Remove ads
From Wikipedia, the free encyclopedia
Ərdəbil ostanı — İranın şimal-qərbində ostan. Mərkəzi Ərdəbil şəhəridir.
Bu məqalə Ərdəbil ostanı haqqındadır. Digər mənalar üçün Ərdəbil (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Ostan | |
Ərdəbil ostanı | |
---|---|
fars. استان اردبیل | |
38°15′05″ şm. e. 48°17′50″ ş. u.HGYO |
|
Ölkə | İran |
Daxildir | III region |
İnzibati mərkəz | Ərdəbil |
Ən böyük şəhərləri | Ərdəbil |
Tarixi və coğrafiyası | |
Sahəsi | 17.800 km² |
Saat qurşağı | UTC+3.30, yayda UTC+4.30 |
Əhalisi | |
Əhalisi | 1.248.488 nəfər (2011) |
Əhalinin sıxlığı | 7.014 nəfər/km² |
Etnik tərkib | azərbaycanlılar, digər xalqlar |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | IR-24 |
Telefon kodu | 0451 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
1994-cü ildə Şərqi Azərbaycan ostanından ayrılıb.
Ostanın iri şəhərləri:
Sahəsi 17.800 km²-dir. Ostanın 5 şəhristanının (Parsabad, Biləsuvar, Germi, Meşkinşəhr və Nəmin) Azərbaycan Respublikası ilə 282,5 km sərhədi vardır. Araz və Bolqarçay çayları həmin sərhədin 159 km uzunluğunu təşkil edir. Aslandüz və Biləsuvar məntəqələri vasitəsilə bölgə Azərbaycan Respublikası ilə əlaqə yaradır. Ərdəbil-Astara yolu Heyrandan keçərək Ərdəbili Rəşt, Qəzvin və Tehran ilə birləşdirir.
Ərdəbilin müxtəlif coğrafi-iqlimi şəraiti vardır. Ərdəbil vilayəti əsasən dağlıq hissədən ibarətdir. Vilayəti məşhur Savalan, Talış və Bozquş dağları əhatə edir. Vilayətin ən yüksək zirvəsinin hündürlüyü 4 811 metrdir. Ümumiyyətlə Ərdəbil İranın ən soyuq bölgəsidir. İlin 5-8 ayı havalar soyuq keçir. Vilayətin iqlimi soyuq qış və sərin yay ilə xarakterizə edilir.
Biləsuvar şəhristanı bölgəsi yüksək dağ zonasında yerləşir. Yayı isti, qışı isə sabitdir. Parsabad (Qoçkəndi) bölgəsi də böyük dağ zonasında yerləşir. Buranın iqlimi mülayim istidir. Muğan bölgəsinin İran qismi bütün ölkədə inkişaf etmiş kənd təsərrüfatı və heyvandarlığıyla tanınır. Germi bölgəsi alçaq və hündür dağ silsilələrinin arasında yerləşir. Yayı istidir, qışı isə mülayim. Xalxal bölgəsi dağlıq zonadır. Qışı soyuqdur, yayda havalar sabitdir. İlin 5 ayı burada güclü qar və şaxta olur, bu da Əsalim-Xalxal yolunun Talış dağlarından keçən hissəsinin bu dövrdə tez-tez bağlanmasına səbəb olur. Meşkinşəhr bölgəsi Savalan dağının qərbində yerləşir və dağətəyi zonanı əhatə edir. Qışı soyuqdur, yayı isə mülayim.
Ərdəbil ostanı inzibati cəhətdən 10 şəhristana ayrılır[1]: Biləsuvar şəhristanı, Ərdəbil şəhristanı, Germi şəhristanı, Xalxal şəhristanı, Kövsər şəhristanı, Meşkinşəhr şəhristanı, Nəmin şəhristanı, Nir şəhristanı, Parsabad şəhristanı və Sərein şəhristanı.
Ərdəbil ostanında toplam 1181 yaşayış məntəqəsi mövcuddur .[2] 2006-cı ildə İranda aparılmış siyahıyaalmanın nəticəsinə əsasən vilayət əhalisinin rəsmi sayı 1,228,155 nəfər, urbanizasiya isə 58,26%-dir .[3]
2010-cu ildə Ərdəbil ostanında əhalinin ana dilinə əsasən etnik tərkibi[4] | ||||
---|---|---|---|---|
etnik qrup | nisbəti | |||
Azərbaycanlılar | 98.20% | |||
Talışlar | 0.70% | |||
Tatlar | 0.60% | |||
Kurmanclar | 0.40% | |||
Təsniflənməmiş | 0.10% |
Ostan əhalisinin mütləq əksəriyyəti Azərbaycan türklərindən[5][6] , az sayda talışlardan və iranlı tatlardan ibarətdir.
Əhalinin böyük çoxluğu İslamın şiə məzhəbinin, az bir qismi isə sünni məzhəbinin ardıcıllarıdır.
Ostan 10 şəhristana bölünür:
Qaradağ vilayəti də 2010-cu ildə Şərqi Azərbaycan ostanından alınmış və Ərdəbil ostanının tabeliyinə verilmişdir.
Ərdəbil bölgəsinin tarixi Azərbaycan tarixinin tərkib hissəsidir. Əksər İran tarixçiləri belə hesab edirlər ki, bu şəhər Sasani hökmdarı Firuz. tərəfindən tikilmiş və Ərdəbilin 1500 illik tarixi vardır. Lakin, daha əvvəllər hərbi və siyasi nöqtə nəzərdən Ərdəbil Nəxamənçilər dövründə ən mühüm şəhərlərdən biri olmuşdur və Fars imperiyasının şimalda əsas hərbi bazası sayılırdı. Avestaya istinad edərək demək olar ki, Zərdüşt "Dan Usta" çayının (indiki Araz) yaxınlığında anadan olmuş, "Avesta" kitabını Savalan dağının yerləşdiyi zonada yazmış və öz dinini Ərdəbil şəhərində təbliğ etməyə başlamışdır.
Ərəblərin işğalı zamanı Ərdəbil İranın ən böyük şəhərlərindən biri idi və bu şəhərin qala qapılarında ərəb xilafətinin qoşunları müvəffəqiyyətsizliyə uğramışdılar. Vaxtilə Ərdəbil yerli hökmdar Bani Sağın hərbi qərargahı olmuşdur. O öz paytaxtını Marağadan Ərdəbilə keçirmişdir və monqolların işğalına kimi Ərdəbil Azərbaycanın paytaxtı olaraq qaldı. Səfəvilər dövlətinin banisi Şah İsmayılın siyasəti nəticəsində bütün İran əraziləri birləşmiş və Səfəvilər dövlətinin paytaxtı Təbriz şəhəri olmuşdur və bu I Şah Abbasın dövrünədək davam etmişdir. 1528-ci ildə Səfəvilərin hakimiyyəti dövründə iqtisadi və siyasi cəhətlərdən Ərdəbil İranın ən mühüm şəhərlərindən biri idi. Ərdəbil şəhərinin İranı Avropa ilə birləşdirən mühüm ticarət yolunun üstündə yerləşməsi şəhərin inkişafına böyük təkan vermiş və İranın Gilan vilayətindən Avropaya ipək ticarətini və Avropa mallarının İrana gətirilməsində Ərdəbilin ticarət mərkəzinə çevrilməsinə səbəb olmuşdur.
İndiki dövrdə Ərdəbil bölgənin ən iri və mühüm şəhərlərindən biridir və burada çoxlu tarixi abidələr mövcuddur, əsasən Səfəvilər dövrünə aiddirlər. Bundan başqa Azərbaycan Respublikasına gedən əsas avtomobil yolu Ərdəbildən keçir. Zəngin təbiəti ilə məşhur olan bölgənin ərazisində bir neçə çay və isti bulaqlar axır. Bu səbəbdən Ərdəbil turizm mərkəzinə çevrilmişdir və bura hər il minlərlə turist axını olur.
Şəhərin gözəl tarixi abidələri, özünəməxsus memarlıq ənənələri, müqəddəs məscidləri, kilsələri, qədim körpüləri Ərdəbilə xüsusi əzəmət verir. Ticarət mərkəzi olan Ərdəbil bazarı xüsusi memarlıq tərzində tikilmişdir. Bundan başqa bölgənin təbiəti insanları valeh edir. Savalan dağının ətrafında gözəl təbii vadiləri, Səreynin soyuq bulaqları turistlərin istirahətinə yazda və yayda yaxşı şərait yaradır. Şorabil və Nohur göllərinin ətrafında yaradılan istirahət zonaları beynəlxalq turizm standartlarına uyğundur. Bölgənin Azərbaycan Respublikası ilə sərhəd olması, Ərdəbilin iqtisadiyyatına və turizm infrastrukturunun inkişafına böyük təkan verir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.