BolqarçayAzərbaycanın Biləsuvar rayonu ərazisindən axaraq Mahmudçala gölünə tökülür. Uzunluğu 163 km, hövzəsinin sahəsi 2170 km²-dir. Mənbəyini Talış silsiləsində, Qarıçadağın şimal yamacından (1716 m) başlayır. Yuxarı axımından Biləsuvar rayonuna qədər məsafədə Azərbaycanla İran arasında dövlət sərhədini təşkil edir. Çayın illik axımının 90-95%-ni yağış sularından əmələ gəlir. İlin soyuq aylarında yağan yağışlar çayda böyük daşqınlar əmələ gətirir. Yay aylarında çayın suyu tamamilə azalır, bəzi illərdə isə quruyur.

Cəld faktlar Balharı çayı, Ölkə ...
Balharı çayı
Thumb
Ölkə  Azərbaycan
Rayon
  • Biləsuvar rayonu
Mənbəyi Talış dağları
  Yüksəkliyi 1716 m
Mənsəbi Mahmudçala gölü
Uzunluğu 163 km
Hövzəsinin sahəsi 2170 km²
Thumb
mənbəyi
mənsəbi
Bolqarçay Azərbaycanın fiziki xəritəsində:

38°57′29″ şm. e. 48°12′52″ ş. u.HGYO

39°25′03″ şm. e. 48°41′03″ ş. u.HGYO
Bağla

Balharı çayının suyunun səmərəli istifadəsi məqsədilə çayın üzərində Bolqarçay su anbarı tikilmişdir. Muğan düzündə suvarılmada Balharı çaynıın müstəsna əhəmiyyəti var.

Toponimikası

Bolqarçay Yardımlı, CəlilabadBiləsuvar rayonlarının ərazisindən axır. İran ərazisində Qaracadağın şimal yamacından başlayıb. Biləsuvar rayonunda Mahmudçala gölünə tökülür. Orta axarında İranla sərhəd xəttini təşkil edir. Yay fəslində suyu quruyur. Suvarmada istifadə olunur. Talışlar arasında Bolharu, VII əsrə aid mənbələrdə Baranrud, XIV əsrdə Bacrəvançay formasında qeydə alınmışdır. Bolqarçay isə onun yuxarı axınının adıdır. Toponimin erkən orta əsrlərdə Azərbaycanda məskunlaşmış türkdilli bulqar tayfasının adı ilə bağlılığı güman olunur.[1]

31 may 2023-cü ildə çayda olacaq sel təhlükəsindən vətəndaşların qorunması məqsədilə Biləsuvar rayonunun Yuxarı Ağalı, AmankəndMuğan kəndlərinin sakinləri təxliyə edilmişdir.[2]

İstinadlar

Mənbə

Həmçinin bax

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.