Hacı Zeynalabdin Məşədi Səfərəli oğlu Marağayi (1840, Marağa, Şərqi Azərbaycan ostanı – 1910, Marağa, Şərqi Azərbaycan ostanı) — Azərbaycan və ya kürd əsilli İran yazıçısı.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Hacı Zeynalabdin Marağayi | |
---|---|
Doğum tarixi | 1840 |
Doğum yeri | |
Vəfat tarixi | 1910 |
Vəfat yeri | |
Fəaliyyəti | romançı, yazıçı |
Hacı Zeynalabdin Marağayi Vikimənbədə |
Həyatı
Zeynalabdin Marağayi 1837-ci ildə Marağada bir kürd[1][2] və ya azərbaycanlı[3] ailəsindən anadan olmuşdur. O, 20 yaşınadək Marağa və Ərdəbil şəhərlərində yaşayıb, atasından qalan mal-dövləti əldən verib, qardaşı ilə bərabər öz vətənini tərk edib, çox az sərmayə ilə Qafqaza gəlib, Tiflis şəhərində sakin olub. Bu şəhərdə 3–4 ilin ərzində artıq mal qazanıb, neçə min manat ələ gətirir. Yavaş-yavaş iranlıların sayı Tiflis şəhərində artdıqca, onun da hörməti, etibarı artır, İranın baş konsulu Əsədulla xan Nazim əl Dövlə tərəfindən Kutaisi şəhərində naib-konsul işinə məşğul olur.
Hacı Zeynalabdin Mərağei özü bu barədə belə deyir: "O zamanlarda mən həm konsul və həm iranlıların başçısı və həm də tacir idim. Həmvətənlərin malı təzyiqatların rəf etməyi özümə vacib bilib, onların yeyib-içməklərin, geyməklərin və s. çətinliklərin həll etməyə başladım. O zamanda bütün qazandığım mal-dövlət əlimdən getdi və təkcə həmvətənlərin borcları yazılmış bir dəftər əlimdə qaldı. Krıma getməyə məcbur oldum və qardaşımla birlikdə İstambuldan Krıma malul ticarə aparıb, orada ticarətə məşğul oldum. Yenə də az zamanda, kafi sərmayə ələ gətirib o şəhərdə qalmalı olduq"[4].
1852-ci ildə Rus dövləti ilə Osmanlının müharibəsi başladı, bu iki qardaş Yaltaya gedib, orada işlərinə rövnəq verdilər. Yalta şəhəri rus imperatorunun yaylağı idi. Bu şəhərədə Zeynalabdinin işi bütün şahzadə və dərbar əhalisi ilə olurdu. Özünə böyük hörmət və etibar qazananraq "İranın dürüstkar taciri" ləqəb tapdı. Rus təbəəsi olmağı ondan istədilər. Bu məcburiyyəti başından ata bilməyib, rusun tabeliyini qəbul etməyə and içir. Amma vətən eşqi, hürriyyət duyğusu və s. Şərq istəkləri bir ləhzə onu buraxmayıb, rus tabeyyəti qəbulundan sonra özü-özünə bir xain insan kimi baxırdı, vətənə xəyanət, dinə xəyanət və vətəndaşlara xəyanət…
Hər an özü özünü lənətləyirdi, necə olar ki, mənim vətəndaşlarım, qardaşlarım, müstəbid hakimlərin sitəminin altında can verirlər və mən özümü kənara çəkib rahat yaşayıram. Bu duyğular bir an onu rahat qoymurdu, və nəhayət dükanı, evi və var-yoxunu Kərimə şəhərində satıb, İstambula qayıdır, ailəsini orada qoyarkən Allahın evinin ziyarətinə yola düşür, neçə illər rus təbəəsi ola-ola İstanbulda yaşayır, nəhayət Mirzə Mahmudxan Əlaülmülk vasitəsilə rus tabeliyini dala qaytarır, yenidən İran tabeyyəti alır. İstanbulda olan zaman "Şəms" qəzetəsi ilə həmkarlığa başlaır və Kəlkətədə nəşr olan "Həbülül-mətin" dərgisində məqalələr yazır.
Zeynalabdin Mərağeyinin əsas işi, 3 cilddə çap olunmuş "Səyahətnameyi İbrahimbəy" (İbrahimbəyin səfərnaməsi) kitabıdır. Bu kitab bir güzgü kimi İranın ictimai-siyasi vəziyyətini saf, sadə, açıq və aydın surətdə bəyan edir. Qacar məmurlarının əməlləri, hakimlərin rəftarı İran camaatının savadsızlığı, İran ölkələrinin dala qalması, camaatı aldadan mollaların əməlləri, camaatın beynindəki xürafə və xülyayi fikirlər hamısı və hamısı bu kitabda eyni və real şəkildə göstərilir və buna görə də kitabın ilk çaplarında müəllifin adından xəbər yoxdur.
İbrahimbəy bir fərzi şəxsiyyətdir, bəlkə də Hacı Zeynalabdin öz adını İbrahimbəy qoyur və öz səfərin və İranda gördüyü təcrübələrin, İbrahimbəy adı ilə bəyan edir. Kitabın I cildi İranda yayılanda heç bir kəs, bir savadsız və sadə tacirin o yüksək və zəngin kitabı yazmağına inana bilmirdi və çoxları Mirzə Mehdixan "Əxtər" ruznaməsinin yazıçılarının birini, kitaba müəliif deyirdirlər. Ancaq kitabın II və III cildi Mirzə Mehdixanın ölümündən sonra çap olması bu iddianı sona yetirdi.
İbrahimbəy iranlı bir tacirin oğlu, 50 il qabaqca ticarət əzmi ilə Misir məmləkətinə köçüb, orada ticarəti yaxşı səhman tapıb və Misirdə qalmalı olur. Bu 50 il ərzində, heç bir İran adət və ənənələrini dəyişməyib və öz milliyyətinə (iranlılığına) elə bağlı olur ki, hətta bir kəlmə ərəb sözü öyrənib dilə gətirməyib. Bu imanlı tacir ailəsini və uşaqlarını da İran eşqi ilə böyüdüb. Tacirin böyük oğlu 20 yaşına yetirərkən, atası dünyasını dəyişir. İbrahimbəy 20 yaşında, imanlı, huşlu, zəkavətli, vətənsevər, qeyrətli və nəcib bir cavan idi. Təəssüb onun gözünü yumubsa da, ancaq xaricə dillərini və əməllərini yaxşı öyrənib, atası dünyaya göz yuman zamanlar oğluna vəsiyyət edir: "30 yaşına yetənədək dünyanın hər yerinə səfər edirsən et, ancaq getdiyin yerlərdə hər nə görsən yaz və saxla, o yazdıqların bir gün kara gələr".
Atanın ölümündən sonra İbrahimbəy müqəddəs Məşhəd ziyarəti arzusu ilə, dəmiryol vəsiləsi ilə "Bəndəri Berr Misirə" hərəkət edir (Bəndəri Berr, Həman Misirin İskəndəriyə bəndəridir. Ancaq İbrahimbəy İskəndəri Məqdunini İrana bir böyük düşmən bilib, onun adını dilə gətirməyi unudulmaz bir günah bilirdi). Oradan İstanbula, Batuma, Tiflisə, Bakıya, Ənzəliyə, Sariyə, Uzun Adaya, Aşqabada və nəhayətdə müqəddəs Məşhəd şəhərinə yetişir.
İstanbul şəhərində "Kitabi Əhmədi" Hacı Zeynalabdin Mərağeyidən alıb yol uzunu oxuyur, oxuduqca təsəvvüratı İrana görə dəyişilir və onun çox sözlərini qəbul etməyib, onu yazanı, Əbdürrəhim Talıbovu bilməməzliyə və səhv etməyə məhkum edir. Naməsində yazır: "Kitabi Əhmədi"n yazanı çox da alim və savadlı bir şəxs idi, ancaq belə nəzərə gəlir ki, ya İranı yaxşı tanımır, ya səhv edir və ya o, biz iranlılardan deyil".
İbrahim bəy bu təsəvvürat ilə Batum şəhərinə yetişir və orada ilk dəfə görür: "İranlılar dəstə-dəstə yırtıq-yamaq paltarla nəhayət miskinlikdə üzləri aclıqdan saralmış və zəif halətdə bir tikə çörəyə görə hər işi qəbul edirlər". Həmvətənlərinin birindən eşidir: "Bütün Qafqazın şəhərləri, qəsəbələri və hətta kəndləri də belə ac və yersiz iranlılarla doludur. Onlar hakimlərin, darğaların, bəylərin və kattaların zülmündən qaçıb, Rum, Rus və Hindistan məmləkətlərinə yayılıbıar və sübhdən axşamadək günün qabağında bir tikə çörəyə görə ağır işləri qəbul edirdilər".
İbrahim bəy Tehrana yetişib, hər bir kəsin qapısını döyür, hər vəzir ya vəkil tanıyırsa, qapısına gedir, bəlkə həmvətənlərinə bir çarə tapa, ancaq heç bir kəsdən cavab ala bilmir, görür İranın vəzir-vəkilləri sərxoşluqla yatıblar və əsla dünyadan xəbərləri yoxdur. Kədərli və məyus Misirə tərəf qayıdır. Qayıdanda Qəzvin, Ərdəbil, Marağa, Binab, Urmiyə və Təbriz şəhərlərindən keçir, oradan Mərəndə və Batum şəhərinə gedir və Misirə qayıdır.
İbrahim bəy öz səfərində İranın çox vilayətləri və şəhərlərindən keçib və onların ümumi vəziyyətlərini sadə şəkildə yazıb və şərh edir. Əlbəttə, bu yazmaq və şərhdə məqsəd, tənqid etmək və iranlıları oyatmaqdır. O, hər şəhərdən çıxanda bir cümləni təkrar edir: "Hamısı diriykən ölüdürlər, ölmüş ikən canlı".
Bu səyahətnamə bir kamil qamus kimi İranın ümumi vəziyyət və durumunu XIX əsrin sonlarında göstərir. Əhməd Kəsrəvi "Tarixi məşruteyi İran" kitabında yazır: "O kəslər ki, bu kitabı öz zamanında oxuyublar və özlərində bir ağır silkinti hiss ediblər, təkcə onlar bu kitabın ərzişini bəyan edə bilərlər, çox şəxsləri tapmaq olar ki, bu kitabın vasitəsilə ağır cəhalət yuxusundan oyanıb və agah insanlara qoşulublar".
"Səyahətnameyi İbrahim bəy" yazılana qədər İran xalqları arasında bu üslubda kitab yazmanın sabiqəsi yoxdur. Xüsusilə, kitabın sadə və aydınlığı onun güclü təsir bağışlamasına əsli səbəbdir. O zaman iranlıların savadsızlığına görə bu kitabı bir savadlı şəxs evdə ya qəhvəxanələrdə oxuyurdu, onlarla insan bir yerə yığışıb ona qulaq asırdılar və beləliklə, kitabın təsiri lap çox olurdu.
Artıq bu nöqtəyə diqqət lazımdır ki, Hacı Zeynalabdin "Səyahətnameyi İbrahim bəy" kitabını yazan zaman, İsfahan şairlərinin əncüməni-nişat ocağında "Bazgəşt-ədəbi (ədəbi qayıdış)" müzakirələri artıq şiddətlə idamə taxırdı və məqsəd bu idi ki, İran şairləri ünsüri-fərruxi (İranda Xİ miladi əsrinin şairləri) səpkində şer yazsınlar və ya Ənvəri-Sənayi (İranda XII–XIII miladi əsrinin şairləri) üslubunda yazsalar yaxşı olar. Yəni azərbaycanlılar bu miqdar düşüncə və şüur sahibi olan zamanlar hələ İranın sair ölkələrində VII–VIII əsrə dala qayıtmaq istəyirdilər. Və əlbəttə, Qacar şahları da həmən qayıdışdan yardım eləyib, Nişat ocağının şairlərini təşviq edərkən, "Səyahətnamə" kimi kitabların yayılmasını ölkədə yasaq edirdilər.
İndi isə nə Qacar şahı qalır, nə Nişat ocağının şairləri, ancaq Hacı Zeynalabdinin "Səyahətnamə"si bir qabaqcıl kitab kimi zaman keçdikcə yeniləşir və onun yazanına rəhmət göndərən çoxalır.
Əsərləri
- İbrahim bəyin səyahətnaməsi və ya təəssübkeşliyin bəlası: Roman /T.e. və müqədd. H. Məmmədzadənin. Son söz M. İbrahimovun. – Bakı: Elm, 1982. – 500 s.
İstinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.