Mələk və ya əvvəlki mənbələrdə füriştə[1] — iudaistik, xristian və müsəlman ənənələrində Allaha xidmət edən fərdiləşdirmiş bədənsiz və qanadlı varlıq. Rəvayətlərə görə miqdarca saysız mələklər nurabənzərlərdir. Xristian ənənəsində doqquz dənə mələk rütbə var (serafimlər, xeruvimlər, taxt-taclar, hökmranlıqlar, qüvvələr, hakimiyyətlər, başlanğıclar, arxmələklər və mələklər).
Bu adın digər istifadə formaları üçün bax: Mələk (dəqiqləşdirmə).
Mələklər, Quranda 21 surədə qeyd olunduğu kimi, Allah tərəfindən müəyyən vəzifələri yerinə yetirmək məcburiyyətindədirlər. İslam dinində mələklər, yeməyən, içməyən erkəyi və dişisi olmayan, yatmayan, günah işləməyən , gözə görünməyən, nurdan ya da oddan yaranan varlıqlar kimi insanlara bilinir. Mələklər yalnız Allaha qulluq edirlər. Insanlar və cinlərdən fərqli olaraq, onların iradə azadlığı yoxdur və öz fövqəltəbii məskənlərinə təyin olunmuşlar. Buna görə də günahsız varlıqlardır[2]İslamda ən müqərrəb (məqamı daha uca olan) mələk vəhy mələyi olan Cəbrayıl hesab olunur. Əzrayıl, Mikail, İsrafil də müqərrəb mələklərdir. Cəhənnəm mələkləri arasında məşhur olan Maalik, Zəbanilar və İblisdir.[3] Bəzi Süfizm təfsirlərə görə mələklər Allahın sifətlərinin əksidir: Mərhəmət mələkləri Allahın gözəl adlarını və cəza mələklərini Allahın kral hakimiyyəti adlarını təmsil edirlər.[4]İslam dinində Quranda və ya hədislərdə mələklərin sayları və çeşidləri göstərilməmişdir
Mərhəmət mələkləri
Mərhəmət mələklərin aşağıdakı xüsusiyyətləri vardır:
Joseph Freiherr von Hammer-Purgstall: Rosenöl. Erstes und zweytes Fläschchen: Sagen und Kunden des Morgenlandes aus arabischen, persischen und türkischen Quellen gesammelt. BoD – Books on Demand, ISBN 9783861994862, S. 15. (almanca)
• "NūrArxivləşdirilib 2022-04-23 at the Wayback Machine." The Concise Oxford Dictionary of World Religions. – via Encyclopedia.com; • Hartner, W., and Tj Boer. 2012. "Şablon:Doi-inline." Encyclopaedia of Islam (2nd ed.), edited by P. Bearman, et al. ISBN978-90-04-16121-4. • Elias, Jamal J. 2003. "Şablon:Doi-inline." Encyclopaedia of the Qurʾān 3, edited by J. D. McAuliffe. DC: Georgetown University. Retrieved 23 may 2020.
Abu l-Lait as-Samarqandi's Comentary on Abu Hanifa al-Fiqh al-absat Introduction, Text and Commentary by Hans Daiber Islamic concept of Belief in the 4th/10th Century Institute for the Study of Languages and Cultures of Asia and Africa S. 243