Talış dağları

From Wikipedia, the free encyclopedia

Talış dağlarımap

Talış dağları (azərb. Talış dağları, fars. کوه‌های تالش, tal. Tolışə bandon) — Azərbaycanın ucqar cənub-şərqində və İranın ucqar şimal-qərbində Ərdəbil ostanıGilan ostanı daxilində dağ silsiləsi. Talış dağları əsas etibarilə üçüncü dövr çöküntülərindən təşkil olunmuşdur. Talış dağları Kiçik Qafqaz dağlarından Əlburz (İran dağlarına keçid həlqəsini təşkil edir və həqiqi hündürlüyü 2477 metrə çatan üç əsas dağ silsiləsi və onların bir sıra qollarından ibarətdir) .[1] Talış dağları Burovar, Peştəsər və Talış dağ silsilələrindən ibarətdir. Talış dağları cənub-şərqdə Əlburz, qərbdə isə Savalan dağları ilə birləşir. Vilayətin ən hündür nöqtələri Kömürgöy (2493 m) və Qızyurdu (2433 m) zirvələridir. Vilayətin Lənkərançay (Bəşəru), Vazaru, Sadaşaru, Astaraçay, Təngərüd, Pensərçay, Ləkər, Veravulçay, Qumbaşıçay, Viləş, Mişarçay, Göytəpəçay, Bolqarçay və başqa çayları öz başlanğıclarını Talış dağlarından götürürlər.[2]

Cəld faktlar Ümumi məlumatlar, Dağ sistemi ...
Talış dağları
Thumb
Lerik rayonu ərazisində Talış dağları
Ümumi məlumatlar
Dağ sistemi Talış
Dağ silsiləsi Burovar, Peştəsər və Talış dağ
Mütləq hündürlüyü 2493 m
Hündür zirvəsi Kömürgöy
Yerləşməsi
38°42′ şm. e. 48°18′ ş. u.HGYO
Ölkələr
Rayonlar
Thumb
Talış dağları
Thumb
Talış dağları
 Vikianbarda əlaqəli mediafayllar
Bağla
Thumb

Talış dağlarında yağıntılar

Vilayətin daha cənub mövqeyi, yüksək termik vəziyyəti, Xəzər sahilində yerləşməsi, su buxarının miqdarının çox olmasını şərtləndirir ki, bu da Talış dağlarında, yağıntıların miqdarının çox olmasına gətirib çıxarır. Dənizə yaxınlıq və onun kifayət qədər hündürlüklü dağ silsiləsi ilə uyğunluq təşkil etməsi, bu dağların da rütubətli havanın daha cənuba doğru hərəkətinin qarşısını alması ilin soyuq dövründə şimal, şimal-şərq və şərqdən gələn soyuq hava kütlələrinin müdaxiləsi şəraitində bol yağıntıların yaranmasına gətirib çıxarır. Yerli əhəmiyyət daşıyan Xəzər mussonları zəif olur, yayda dənizdən quruya əsməsinə baxmayaraq özləri ilə bol yağıntı gətirmir. Deyilənlər bir daha göstərir ki, Talış dağlarında bol yağıntıların düşməsi yalnız Xəzər dənizinin təsiri ilə izah edilə bilməz. Əsas səbəb tədqiqat rayonunun fiziki coğrafi şəraiti, dəniz və atmosferin ümumi dövranının xüsusiyyətlərinin qarşılıqlı təsir edir.

Həmçinin bax

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.