Azərbaycan Demokrat Firqəsi

From Wikipedia, the free encyclopedia

Azərbaycan Demokrat Firqəsi — 1945-ci il sentyabrın 3-də Seyid Cəfər Pişəvəri tərəfindən yaradılmış partiya.

Bu məqalə Azərbaycan Demokrat Firqəsi haqqındadır. 1991-cı ildə yaranmış partiya üçün Azərbaycan Demokrat Partiyası səhifəsinə baxın.

Haqqında

Azərbaycan Demokrat Firqəsi 1945-ci il sentyabrın 3-də Təbrizdə Təbrizdə 77 nəfərdən ibarət qrup tərəfindən yaradılıb.[1][2] Elə həmin gün Azərbaycan Demokrat Partiyasının (ADP) yarandığını və onun məqsəd və vəzifələrini elan edən müraciətnamə yayıldı.[3][2] Partiyanın əsas vəzifə və tələbləri bunlar idi:[2]

  • Azərbaycan xalqına daxili azadlıq və mədəni muxtariyyət verilməsi.
  • Məktəbdə dərslərin Azərbaycan (üçüncü sinfə qədər ancaq Azərbaycan dilində) və fars dillərində aparılması.
  • Azərbaycanlıların məclisdə daha ədalətli və mütənasib şəkildə (deputatların 1/3 Azərbaycandan seçilməlidir) təmsil olunmaları.
  • Həmin vəzifələri yerinə yetirmək ucün əyalət və vilayət əncümənlərinin təşkil edilməsi.

25 gün ərzində partiya üzvlərinin sayı 10 mini keçib.[4] Tudə Partiyasının Azərbaycan Əyalət Komitəsi ilə birləşdikdən sonra partiya üzvlərinin sayı 70 minə çatıb.[5] 1945-ci il oktyabrın 2-də Təbriz şəhərində partiya üzvlərindən seçilmiş 237 nümayəndənin iştirakı ilə Azərbaycan Demokrat Partiyasının birinci təsis qurultayı keçirilib.[6]

Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra partiya mühacirətdə fəaliyyət göstərib. 1947-ci ilin dekabrın 2-də Azərbaycan qəzetinin mühacirətdə ilk sayı çap olunub.[7] Seyid Cəfər Pişəvəri dünyasını dəyişdikdən sonra partiyaya 1947-ci ilin noyabr ayından 1954-cü ilin sentyabr ayınadək Sadıq Padeqan, 1954-cü ilin sentyabr ayında 1959-cü ilin avqust ayınadək Mirqasım Çeşmazər, 1959-cu ilin avqust ayından 1979-cu ilin oktyabr ayınadək Qulam Yəhya, 1979-cu ildən isə Əmirəli Lahrudi rəhbərlik edib.[8]

Mühacirətdə

1946-cı ildə firqə üzvlərinin sayı 360.00 nəfər olduğu halda onlardan yalnız 3122 nəfəri mühacirət edib.[9]

Mənbə

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.