From Wikipedia, the free encyclopedia
Reformasiya (lat. reformatio) — XV-XVI əsrlərdə Katolik kilsəsinə qarşı başlanan dini etirazlar.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
XVI əsrin ikinci yarısında Appenin yarımadasında mədəniyyət ve elm sahələrində inanılmaz inkişaf yaşanmağa başladı. İntibah dövrü adlanan bu hərəkat müasir Avropa ilə antik Avropa arasında kəsilmiş əlaqəni yenidən bərpa etdi. Avropalı alimlər, bu dövrlərdə İslam dünyasındakı alimlərin hesabına riyaziyyat elminin sirlərinə yiyələndilər. Qatı dini fikirlərlə yanaşı, dini inkar və ya tənqid edən müxtəlif fəlsəfi cərəyanlar yaranmağa başladı. İohann Qutenberqin kitab çapını asanlaşdırmasından sonra, Avropada kitabların istifadəsi genişləndi. Mədəniyyət, Ədəbiyyat və Memarlıq sahələrində yazılmış kitablar çoxaldılaraq Avropanın müxtəlif ölkələrində yerləşən universitetlərə və elm mərkəzlərinə göndərilirdi. Orta əsrlər eyni zamanda Qədim Roma zamanında əsası qoyulan, ancaq texniki inkişafın olmaması səbəbindən yarımçıq qalmış Coğrafi kəşflərində sürətlənməsinə və genişlənməsinə səbəb olmuşdur. İtalyan İntibahı Orta əsrlərin ən mühüm hadisələrədən biri hesab olunur.
Roma papasının Almaniyada "cənnət qəbzlərinin genişləndirməsi katolik kilsəsinə qarşı açıq mübarizənin başlanması üçün bir təkan oldu. Vittenberq universitetin ilahiyyatçı professoru Martin Lüter 1517-ci ildə "cənnət qəbzi" ilə alver olunması əleyhinə çıxış etdi. Bu xəbər Romaya çatdıqda papa Almaniyaya xüsusi fərman göndərdi və Lüteri lənətləndirdi. Lüter papanın özünü bidətçi elan etdi və onun fərmanını tonqalda yandırdı.
Papanın tərəfini saxlayan imperator Lüteri Vorms şəhərində keçirilən qurultaya çağırdı. Burada imperator Lüteri həbs etməyə çalışdı, lakin cəngavərlər onun müdafiəsinə qalxdılar.
Lüterin çıxışı dinə qarşı deyildi. O, öz çıxışı ilə reformasiyanın, yəni kilsənin yenidən qurulması uğrunda mübarizənin başlanğıcını qoydu.[1] Reformasiya uğrunda mübarizə aparan varlı şəhərlilər kilsə vergilərinin azaldılmasını, monastırların bağlanmasını tələb edir və kilsə sərvəti hesabına varlanmağa çalışırdılar. Cəngavərlər kilsə torpaqlarını onun əlindən almağa can atırdılar. Knyazlar istəyirdilər ki, hər bir knyazlığın kilsəsi papaya deyil, knyazın özünə tabe olsun. Kəndlilər və şəhərlilər isə təkcə katolik kilsəsinə qarşı deyil, həm də kilsənin müdafiə etdiyi feodal qaydalarına qarşı mübarizə aparırdılar. Bu, feodalizm quruluşuna qarşı çevrilmiş xalq reformasiyası idi.
Almaniyada intibah dövrü Humanizm hərəkatı ilə başlamışdır. Desiderius Erasmus və Martin Lüter dini mövzularda araşdırmalar apardılar. Martin Lüter Xristianlıqda Protestanlıq adı verilən Reformasiya hərəkatını başlatdı. Jan Kalvin Martin Lüterin müxalif fikirlərini açıq şəkildə müdafiə etdiyi üçün kilsənin əsas güc mərkəzlərindən biri olan Paris şəhərini tərk etməli olmuşdu. Jan Kalvin 1534-cü ildə Parisi tərk etmiş və bir müddət Strasburq, Bazel kimi şəhərlərdə qalmışdır. 1541-ci ildə Cenevrə şəhərinə köçərək burada Kalvinizm cərəyanını genişləndirmişdir. 1598-ci ildə Fransa kralı IV Henri tərəfindən qəbul edilən Nant razılaşması ilə Fransada yaşayan kalvinist və protestantlara geniş hüquqlar verildi və onların dini inancı tanındı.
Alman rəssamı Albrext Dürer dini tablolar çəkməyə başladı. İngiltərədə Uilyam Şekspir, İspaniyada isə Migel de Servantes tərəfindən məşhur əsərlər yazıldı. İntibah dövrünün nəticəsində Sxolastika fəlsəfəsi çökdü. Sxolastika fəlsəfəsinin yerini hər şeyi elmi yolla sübut etmək fikri hakim oldu və bu tip fikirlər nəticəsində reformasiya hərəkatının əsası qoyuldu. Elm və texnika sahəsindəki uğurlar sürətləndi. Avropada bədii əsərlərdən zövq alan elitar kübar cəmiyyət formalaşmağa başladı. Din xadimlərinin və kilsələrin xalq üzərindəki təsir dairəsi zəiflədi. Kilsə reformasiya hərəkatının qarşısını almaq üçün elm adamlarını təqib etməyə, onlara qarşı İnkvizisiya məhkəmələrini təşkil etməyə başladı. Bu təqiblər nəticəsində Cordano Bruno və Yan Qus kimi elm adamları tonqalda yandırıldı. 1542-ci ildə Roma inkvizisiya məhkəməsi yaradıldı.
1598-ci ildə Fransa kralı IV Henri tərəfindən qəbul edilən Nant razılaşması, 1685-ci ildə ləğv edildi. 1715-ci ildə Fransada Protestanlığın qadağan edilməsindən sonra 250.000 Hüqonot ABŞ və Niderland kimi protestant ölkələrə köçməli oldular. 1545–1565-ci illərdə çağrılan Trent şurası Protestanlığı sərt şəkildə tənqid etdi və bu məzhəbin Xristianlıq dininə zidd olduğunu bəyan etdi. Puritanlar və Anabaptistlər kimi dini icmalar kilsəyə qarşı aparılan reformasiya hərəkatını səmərəli hərəkat hesab etmirdi. Protestanların Avropada katoliklər tərəfindən təqib və təhdidlərə məruz qalması səbəbindən bir çox Avropalı protestant son çıxış yolu kimi, Şimali Amerikaya köçməyi seçdi.
Avropada reform hərəkatlarının yaranması nəticəsində xristianlığın mövqeyi zəifləmiş, Vatikan öz nüfuzunu itirmişdi. Vatikanın nüfuzunun zəifləməsi və Avropada dini zəmində baş verən bir çox hadisələr nəticəsində, 1618–1648-ci illəri əhatə etmiş Otuz illik müharibə baş vermişdir. Müharibənin baş verməsinin əsas səbəbi Katolik-Protestant mübarizəsi olsa da, bir çox dövlətlər bu müharibəyə dini deyil, siyasi məqsədlər üçün qatılmışdılar. Otuz illik müharibə çox zaman Müqəddəs Roma İmperiyasına tabe olan knyazlıqların müxtəlif cəbhələrdə döyüşməkləri səbəbindən, vətəndaş müharibəsi də adlandırılır. Müharibə 1648-ci ildə Protestantlığın qələbəsi ilə bitmişdir. Müharibədən sonra imzalanan Vestifaliya müqaviləsinə əsasən Müqəddəs Roma İmperiyası parçalanmış və ərazisində bir çox kiçik dövlətlər yaranmışdır. İmperiyanın əlində olan bir çox hüquqlar isə məhdudlaşdırılmışdır.
18 avqust 1572-ci ildə keçirilmiş möhtəşəm toy mərasimi və qugenotların kral əyanlarının arasında olması katolikləri daha da qəzəbləndirmişdir. Hadisələr sürətlə inkişaf etmiş, 22 avqustda admiral Kolinyiyə qarşı sui-qəsd təşkil olunmuşdur. Fanatik katolik və böyük nüfuz sahibi hersoq Henrix de Giz həmin əməliyyatın rəhbəri idi. Protestant zadəganları kraldan hertsoqun cəzalandırılmasını tələb etmişlər. Yeni müharibənin başlamasından ehtiyat edən qugenotlar Parisi tərk etməyə başlamışlar. Yaranmış vəziyyətdən istifadə etmək qərarına gələn kralın anası hökmdarı yeni vətəndaş müharibəsinin qarşısını almaq naminə protestant başçılarının öldürülməsinin zəruri olduğunu inandıra bilmişdir. Bu planın həyata keçirilməsi üçün Müqəddəs Varfolomey günü, yəni 1572-ci il avqustun 24-ü seçilmişdir. O gün şəhər qapıları bağlanılmış və hərbi dəstələr hazır vəziyyətə gətirilmişdir. Gecə sui-qəsdçilər yaralı admiralın otağına daxil olaraq, onu və mühafizəsini qılıncdan keçirmiş, sonra isə kilsə zənglərinin işarəsi ilə şəhər əhalisi protestantları qətlə yetirməyə çağrılmışdır. Parisdə başlanmış bu qırğın, kralın xeyir-duası ilə ölkənin digər şəhərlərinə də yayılmışdır. Azğınlaşmış əhali protestantların əvvəlcədən təbaşirlə işarələnmiş evlərinə girərək onları eyvandan küçəyə atmış, qadınlara təcavüz etmiş, soyğunçuluqla məşğul olmuşdur. Qadın-uşaq demədən hər kəs öldürülmüş, təkcə protestantlar deyil, hətta katolisizmə məxsus olmayan digər din nümayəndələrinə də mərhəmət edilməmişdir.
Katolik zülmünə və alman ağalığına qarşı Yan Qusun (1371–1415) başçılığı altında hərəkat başlandı. Bu hərəkat onun adı ilə — Qusçular hərəkatı adlandı. Kəndli oğlu olan Yan Qus Praqa Universitetinin professoru idi. O, katolik ruhanilərini tənqid edir və Roma papasının vəzifələri pulla satmasını lənətləyirdi. Yan Qus katolik kilsəsinin torpaqlarının əlindən alınmasını və kəndlilərə paylanmasını, kilsənin çex kralına tabe olmasını tələb edir, çex xalqını ölkəni yadelli əsarətindən azad etməyə, Roma papası və almanlara qarşı mübarizəyə çağırırdı. Praqa şəhərinin baş yepiskopu Qusdan kilsəyə qarşı təbliğatı dayandırmağı tələb etdi. Qus onun tələbinə məhəl qoymadı və Roma papası onu kilsə məclisinə dəvət etdi. İmperator Yan Qusa toxunulmazlıq fərmanı verdi. Yan Qus Almaniyanın cənubundakı Konstans şəhərində çağırılmış kilsə məclisinə gəldi. Onu tutub 6 ay həbsxanada saxladılar, kafir elan etdilər və 1415-ci ildə tonqalda yandırdılar.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.