Remove ads
İranın Qəzvin ostanında şəhər From Wikipedia, the free encyclopedia
Qəzvin — İranın Qəzvin ostanında şəhər. Tarixi Azərbaycan şəhəri. Səfəvilər sülaləsinin hakimiyyəti zamanı Qəzvin həmçinin paytaxt olmuşdur.Qəzvin şəhəri Tehranın qərbində 144 km da düzənlik zona yerləşir. Şəhərin təməli Sasanilər sülaləsindən olan I Şahprur tərəfindən qoyulmuşdur. Qəzvin Ərəb xəlifəliyinin mühüm hərbi bazasına çevrilmişdir. Əməvilər dövründə Qəzvində ən əzəmətli məscidlərdən biri inşa edilmişdir. Bu Cümə məscidi Harun Ər-Rəşidin dövründə tikilmişdir.
Qəzvin | |
---|---|
36°17′07″ şm. e. 50°00′14″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.302 m[1] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +98 28 |
Digər | |
shahrdariqazvin.com | |
Vikianbarda əlaqəli mediafayllar |
IX əsrdə Qəzvin şəhərinin qarşısında yeni qala tikilmişdir ki, bu qala mübarək Mədinə adı almışdır. Xəlifə Harund əl Rəşidin əmri ilə mübarək Mədinə qalası yenidən qurulmuş və onun ətrafı boyu yeni qala divarları tikdirmişdir. Onun ölümündən sonra, şəhərin yenidənqurulması və genişlənməsini türk hökmdarları tamamlamışdılar.
XII əsrinin sonnuda Qəzvin və İsmayıl qalası monqolların hücumuna məruz qalmışdır. İsmayillilər hərəkatı və onların mərkəzi hökumətlə apardığı uzun mübarizə Qəzvinin tarixinə böyük təsir göstərmişdir. İsmayillilərin müvəffəqiyyətləri Qəzvini yeni bir mərkəzə çevirmişdir. Səfəvilər Qəzvini paytaxt seçdiyində, burada böyük tikinti və yenidənqurma işləri aparılmışdır. Qacarlar paytaxtı Tehrana keçirdikdə, Avropaya gedən yolun yaxınlığında yerləşən Qəzvinin də bir şəhər kimi əhəmiyyətini artırmışdır. Hal-hazırda Qəzvin İranın iqtisadi, sosial cəhətdən inkişaf etmiş önəmli şəhərlərindən biridir. Dinamik inkişaf edən sənaye və kənd təsərrüfatı İranın ümumi inkişafına xidmət edir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.