ənənəvi yapon dinidir. Yaponlar öz inancları üçün Şintoizm yerinə eyni mənaya gələn tanrılar/ruhlar yolu mənasında kami-no-michi terminini istifadə edirlər. Şinto, folklor, cadu, ata ruhları, ritualizm vərasionalizm də daxil çox sayda çeşidli yapon dini və milli tətbiqlərinə işarə edən kollektiv bir termindir.[2]
Bu yapon dininin inanclarına əsasən Günəş İlahəsi Ameterasu atalardan qalan torpaqların qoruyucusudur və imperator ailəsinin bu İlahənin nəslindən olduğu və onun təcəssüm etdirdiyi bildirilir. Buddizmin Mahayana məzhəbi eradan əvvəl 552-ci ildə Yaponiyaya gəldi və Sintoizm dini ilə qarşılaşdıqdan sonra Buddizmin bir çox anlayışları və inancları Sintoizm dininə də təsir göstərdi. Tanrılara və imperatora sitayiş etmək, ölülər üçün qurban kəsərək xüsusi əməllər həyata keçirtmək və vətənə olan hörmət bu məzhəbin adət-ənənələrindəndir. Buşido, (yəni qəhrəmanların yolu) adlı mərdlik məktəbi də müəyyən dərəcədə Zen məzhəbindən təsirlənmiş və şərəfin, mənliyin, qorunub saxlanılması üçün mərdliyin və müqavimətin vacib olduğunu bildirmişdir. Buna görə də, döyüşçülər məğlub olarkən xüsusi ayin daxilində ömür boyu öz üzərində gəzdirdikləri xəncər vasitəsilə qarınlarını yırtırdılar. Şinto məzhəbinə dəfələrlə əlavələr edilmişdir və sonda 1946-cı ildə imperatora sitayiş etmək adəti imperatorun özü tərəfindən ləğv edilmişdir. indiki vaxtda bu din Buddizm dini ilə birlikdə Yaponiyada varlığını davam etdirir.[3] Şinto anlayışının, ümumi yapon inancını ölkəyə xaricdən gələn inanclardan Şinto ayırmaq üçün ilk dəfə səkkizinci əsrdə yazılmış Nihongi’de istifadə edildiyi ifadə edilir. Əsli Çin dilində olan bu ifadənin yapon dilində qarşılığı Kami no Miçidir və bu da "Kamilerin Yolu" anlamına gəlir. Bu səbəblə Şintoizm’i doğru başa düşə bilmək üçün hər şeydən öncə bu inancın adında keçən kami qavramını bilmək vacibdir. Kami, yapon dilində "mənəvi varlıqlar, üstün, yuxarıdakı, uca, üstün güclər, müqəddəs varlıqlar, ruhlar" kimi mənalara gəlir və ruhlar, mələklər,tanrılar, cinlər kimi görünməyən bütün varlıqların ümumi adı olaraq istifadə edilir. Çox əvvəllərdən bəri mövcudiyyətinə inanılan üstün, tanrısal ixtisasçılar kami yanında ölən insanların ruhlarının da bir çeşid kami olduğu düşünülür.
Şintoizmdə tanrılar deyildiyində kami ağıla gələrkən, kami qavramı bir yerdə istifadə edildiyində isə tanrılar ifadə edilmək istəməmiş ola bilər. Bunun nə anlama gəldiyini doğru anlaya bilmək üçün cümlənin bağlamı diqqətə alınmalıdır. Yəni Şintoizmdə tanrılar kamilərdir, ancaq hər kami tanrı deyildir. Kami ilə Köhnə Türk inanclarındakı "kam" sözünə bənzərliyindən yola çıxan bəzi araşdırmaçılar bunların, Orta Asiya dillərindən qaynağını alan və bənzər anlama gələn qavramlar olduğunu da iddia etmişlərdir. Şinto inancında hər kami eyni özəlliklərə və gücə sahib olaraq başa düşülməz. Yaxşı kamilər olduğu kimi, piskamilərin də varlığına inanılır. Həyatında yaxşılıqlar edərək ölmüş olan bir kişinin yaxşı kami, pis işlər edərək ölən birisinin isə pis kami olduğu düşünülür.
Dünyanın yaradılışından bəri aktiv olan Ameterasu (Güneş Tanrıçası) kimi üstün kamilər yanında, topluma faydalı işlər edib, xalq tərəfindən sevilən bəzi ölmüş insanlar da duaya, caduya və niyaza layiq kamilər olaraq qəbul edilir və onlar adına düzəldilən məbədlərdə özlərnə ibadət edilir. Kamilərin bir qisminin, yaxşı ya da pis olaraq düşünülməyib, insanların onları çeşidli vəsilələrlə təzimlə anması və onlara təqdimçilərin təqdim etməsi nəticəsində insanların leyhlərinə çevrilməsi, tam tərs vəziyyətdə isə əleyhlərinə döndürülməsi mümkündür. Ancaq bu vəziyyət bütün kamilər üçün keçərli deyil; zira dinî mətnlər və mifologiya da , insanların heç bir yanlış davranış ilə bağlantısı olmadan var olan pis kamilər də, gözə sataşar.[4] Şintoizmdə tanrıların və ruhların sayı çıxmaq üçün çox böyükdür. Günəş tanrısı sayılan Amaterasu Ali Tanrısıdır. Erkən Yapon mifologiyasına görə, bu tanrı Yapon imperatorlarının əcdadı kimi təsvir edilmişdir. O, səma ölkəsinin tanrısıdır. İlahiliyin simvolu güzgüdür. Yapon əcdadları və digər tanrıların yaradıcıları hesab edilən İzanagi və İzanami kişi və qadın tanrılarıdır. Erkən mifologiyaya görə, qadın ilahə İzanami od tanrısını dünyaya gətirərkən öldü. Kişi tanrısı İzanaqi isə həyat yoldaşı Ay tanrısı Tsukiyominin ölümündən sonra keçirilən təmizlənmə mərasimində sol gözündən günəş tanrısı Amaterasunu dünyaya gətirib; fırtına və dəniz tanrısı Sosanowo, atəş tanrısı Ataqo; Yemək tanrısı İnari oldu. Şintoizmdə mifologiya mühüm yer tutur. Əbədi olaraq mövcud olan üç kami bir sıra kişi və qadın kami yaradır. Bir gün, kişi kami İzanagi və qadın kami İzanami səma körpüsündə dayanarkən, İzanagi müqəddəs qılıncını aşağıda olan xaos dənizinə batır/atdırır və qılıncını dənizdən çıxaran kimi, onun damcıları düşür. qılıncdan düşən su dənizi laxtalanır və beləliklə də Yapon adalarını əmələ gətirir. Bu iki kami — İzanagi və İzanami — sonradan bu adalara düşərək, burada evləndilər və Şintoizmdə sitayiş edilən və hörmət edilən saysızhesabsız kamilər dünyaya gətirdilər. Bu kami nəslindən əlavə, İzanagi günəş anrısı Amaterasu və ay tanrısı Tsukiyomi-no-Mikoto doğurur. İllər sonra adalardakı nizamsız həyatdan və xaosdan narahat olan Amaterasu, böyük oğlu Ninigiyə yer üzünə enib idarəçiliyi ələ almağı tapşırır. Ninigi də bu nizama əməl edərək yerə enir və bununla da ilk insan imperatoru titulunu alır. Bu mifoloji hekayəyə görə, həm Yapon adaları, həm də yaponlar ilahi mənşəlidir. Buna görə də II. İkinci Dünya Müharibəsinə qədər hər bir imperator günəş tanrısı Amaterasunun oğlu hesab olunurdu.[2]
Vəhyə əsaslanan bir konsepsiya çərçivəsində olmasa da, Şintoizmi çoxallahlıq bir müqəddəsi ilə uyğun şərh edən bəzi yazılı mətnlər Şintoistlər arasında hörmətli yer tutur.
Qədim məsələlərin qeydi — Miladdan sonra 712-ci illərdə yapon dilində yazılmış ən qədim yapon müqəddəs kitabıdır. Təməl olaraq yaradılış Yaponiyanın yaradılışı və yaponların dini ənənələri və ənənəvi mifoloji və nağılları və hekayələri yerləşməkdədir.
Yaponiya İcazənamələri — Yapon yaradılış mifologiyası və ilahi varlıqlarla əlaqəli hekayələr ehtiva edən ən qədim yapon müqəddəs yazılarında biridir. Miladdan sonra 720-ci ildə toplanmışdır.
Miladdan sonra 900-cü illərdə toplanan və Şinto ənənəsi və günümüzdə Şinto ənənəsində istifadə edilən çox ibadətlə əlaqəli qanunları ehtiva edən erkən dövr yapon müqəddəs kitab kolleksiyasıdır.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.