İran azərbaycanlılarının siyahısı
From Wikipedia, the free encyclopedia
İran azərbaycanlıları və ya cənubi azərbaycanlılar — İran Azərbaycanında yaşayan və ya əslən İran Azərbaycanından olan azərbaycanlılar. İran azərbaycanlılarının sayı müxtəlif mənbələrə görə 15–22 milyondur. Bu isə İran əhalisinin 18% — 30%-ni təşkil edir.[1][2][3]Azərbaycanlılar əsasən İranın şimalında, qərbində və şərqində yaşayırlar, aborigen xalqdır və əhalinin əsas hissəsini təşkil edirlər. Ərdəbil, Urmiya, Təbriz, Zəncan ostanlarında əhalinin əsas hissəsidirlər.[4] Bütünlükdə isə farslardan sonra İranda yaşayan xalqlar içində sayca ən çoxdurlar.[5]
- Şərqi Azərbaycan ostanı: 3,750,000 (nəfər)
- Qərbi Azərbaycan ostanı: 3,062,000
- Ərdəbil ostanı: 1,262,000
- Zəncan ostanı: 1,000,000
- Qəzvin ostanı: 1,230,000 (bu əyalətdə 230,000 nəfər tat və fars yaşayır)
- Əlburz ostanı: 2,325,000 (2,000,000 nəfər azərbaycanlı bu əyalətdə yaşayır)
- Həmədan ostanı : 1,726,000 (1,000,000 nəfər azərbaycanlı bu əyalətdı yaşayır, lorlar, ləklər və kürdlər bu əyalətin diyər sakinləridilər)
- Tehran ostanı : 12,700,000 (6,000,000 nəfər azərbaycanlı bu əyalətdə yaşayır.)
- Gilan ostanı : 2,490,000 (bu əyalətin Astara , Talış , Ənzəli , Rəşt şəhərlərində 500,000 nəfər azərbaycanlı yaşayır)
- Mərkəzi ostanı : 1,413,000 (bu əyalətin Savə və Ərak şəhərlərində 400,000 nəfər azərbaycanlı yaşayır)
10 əyalətin toplam əhali sayı: 30,958,000
10 əyalətin toplam azərbaycanlı əhali sayı: 22,000,000